Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1018/2023 13.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1965-ci il fevralın 07-də Qəbələ rayonunda doğulmuş mərhum X5nın 1965-ci il iyunun 10-da Qəbələ rayonunda ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1968-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Hal-hazırda da Qəbələ şəhəri, Məcid Mərdanov küçəsi, ev 7 ünvanında yaşayır. X3 06 iyun 1994-cü ildə, anası X18 isə 14 iyun 2003-cü ildə vəfat etmişdir. X3 ilə anası X11 birgə nikahlarından 6 uşaq doğulmuşdur. Həmin uşaqlar o, qardaşları X19, X23, bacıları X12, X15 və X6 ibarətdir. X4, X16 və qardaşı X23 vəfat etmişlər. X2 ölüm şəhadətnaməsi olsa da, X5nın və qardaşı X14 ölüm şəhadətnaməsi olmamışdır. X5 07 fevral 1965-ci ildə doğulmuşdur. (AЗ ******* nömrəli doğum şəhadətnaməsinin təsdiqlənmiş surəti ərizəyə əlavə edilir). Lakin bacısı Arifə Babayeva doğulandan bir müddət sonra xəstəlikdən vəfat etmişdir. Arifə Babayeva 4 aylıq olarkən vəfat etdiyindən ona qəbir daşı da qoyulmamışdır. Dini baxımdan da, uşaq vaxtı vəfat edən şəxslərə qəbir daşı qoyulmamaqdadır. Lakin valideynləri hər il iyun ayının 10-da bacısı Arifə Babayevanın ölümü ilə “Quran” oxutdururmuşlar. Onlara da Arifə adlı bacılarının vəfat etdiyini bildirmişlər. Beləliklə, onlar bilirmişlər ki, X5 1965-ci il iyun ayının 10-da vəfat etmişdir. Bu yaxınlarda X3 və anası X10 qalmış miras əmlakın vərəsəlik qaydasında həll edilməsi üçün Qəbələ regional “Asan Xidmət” mərkəzində notarius xidmətinə müraciət edərkən, X5nın ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum X5na ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X7 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. X1 ölüm faktı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla da təsdiq olunur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X7 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 göstərdi ki, ərizəçi onun qardaşıdır. X17 ölməsi uşaq vaxtlarına təsadüf etsə də, yadında qalmışdır. Valideynlərinin sağlığında hər il iyunun 10-da bacısına il verib Quran oxutmuşlar. X27 1 yaşı olmamış vəfat etdiyindən ona qəbir daşı da qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 göstərdi ki, ərizəçi onun qardaşıdır. Mərhum bacısı Arifə Babayeva təxmini olsa da, yadında qalmışdır. Belə ki, bacısı Arifə Babayeva doğulan və ölən vaxtda, o, uşaq olmuşdur. Lakin valideynləri həmişə bacısından danışmış, onun ev şəraitində xəstəlikdən öldüyünü bildirmişlər. Bacısı Qəbələ rayonunda vəfat etmiş və baş daşı qoyulmadan dəfn edilmişdir. Bacısının məzarı olmasa da, bacısı Arifə Babayevanın öldüyü vaxtı həmişə Quran oxutduraraq yad etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan xx.xx.1965-ci il tarixli, AЗ seriyalı, ******* №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X16 xx.xx.1965-ci ildə Qutqaşen rayonunda doğulmuş, bu barədə doğum akt qeydləri kitabında həmin tarixdə xx.xx.1965-ci ildə 32 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 3-16- 5/8-B-92/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş X5nın “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkar edilmədiyindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 1183 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhalinin qeydiyyatı təsərrüfatbaşına kitabında 1959-1968-ci illərdə qardaşı X19, bacısı X12, bacısı X15, X5, qardaş X20r. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli, 1090 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, İİ-ЖГ seriyalı, 462639 №-li «Ölüm haqqında şəhadətnamə»nin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1994-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1994-cü ildə 59 № ilə qeyd edilmişdir. İş materiallarında olan Qəbələ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, AZ-İ seriyalı, 040983 №-li «Ölüm haqqında şəhadətnamə»nin təsdiqlənmiş surətindən görünür ki, X18 xx.xx.2003-cü il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2003-cü ildə 63 № ilə qeyd edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Həmin qərarının 4.8-ci bəndində göstərilmişdir ki, Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi bacısı - X16 1965-ci il iyunun 10-da Qəbələ rayonunda ev şəraitində vəfat etmişdir. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş, bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş və Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X7 ölüm haqqında akt qeydi aşkar edilmədiyi bildirilmiş və məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Bu səbəbdən də ərizəçi məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı, xx.xx.1965-ci il təvəllüdlü X7 1965-ci il iyunun 10-da Qəbələ rayonunda ev şəraitində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1018/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1018/2023
13.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver