Azərbaycan Respublikası adından QƏTNAMƏ Qax rayonu İş № 2(024)-906/2025 26.12.2025 QAX RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Zəhra Rövşən qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsi üzrə mülki işə Qax şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbinin dəlilləri: Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ata-Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 180 manat alimentin ödənilməsi barədə MŞŞ/018/2025-00512 №li, 19 aprel 2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin aliment ödənilməsi hissəsinin təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs ilə aralarında olan nikah Qax Rayon Məhkəməsində pozulmuşdur. Birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X5 onun himayəsində saxlanılması və onun saxlanılması üçün 180 manat alimentin atası tərəfindən ödənilməsi barədə MŞŞ/018/2025-00512 №li, 19 aprel 2025-ci il tarixli barışıq sazişi bağlamışlar. Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir. Hazırda barışıq sazişinin məcburi icra edilməsi üçün məhkəmə tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. Ona görə də məhkəməyə ərizə ilə müraciət etmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X1 üçün ata-Maraqlı şəxs tərəfindən uşaq üçün hər ay 180 manat alimentin ödənilməsi barədə MŞŞ/018/2025-00512 №li, 19 aprel 2025-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin aliment ödənilməsi hissəsinin təsdiq edilməsinə və ödənilmiş 100 manat dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, alimentin ödənilməsində gecikmələr olduğu üçün alimentin Maraqlı şəxs əmək haqqından tutulmasını xahiş edir. Həmçinin Maraqlı şəxsla üz-üz gəlməsinlər və aralarında əlavə problem yaranmasın. Maraqlı şəxs alimenti üç ay ödəmişdir. Sonrakı hallarda isə o Rövşəndən alimenti tələb etməli olur. Ona görə də, alimentə görə ona müraciət etmək istəmir. Rövşən hər dəfə ödəyəcəyini deyir, ancaq ödənişdə gecikmə olur və aliment məbləği hər dəfə artır. Aliment onun əmək haqqından tutulsun ki, problem yaşamasınlar. Ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, alimentin əmək haqqından tutulmasına heç bir etirazı yoxdur. Alimentin ödənişində bir az gecikmələr olmuş və ödəyə bilməmişdir. Onlar da istəyir ki, əlavə narazıçılıqlar olmasın və əmək haqqından tutulsun. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin halları: Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Qax Rayon Məhkəməsinin 2(024)459/2025 №li, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 22 avqust 2004-cü il tarixdə Qax rayon Qeydiyyat şöbəsində bağlanmış 102 №-li nikah qeydi pozulması qət edilmişdir. AZ-İV № 945757 №li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 25 yanvar 2010-cu ildə anadan olmuşdur. İş materiallarında olan 19 aprel 2025-ci il tarixdə mediasiya reyestrində MŞŞ/MT- 018/2025-00512 №-ə ilə qeydə alınmış barışıq sazişinin mühüm şərtlərindən görünür ki, Maraqlı şəxs və X4 aralarında bağlanmış nikahı məhkəmə qaydasında pozularkən onların birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı-25 yanvar 2010cu il təvəllüdlü X5 anası X2 himayəsində və yanında saxlanılmasına hər iki valideyn Maraqlı şəxs və X4 qarşılıqlı olaraq razıdırlar. Maraqlı şəxs və X2 birgə nikahdan anadan olmuş uşağı-25 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması əvvəli 15 may 2025-ci ildən başlamaqla, hər ay 180 manat alimentin X3 ödənməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Barışıq Sazişindən görünür ki, TMS üçün Ərizəçi 100 manat rüsumunu Şəki 1 saylı X6 hesabına ödəmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə qanunla müəyyən edilmiş müddət ərzində lazımınca icra edilməsi üçün, ərizə təmin edilməli, Maraqlı şəxs və X2 birgə nikahdan anadan olmuş uşağı - 25 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması əvvəli 15 may 2025-ci ildən başlamaqla, hər ay 180 manat alimentin X3 ödənməsi barədə 19 aprel 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa, sözü gedən barışıq sazişi 15 aprel 2025-ci il tarixdən imzalanmaqla, həmin tarixdən başlayaraq tərəflər üçün məcburi xarakter daşımağa başlamış, eləcə də maraqlı şəxsi aliment öhdəliyinin icraçısına çevirmiş, həmçinin bu hal sazişin mühüm şərtlərində də öz əksini tapmışdır. Eyni zamanda, maraqlı şəxs əvvəli 15 may 2025-ci il tarixdən hesablanmaqla hər ay 180 manat olmaqla sabit pul məbləğində alimentin Ərizəçi ödənməsinə razılaşdığı aliment məbləğini ərizəçiyə könüllü şəkildə ödəməli olmasına baxmayaraq, bu öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə ərizəçi barışıq sazişinin şərtlərinə əsaslanaraq, onun təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, Saziş iki predmetdən yəni-Maraqlı şəxs və X4 aralarında bağlanmış nikahı məhkəmə qaydasında pozularkən onların birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı-25 yanvar 2010-cu il təvəllüdlü X5 anası X2 himayəsində və yanında saxlanılması və Maraqlı şəxs və X2 birgə nikahdan anadan olmuş uşağı - 25 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması əvvəli 15 may 2025-ci ildən başlamaqla, hər ay 180 manat alimentin X3 ödənməsindən ibarətdir. Tələbin mahiyyətindən də görünür ki, yalnız alimentlə bağlı Sazişin təsdiq olunması xahiş edilmiş, maraqlı şəxs uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimenti ödəməsi ilə bağlı maraqlı tərəfin öhdəlikləri lazımi qaydada icra etmədiyini göstərmiş, sazişin uşağın hansı valideynin yanında qalması barədə razılıq əldə etmələrinə dair hər hansı mübahisənin yarandığını göstərməmiş, bununla bağlı tələb irəli sürməmişdir. Barışıq sazişində iki barışıq şərti olsa da, yalnız alimentin Maraqlı şəxs tərəfindən ödənməsi ilə bağlı barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini, yəni həmin sazişi bütünlüklə deyil, yalnız alimentlə bağlı Sazişin təsdiq edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Məhkəmə nəzərə alır ki, bağlanması üçün ikitərəfli iradə ifadəsinin zəruri olduğu barışıq sazişinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilə hüququna dair müddəaları müvafiq surətdə tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49-cu maddəsinin İ hissəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Həmin Məcəllənin 22-ci maddəsinin İ hissəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinin İ, İİİ və İV hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2- 1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Azərbaycan Respublikasının «Dövlət rüsumu haqqında» qanun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunmalıdır. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. MŞŞ/018/2025-00512 nömrəli xx.xx.2025-ci il tarixli barışıq sazişi Maraqlı şəxs və X2 birgə nikahdan anadan olmuş uşağı - 25 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hesablanması əvvəli 15 may 2025-ci ildən başlamaqla, hər ay 180 manat alimentin X3 ödənməsinə dair hissədə təsdiq edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi 100 manat məbləğində dövlət rüsumu, Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mirheydər Zeynalov.
Məhkəmə qərarları › İş №2(024)-906/2025
Qax Rayon Məhkəməsi Qətnamə — İş №2(024)-906/2025
26.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver