Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-428/2024 29.07.2024 QAX RAYON MƏHKƏMƏSİ Hakim Kərimov Taleh Etibar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi (məsləhətçi) Fətəliyev Mansur Məhəmməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının qeyd edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Qax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının qeyd edilməsi» barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizə ilə Qax Rayon Məhkəməsinə müraciət edərək X4 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Vladivostok şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ünvan 1 ünvanında yaşayır. X3 xx.xx.1947-ci ildə anadan olmuşdur. Slava Qədirov 2000-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmişdir. Sonuncu dəfə Azərbaycana 2004-cü ildə gəlmiş və bir ay qaldıqdan sonra geri qayıtmışdır. Həmin vaxtdan sonra ərizəçi dəfələrlə ərinin yanına getmiş və orda bir ay olmaqla qalmışdır. X12 Federasiyasının Vladivostok şəhərində yaşamış, xəstə olmuş, ağ ciyər xətəliyindən əziyyət çəkmiş, 2020-ci aprel ayının 18-də ağ ciyər xərçəngindən də ölmüşdür. Vəfat etməmişdən əvvəl qızı Pərvanə mərhum ərinin yəni atasının yanında olmuşdur. Pandemiya səbəbindən X4 nəşini ölkəyə gətirə bilməmiş və onu elə Rusiya Federasiyasının Vladivostok şəhərində yerləşən müsəlman qəbirstanlığında dəfn etmişlər. O, yaşadığı Qax şəhərindəki evində mərhum əri üçün yas mərasimi vermişdir. X7 öldükdən sonra ərizəçi onun ölüm haqqında şəhadətnaməsini almamışdır. Bununla bağlı müvafiq orqanlara müraciət etsə də heç bir nəticəsi olmamış və ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, əri Slava Qədirov 2020-ci ilin aprel ayının 18-də Vladivostok şəhərində ölmüş və 2020-ci ilin aprel ayının 20-də həmin şəhərdə dəfn olunmuşdur. Vladivostok şəhərində heç kəsləri olmadığı üçün ölüm haqqında şəhadətnaməni ala bilməmişdir. Slava Qədirov Azərbaycanda ölmədiyi üçün onun ölüm haqqında şəhadətnaməsinin verilməsi mümkün olmamışdır. X11 Bərpa Mərkəzinə mühafizəçi işləmək üçün müraciət etmiş, orada Slava Qədirovun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. O, əri Slava Qədirov barəsində ölüm haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmiş, orada onlara Maraqlı şəxsnə müraciət edərək imtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Cari ilin aprel ayının 20-də əri Slava Qədirovun 2020-ci ildə ölümündən dörd il keçir. Slava Qədirovun ölümü pandemiya dövrünə təsadüf etdiyi üçün onun nəşini Azərbaycana gətirmək mümkün olmamışdır. Hətta qızı Pərvanə də Slavanın nəşinin gətirilməsindən ötrü Vladivostoka getmişdir. Məhkəməyə hazırki ərizə ilə müraciət etməsinin səbəbi qızı X5 Mərkəzinə iş üçün müraicət edən zaman həmin mərkəzdən atasının da ölüm haqqında şəhadətnaməsinin tələb olunması və digər sənədləşmə işləridir. Slava Qədirov sonuncu dəfə 2004-cü ildə Azərbaycana gələrək 1 aydan sonra geri qayıtmış, bundan sonra keçən 16 il ərzində onlar Slavanın yanına gedib-gəlmişlər. Slavanın Vladivostok şəhərində kababxanası olmuş və oranı sahibsiz buraxa bilmədiyi üçün Azərbaycana gələ bilməmişdir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi əri Salava Qədirov onun əmisi oğludur. Mərhum Rusiya Federasiyasında yaşamış və orada da vəfat etmişdir. Slava Qədirovun nəşini Azərbaycana gətirmək istəsələr də, müəyyən çətinliklər yarandığı üçün bunu edə bilməmişlər. Slava Qədirov öldükdən sonra Ərizəçi qızı Pərvanə ilə birlikdə öz evində onun yas mərasimini təşkil etmiş, mərasimdə o, ailə üzvləri, tanışlar, qonşular və qohumlar iştirak etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi ilə yaxın qonşuluq münasibətləri vardır və bir-birinin evinə gedib-gəlirlər. Ərizəçi əri X12 Federasiyasında ölmüş, orada dəfn edilmişdir. Onlar Ərizəçi evində təşkil etdiyi yas mərasimində iştirak etmişlər. Slava Qədirov təxminən 4 il bundan əvvəl aprel ayının sonlarına yaxın vəfat etmiş, aprel ayının sonunda Ərizəçi Qax rayonunda yas mərasimini keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşudur. Ərizəçi ilə yaxın qonşuluq münasibətləri vardır. Ərizəçi əri Slava Qədirov 2020-ci ilin aprel ayında vəfat etmişdir. O da Ərizəçi evində təşkil etdiyi yas mərasimində iştirak etmişdir. X12 Federasiyasında öldüyü və ölümü pandemiya dövrünə təsadüf etdiyi üçün onun nəşinin Azərbaycana gətirilməsi mümkün olmamışdır. Ona görə də, Rusiya Federasiyasında dəfn olunmuşdur. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax rayon VVAQ şöbəsi tərəfindən verilmiş ИЕ № 472861 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə Əzizova (Qədirova) Gülarə Nazar qızının nikahları 08 may 1969-cu il tarixdə qeyd edilmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 10 iyul 2024-cü il tarixli № 3-16-5/8-69-122/2024 nömrəli Arayışdan görünür ki, X7 23 sentyabr 1947-ci ildə Qax rayonu Qaxmuğal kəndində anadan olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş 06 may 2024-cü il tarixli № 3-16-5/8-xx-xx/2024 nömrəli Arayışdan görünür ki, X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydləri aşkar olunmamışdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını, şahidlərin ifadələrini dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, hazırda ərizəçinin xahişi Mülki Prosessual Məcəllənin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsindən bəhs edən 31-ci fəslində əksin tapmış şəxsin vəfat etməsi faktının təsdiq olunmasından ibarətdir. Ona görə də işin hallarına həmin Fəslin müddəaları əsasında, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarında olan hüquqi mövqeyə uyğun qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Nəzərə alınmalıdır ki, qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən olunması üzrə icraatın bir sıra xüsusiyyətləri müəyyən olunmuşdur. Bununla bağlı Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinin tələbinə görə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 1.2-ci bəndində təsbit edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1947-ci ildə Qax rayonu Qaxmuğal kəndində doğulmuş X1 Federasiyasının Vladivostok şəhərində xx.xx.2020-ci il tarixdə vəfat etmiş və həmin şəhərdə müsəlmanlar üçün nəzərdə tutulan qəbirstanlıqda dəfn edilmişdir. Lakin onun ölümü barədə qeydiyyat aparılmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun arvadı olan ərizəçiyə sənədləşmə işləri və mərhumun qızının işə düzəlməsindən ötrü iş yerinə ölüm haqqında şəhadətnamənin təqdim edilməsi üçün zəruridir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı başqa qaydada alması qeyri-mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarının 9, 9.1 və 9.2-ci bəndləri). Göründüyü kimi Ərizəçi müvafiq sənədləşmə işlərindən ötrü və qızının işə düzəlməsi üçün tələb olunan mərhum ərinin ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə bu sənədin alınmaması qızına əmək hüquqlarını həyata keçirməyə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. Nəzərə almaq lazımdır ki, Аilə Məcəlləsinin 158.1-ci mаddəsinə əsаsən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci mаddəsinə əsаsən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Ailə Məcəlləsinin 193-cü maddəsində qeyd olunmuşdur ki, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Məhkəmə hesab edir ki, X4 vəfat etməsi faktı məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur. Buna görə də qeyd olunanlara əsasən ərizə təmin edilərək, onun vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin olunsun. Doğum tarixi xx.xx.1947-ci il olan X4 xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Vladivostok şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən təqdim olunduğu andan 1 (bir) ay müddətində Qax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Taleh Kərimov
Məhkəmə qərarları › İş №2(024)-428/2024
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-428/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver