Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1060/2020 27.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə, iddiaçının vəkili Vəkil2, Cavabdeh və cavabdehin vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6830 manat dəyərində cehiz əmlaklarının, 2110 manat dəyərində qızıl əşyalarının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək, əmlak tələbi məhkəmədən kənar tam olaraq ödənildiyindən mülki işin işin baxılmamış saxlanılmasını, ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, cehiz əmlaklarının iddiaçıya qaytarılmasını nəzərə alaraq mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə, iddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirdilər və mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçının və cavabdehin ərizəsini nəzərə alıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «cehiz əmlak» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1060/2020
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1060/2020
27.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver