Məhkəmə qərarları › İş №2(025)-1017/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1017/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1017/2023 04.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 1966-cı il iyunun 17-də Qəbələ rayonunda doğulmuş mərhum qardaşı X13 1966-cı il noyabr ayının 03-də Qəbələ rayonunda ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxxx 1968-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Hal-hazırda da ünvan 1 ünvanında yaşayır. X4 06 iyun 1994-cü ildə, anası X19 isə 14 iyun 2003-cü ildə vəfat etmişdir. X4 ilə anası X11 birgə nikahlarından 6 uşaq doğulmuşdur. Həmin uşaqlar, o, qardaşları X20, X23, bacıları X12, X16 və X7 ibarətdir. X5, X17 və qardaşı X23 vəfat etmişlər. X3 ölüm şəhadətnaməsi olsa da, bacısı X9 və qardaşı X13 ölüm şəhadətnaməsi olmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, qardaşı X23 17 iyun 1966-ci ildə doğulmuşdur: (A3 ******* nömrəli doğum şəhadətnaməsinin təsdiqlənmiş surəti ərizəyə əlavə edilir). Lakin qardaşım Zəki Babayev doğulandan bir müddət sonra xəstəlikdən vəfat etmişdir. Zəki Babayev 5 aylıq olarkən vəfat etdiyindən ona qəbir daşı da qoyulmamışdır. Lakin valideynləri hər il noyabr ayının 03-də qardaş Zəki Babayevin ölümü ilə “Quran” oxutdururdular. Onlara də Zəki adlı qardaşlarının vəfat etdiyini bildirmişlər. Beləliklə, onlar bilir ki, qardaşı X23 1966-ci il iyun noyabr ayının 03-də vəfat etmişdir. Bu yaxınlarda X4 və anası X10 qalmış miras əmlakın vərəsəlik qaydasında həll edilməsi üçün Qəbələ regional “Asan Xidmət” mərkəzində notarius xidmətinə müraciət edərkən, qardaşı X13 ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdılar. Mərhum qardaşı X18 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nm avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X13 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəmə müraciət etmək hüququm izah olundu. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. X2 ölüm faktı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlada təsdiq olunur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X13 ölüm faktını təsdiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş üzrə şahid qismində dindirilmiş X20 ifadə verərək göstərdi ki, mərhum X23 onun qardaşıdır. Özü 1959-cu ildə anadan olmuşdur. Qardaşı (mərhum) 1966-cı il tarixdə anadan olmuşdur. Qardaşı rəhmətə gedəndə yeddi yaşı olmuşdur. Rəhmətə getməsini tam olaraq xatırlamır, atasından və anasında bilmişdir. İş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, mərhum X23 onun əmisi oğludur. Özü 1963-cü ildə anadan olmuşdur. Əmisi oğlunun (mərhum) 1966-cı il tarixdə anadan olduğunu və daha sonra xx.xx.1966-cı il tarixdə Qəbələ rayonunda vəfat etməsini böyüklərindən bilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs № 3-16-5/8-15-B-91/2023 saylı, 12 may 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X23”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qutqaşen rayon VVAQ bürosu tərəfindən 29 iyun 1966-cı il tarixdə verilmiş doğum haqqında şəhadatnamənin surətindən görünür ki, X23 17 iyun 1966-cı il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 108 ilə qeydə alınmışdır. X1r, anası X15r. İş materiallarında olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən 12 may 2023-cü il tarixli 1090 №-li arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Qutqaşen rayon VVAQ bürosu tərəfindən 16 sentyabr 1968-ci il tarixdə verilmiş doğum haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Qutqaşen rayonunda anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 149 ilə qeydə alınmışdır. X1r, anası X15r. İş materiallarında olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən 6 avqust 2003-cü il tarixdə verilmiş AZ-İ № 040983 saylı «Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, X19 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 63 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon VVAQ şöbəsi tərəfindən 6 sentyabr 1994-cü il tarixdə verilmiş İİ-ЖГ № 462639 saylı «Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 59 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ şəhər İ.Ə.N-yi tərəfindən 25 may 2023-cü il tarixdə verilmiş 1183 №-li çıxarışdan görünür ki, 1959-1968-ci illlərdə Ərizəçi ailə üzvləri olmuşdur: 1959-cu il təvəllüdlü-X20 (qardaş). 1961-ci il təvəllüdlü-X12 (bacısı). Bacısı- X16 vəfat etmişdir. Bacısı – X17 vəfat etmişdir. Qardaşı – X23 vəfat etmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X23 xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1966-cı il təvəllüdlü X13 xx.xx.1966-cı il tarixdə Qəbələ rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1966-cı il təvəllüdlü X13 xx.xx.1966-cı il tarixdə Qəbələ rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X13 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar