Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1022/2021 04.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 03 may 1998 ci-il tarixdə Qəbələ rayonunun Kiçik Pirəlli kəndində ürək çatışmamazlığı nəticəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx xxxxxx 1967 ci-il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kəndində anadan olmuşdur. 13 dekabr 1991 ci-il tarixdə isə X11 ilə rəsmi nikaha daxil olaraq Qəbələ rayon Kiçik Pirəlli kəndinə ərə gəlmişdir və hal hazırdada həmən kəntdə yaşayır. Onun 03 may 1998 ci-il tarixdə X8 adlı övladı ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir. Mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi onlara birgə mükliyyətə verilmiş torpağı alqı satqı etmək üçün ehtiyac oldu, lakin ölüm haqqında şəhadətnamə olmadığı üçün sənədləşdirmə aparmağı mümkün olmadı. Ölüm haqqında şəhadətnaməni almaq üçün aidiyyəti orqanla ərizə ilə müraciət etdi. Lakin Maraqlı şəxs 10 iyun 2020-ci il tarixli, 05/Q-135/13 saylı məktubu ilə ona cavab olaraq bildirmişdir ki mərhum X5 ölümü haqqında heç bir akt qeydi aşkar edilməmişdir və ona tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət edilsin. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, 27 may 1997-ci ildə Ərizəçi Rahil adlı övladı anadan olmuşdur. Uşağın tez-tez ürəktutması olurdu və xəstəxanaya aparırdılar. 03 may 1998-ci ildə X2 rayonu, Kiçik Pirəlli kəndində ürəktutmasından vəfat etmişdir. X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki,. 1998-ci il də qardaşının və Ərizəçi bir övladı vəfat etmişdir. Uşağın adı Rahil idi. Uşaq xəstə olduğundan tez-tez xəstəxanaya aparırdılar. 03 may 1998-ci ildə X6 xəstəxanaya apardılar, ordan qayıdan uşaq yolda keçindi. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-135/13 saylı, 10 iyun 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X8”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Çuxur Qəbələ kənd icra hakimiyyəti tərəfindən verilmiş 13 dekabr 1991-ci il tarixli V-JQ № 458782 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və X11 arasında 13 dekabr 1991-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Böyük Pirəli kənd İ.Ə.N tərəfindən verilmiş 02 may 1997-ci il tarixli XX-JQ № 375023 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27.03.1997-ci il tarixdə Qəbələ rayonunda anadan olmuşdur, anası Ərizəçi, atası X7r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 03.05.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 27.03.1997-ci il təvəllüdlü X5 03.05.1998-ci il tarixdə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27.03.1997-ci il təvəllüdlü X5 03.05.1998-ci il tarixdə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1022/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1022/2021
04.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver