Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1009/2023 18.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 14 yanvar 1984-cü ildə Qəbələ rayonu Cığatelli kəndində doğulmuş mərhum X2 1985-ci il iyunun 06-da Qəbələ rayonu Cığatelli kəndi ərazisində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 25 aprel 1961-ci ildə Qəbələ rayonu Böyük Pirəli kəndində anadan olmuşdur. 11 noyabr 1973-cü ildə X11 ilə nikah bağlamışdır. Birgə nikahdan 6 övladları olmu., 4 övladları hal-hazırda sağdır. 2 övladları ölmüşdür. Əri 2011-ci ildə vəfat etmişdir. Birgə nikahlarından 14 yanvar 1984-cü ildə X7 adlı övladları doğulmuşdur. Övladları 06 iyun 1985-ci ildə epileptik tutma diaqnozdan vəfat etmişdir və Qəbələ rayonu Cığatelli kənd qəbristanlığında dəfn edilmişdir. X2 ölüm səbəbi isə “epileptik tutma” xəstəliyi olmuşdur. Bu yaxınlarda adına olan əmlaklarla bağlı bağışlama eləmək məqsədi ilə Qəbələ regional “Asan Xidmət” mərkəzində notarius xidmətinə müraciət edərkən, qızının ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum qızı X5 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. X1 ölüm faktı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X23 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X4 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) Nümayəndə qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, ərizəçi onun anasıdır. X9 ölməsi uşaq vaxtlarına təsadüf etsə də, yadında qalmışdır. Bacılarının “sudurğası” olduğundan vəfat etmişdir. X14 1985-ci il iyunun 06-da vəfat etmiş və Cığatelli kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərdi ki, ərizəçi onun anasıdır. Mərhum bacısı Külüsüm Mirzəmmmədova təxmini olsa da, yadında qalmışdır. Belə ki, bacısı Külüsüm Mirzəmmmədova doğulan və ölən vaxtda, o, uşaq olmuşdur. Lakin valideynləri həmişə bacısından danışmış, onun ev şəraitində xəstəlikdən öldüyünü bildirmişlər. Bacısı Qəbələ rayonunda vəfat etmiş və Cığatelli qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçi onun xalası qızıdır. Nənəxanımın qızı Külüsüm Mirzəmmmədova 1 yaşı olandan sonra xəstəlikdən vəfat etmişdir. Külüsümün yas mərasimində iştirak etmişdir. Külüsümün vəfatına səbəb xəstəliyi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Doğum haqqında” arayışdan görünür ki, X7 14 yanvar 1984-cü ildə doğulmuş, bu barədə 1984-cü ilin mart ayının 13-də 21 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X6r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 16 may 2023-cü il tarixli, 3- 16-5/8-15-M-100/2023 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X7”nın ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətinin X23 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 5-59-50/2-60/2023 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum qızı X7 xx.xx.1984-cü il tarixində Qəbələ rayon Cığatelli kəndində anadan olmuş, X7 1985-ci ildə vəfat etmiş və Cığatelli kənd qəbirsanlığında dəfn edilmişdir. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətinin X23 Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 22 may 2023-cü il tarixli, 5-59-50/2-58/2023 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Cığatelli kəndində yaşayır. İş materiallarında olan qəbir daşının foto-şəkillərindən görünür ki, qəbr daşında ad, soyad və ata adı qeyd edilməsə də, qəbir daşının balaca uşaq üçün qoyulması müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qızı - X7 1985-ci il iyunun 06-da Qəbələ rayonu, Cığatelli kəndində vəfat etmiş və Cığatelli kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi qızı, xx.xx.1984-cü il təvəllüdlü X4 1985-ci il iyunun 06-da Qəbələ rayonu Cığatelli kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1009/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1009/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver