Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1029/2023 26.07.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5 20 mart 2001-ci il tarixdə Qəbələ rayonunun Hacallı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02 dekabr 1952-ci il tarixdə anadan olmuş X9 onun atasının qardaşı yəni doğma əmisidir. Mərhum əmisi Qəbələ rayon Sileyli kəndində anadan olmağına baxmayaraq Hacallı kəndində yaşamış və həmən kəntdə 20 mart 2001 ci-il tarixdə ürək çatışmamazlığı nəticəsində vəfat etmiş və Hacallı kənd qəbirstanlığında dəfn edilmişdir. Qeyd etmək isdəyir ki mərhum əmisinin ailəsi yəni arvadı və övladı olmamışdır, mərhumun anası atası qardaşı vəfat etmişdir, bu səbəblədə məhkəməyə müraciyyəti X19in qardaşı oğlu olaraq o etməli olmuşdur. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin əmisinin ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdır. X3 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları"nm avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında əmisinin ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəməyə müraciət etmək hüququ izah olundu. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin əmisi X5 ölüm faktı ərizəsinə əlavə etdiyi qəbrin foto-şəkillərindən, həmçinin keçiriləcək məhkəmə iclasında məhkəməyə gətirəcəyi şahidlərin ifadələri ilə də öz təsdiqini tapa bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı oğlu, mərhum X9 onun qardaşıdır. Qardaşı xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etmişdir. Onun dəfn mərasimi Qəbələ rayonu Hacallı kəndində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçinin dayısıdır. X1 xx.xx.2021-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində vəfat etdiyini bildirmişdir. Onun dəfn mərasimi Qəbələ rayonu Hacallı kəndində keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs № 3-16-5/8-15-H-109/2023 saylı, 20 may 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi Sabir oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X9”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon Hacallı kənd İ.Ə.N-yi tərəfindən 09 oktyabr 2018-ci il tarixdə verilmiş Doğum haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1991-ci il tarixdə Hacallı kəndində anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 19 ilə qeydə alınmışdır. X4-milliyyəti azərbaycanlı, anası X11- milliyyəti azərbaycanlı. İş materiallarında olan Qəbələ rayon Hacallı kənd İ.Ə.N-yi tərəfindən 24 may 2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, Ərizəçi Qəbələ rayonu Hacıalılı kəndində yaşayır. İş materiallarında olan Qəbələ rayon Hacallı kənd Ə.N-yi tərəfindən 11 iyul 2005-ci il tarixdə verilmiş AZ-İ № 148152 saylı «Ölüm haqqında şəhadatnamə”nin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 09 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 20 may 2023-ci il tarixli № 3-16-5/8 saylı arayışdan görünür ki, X9 02 dekabr 1952-ci il tarixdə Qəbələ rayonunun Sileyli kəndində anadan olmuşdur. Bu barədə 01 yanvar 1952-ci il tarixdə Qəbələ rayon Zalam kənd İ.Ə.N tərəfindən 01 №ilə doğum haqqında akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X9 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X5 xx.xx.2001-ci il tarixdə Qəbələ rayonu, Hacallı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X5 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1029/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1029/2023
26.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver