Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1099/2020 19.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Günay Ələstun qızının katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “avtomobilin və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin alınıb verilməsi” tələbinə dair ilkin iddia üzrə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “avtomaşının geri qaytarılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ** DX *** dövlət qeydiyyat nişanlı “Ford Transit yüksərnişin” markalı avtomobilin, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “şəhadətnamənin ləğv edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı adına olan ABN seriyalı 930192 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi və **-DX- *** qeydiyyat nişanlı “Ford-Tranzit” markalı yük-sərnişin avtomobilinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli Cavabdeh məhkəməyə iddia tələbinin predmentinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh İddiaçı 12000 (on iki min) ABŞ dolları məbləğində pulu alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və Qəbələ rayonunun Tikanlı kəndində yaşayan İddiaçı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən özünə məxsus olan “FORD TRANSİT YÜK SƏRNİŞİN” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh adına Bakı şəhəri 34 saylı notariat ofisində xx.xx.2020-ci il tarixli, 7E/632 nömrə ilə reyestrdə qeyd olunmuş etibarnamə vermişdir. Sonradan Cavabdeh o tələb etdikdə avtomobilini qaytarmadığı üçün, nəqliyyat vasitəsinin saxlanılması və etibarnamənin hüquqi qüvvəsinə xitam verilməsi üçün aidiyyatı üzrə müvafiq olaraq AR DİN-nin BDYPİ-nə və Notariat ofisinə ərizələrlə müraciət etdi. xx xxxxxx 2020-ci il tarixdə Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin notariat ofisinə ərizə verərək, Cavabdeh Bakı şəhəri 34 saylı notariat ofisində verdiyi xx.xx.2020-ci il tarixli, 7E/632 nömrə ilə reyestrdə qeyd olunmuş etibarnamənin qüvvəsinə xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən ona ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 1337 saylı məktubunda qeyd edilmişdir ki, dövlət qeydiyyat nişanı ** DX *** olan X24 Sərnişin markalı nəqliyyat vasitəsinin idarə edilməsinə dair Bakı şəhəri, 34 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-632 nömrə ilə reyestrdə qeyd olunmuş etibarnamənin hüquqi qüvvəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 8İ- 4854 nömrəli ərizə əsasında xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Azərbaycan Respubklikası Daxili İşlər Nazirliyi Baş Dövlət X23 tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli, 016-5299OC-3220 saylı məktubda qeyd edilir ki, mövcud qanunvericiliyin tələbinə əsasən mülki mübahisələrlə əlaqədar avtomobillərin axtarışı (həbs) və saxlanılması məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyata keçirildiyindən, həmin məsələnin həlli üçün aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı onun böyük qardaşıdır, münasibətləri həmişə yaxşı olmuş, böyük qardaş kimi həmişə hörmətini saxlamışdır. Mübahisə predmeti olan **-DX-*** qeydiyyat nişanlı “Ford-Tranzit” yük- sərnişin avtomobilinin mülkiyyət hüququnu təsdiq edən qeydiyyat şəhadətnaməsi qardaşı İddiaçı adına olmasına baxmayaraq həmin avtomobil ona məxsusudur. Belə ki, həmin avtomobilin dəyəri olan 12.000 ABŞ dolları məblğində pul onundur, həmin məbləğin 1500 manatını iş yoldaşları X6, 1500 manatını X2 borc kimi alaraq sonradan qaytarmışdır. Avtomobil alınan vaxt yəni xx xxxxxx 2012-ci il tarixdə onun sürücülük vəsiqəsi və vətəndaşlıq pasportu olmadığından Gürcüstan Respublikasının ərazisinə gedə bilməmişdir. Ona görə də avtomobili sürücülük vəsiqəsi və vətəndaşlıq pasportu olan qardaşı İddiaçı adına almağa qərar vermişdir. Bu məqsədlə pulu dayısı X5 verərək qardaşı ilə birlikdə avtomobilin alınması üçün Gürcüstan Respublikasına yola saldı. Avtomobili aldıqdan sonra qardaşının işi növbəli olduğundan əlavə qazanc məqsədi üçün müvəqqəti onun istifadəsinə vermişdir. Qardaşı avtomobili üç il istifadə etdikdən sonra ona geri qaytarıb bildirmişdir ki, avtomobili işlətmək ona sərf etmir. xx xxxxxx 2015-ci ildə sürücülük vəsiqəsi aldıqdan sonra həmin tarixdən qardaşı tərəfindən verilmiş etibarnamə əsasında indiyə kimi avtomobildən istifadə edir. xx xxxxx 2020-ci il tarixdə həmin etibarnamə yenilənmişdir. Aralarında etibar olduğundan avtomobili öz adına sənədləşdirilməsinə ehtiac olmadığını düşünürdü. Qardaşı Anarın ona qarşı belə bir iddia qaldırmasının səbəbini aydınlaşdıra bilmir. Avtomobilin ona məxsus olmasını atası X8, anası X7, dayısı X9, iş yoldaşları X11 və X3 öz izahatları ilə təsdiq edə bilərlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia ərizəsini qəbul etməyərək qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərmişdir ki, oğlu Cavabdeh öz zəhməti ilə pulu yığıb saxlaması üçün ona vermişdir. Ailədə onlar danışıb qərara aldılar ki, Rahimə avtomobil almaq lazımdır. X17 tez-tez gedib gəldiyindən razılaşmışlar ki, Rahimin yığdığı 12 000 ABŞ dollarını maşın alınması üçün qardaşı Sahibə və Anara versinlər ki, onlar bir yerdə Gürcüstana gedib maşın alsınlar. Belə ki, xaricə getmək üçün Rahimin sənədləri olmadığı üçün böyük oğlu Anar dayısı ilə maşın almaq üçün Gürcüstana getmişdir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, ailədə onlar qərara gəlmişdilər ki, oğlu Rahimə maşın almaq lazımdır. Bunun üçün əvvəllər Rahim 12 000 ABŞ dolları pul yığaraq arvadı X1 üçün vermişdir. Rahimin xarici pasportu olmadığından o maşın almağa özü gedə bilməmişdir. Bu səbəblə də, onlar Rahimə məxsus 12 000 ABŞ dolları məbləğində pulu qaynı X5 verdilər ki Gürcüstana gedib Rahim üçün maşın alsın. Bu məqsədlə oğlu Anar da dayısı ilə birlikdə Gürcüstana getmişdir. Onlara verilən pul Rahimin idi, pulun verilməsini o da görmüşdür. Həmin pul dollarla idi. Rahim gedə bilmədiyi üçün, həmçinin sürücülük vəsiqəsi olmadığı üçün **-DX-*** qeydiyyat nişanlı “Ford-Tranzit” yük-sərnişin avtomobili böyük oğlu Anarın adına qeydiyyata aldırıblar. Avtomobil Rahim üçün alınsa da onların öz razılığı ilə bir müddət Anar tərəfindən istifadə edilmiş, 2015-ci ildən Rahim sürücülük vəsiqəsi aldıqdan bəri isə o istifadə etmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, Rahim onun bacısı oğludur. Rahim avtomobil almaq qərarına gəlmişdir. Həmin vaxtı Rahimin xarici pasportu olmadığından şəxsən özü maşın almağa gedə bilməmişdir. Bildiyinə görə maşın alınması üçün pulu Rahim əvvəlcədən yığaraq anası Cəlilova Qaratelə vermişdir. Ailədə qərara gəldilər ki, maşın almaq üçün Gürcüstana Anar getsin. Anarna birgə Gürcüstana gedib 12000 ABŞ dollara Ford-Tranzit maşını almışlar. Avtomobil Anarın adına alındığından, Azərbaycandada Anarın adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, Cavabdeh onun iş yoldaşı olmuşdur. Onlar İcra hakimiyyətinin binasının tikintisində işləyən zaman Rahim ondan 1500 manat borc pul götürmüş, həmin pulunmaşın almaq üçün lazım olduğu demiş, daha sonra isə həmin pulu ona hissə-hissə qaytarmışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, 2012-ci ildə iş yerində yəni İcra hakimiyyətinin binasının tikintisində Cavabdeh ondan və digər iş yoldaşından hərəsindən 1500 manat borc götürmüşdir. Rahim onlara həmin pulu maşın almaq üçün götürdiyini bildirmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində göstərmişdir ki, İddiaçı onun iş yoldaşıdır. Anar ondan Gürcüstandan maşın almaq üçün 1500 manat pul borc götürmüşdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Anar ondan 2012-ci ildə 1000 manat pul borc almışdır. Pul maşın almaq üçün lazım olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, onların izahatını və ifadəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X23 QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AB № 930192 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford-Tranzit” yük-sərnişin markalı, **-DX- *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1337 nömrəli Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, dövlət qeydiyyat nişanı ** DX *** olan X24 Sərnişin markalı nəqliyyat vasitəsinin idarə edilməsinə dair Bakı şəhəri, 34 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 7E-632 nömrə ilə reyestrdə qeyd olunmuş etibarnamənin hüquqi qüvvəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 8İ- 4854 nömrəli ərizə əsasında xx.xx.2020-ci il tarixdə xitam verildiyi məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X23 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, DİN-in Baş Dövlət X21 mərkəzi informasiya sistemində dövlət qeydiyyat nişanı ** DX *** olan X24 Sərnişin markalı nəqliyyat vasitəsinin saxlanılması ilə əlaqədar məhkəmə və ya digər səlahiyyətli orqanlar tərəfindən məlumat mövcud deyildir. Qeyd olunan avtomobilin İddiaçı adına qeydiyyatda olması müəyyən olunsa da, Cavabdeh xx.xx.2025-ci il tarixədək etibarnamə ilə verildiyi müəyyən edilmiş. Həmçinin mövcud qanunvericiliyin tələblərinə əsasən mülki mübahisələrlə əlaqədar avtomobillərin axtarışı (həbs) və saxlanılması məhkəmə orqanlarının müvafiq qərarı əsasında həyata keçirildiyindən, həmin məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İş materiallarında olan Tikanlı kənd X18 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olmaqla, hal-hazırda Qəbələ rayonu, Tikanlı kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı “Ford-Tranzit” yük-sərnişin markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir. Qeyd edilən avtomobil üzərində iddiaçı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli etibarnamə əsasında Cavabdeh idarəetmə hüququ yaranmışdır. İddiaçı aralarında olan razılaşmanı birtərəfli olaraq ləğv etmək istəmiş, lakin Cavabdeh avtomobili və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini geri qaytarmadığından İddiaçı tərəfindən verilmiş müvafiq ərizələr əsasında tərəfindən verilmiş etibarnamələr ləğv edilmiş, eyni zamanda cavabdehdən avtomobilin geri qaytarılması tələb etmişdir. Lakin, cavabdeh tərəf üzərinə düşən öhdəliyi icra etməmiş, avtomobil və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi İddiaçı geri qaytarılmamışdır. Məhkəmə ilk öncə iddia tələbi üzrə Cavabdeh “Ford-Tranzit” yük-sərnişin markalı, **-DX- *** dövlət qeydiyyat nişanlı avtomaşının və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin alınıb İddiaçı qaytarılması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə görə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366.1-ci maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eyni ilə bu cür vəzifə qoyulur. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, yuxarıda şərh edilən normaların məzmunundan da görünür ki, İddiaçı tərəfindən verilmiş müvafiq etibarnamə əsasında mübahisələndirilən “Ford-Tranzit” yük-sərnişin markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilmişdir. İddiaçı tərəfindən verilmiş müvafiq etibarnamə isə ləğv edilmişdir nəticədə etibarnamənin qüvvəsinə xitam verilmişdir. Bu isə qeyd edilən etibarnamələr əsasən verilmiş səlahiyyətlərə son qoyulması və etibarnamə üzrə nəzərdə tutulmuş hərəkətlərin bundan sonra həyat keçirilməsinin yolverilməzliyi deməkdir. Həmçinin məhkəmə hesab edir ki, qarşılıqlı iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında şifahı bağlanan müqavilə münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır, bu səbəbdən tərəflər arasında yaranan münasibətlər də məhz müqavilə hüququ çərçivəsində yaranan öhdəlik kimi dəyərləndirilməlidir. Belə ki, öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2 və 14.2.7-ci maddəsinə görə mülki hüquq və vəzifələrin əmələ gəlməsinin əsaslarından biridə əsassız varlanmadır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından göründüyü kimi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh verdiyi 12 000 ABŞ dolları məbləğində pul vəsaiti ilə avtomobil almağı öhdəsinə götürmüşdür. Tərəflər həmin **-DX-*** dövlət qeydiyyat nişanlı “Ford-Tranzit” yüksərnişin markalı avtomobilin İddiaçı adına qeydiyyata aldırmaqla avtomobilin faktiki Cavabdeh istifadəsində olacağı barədə razılığa gəlmişlər. Bu əsasla İddiaçı tərəfindən Cavabdeh nəqliyyat vasitəsini idarəetmə hüququ verilmiş və bu hüquq etibarnamə ilə rəsmiləşdirilmişdir. Lakin İddiaçı öhdəliyin tərkibini müəyyən edən şərtləri pozaraq xx.xx.2020-ci il tarixdə Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə ərizə ilə müraciət etmiş və ərizə əsasında onun Cavabdeh verdiyi etbarnamənin hüquqi qüvvəsinə xitam verilmişdir. Hal-hazırda da İddiaçı **-DX-*** dövlət qeydiyyat nişanlı “Ford-Tranzit” yük-sərnişin markalı avtomobilin onun mülkiyyətində olmasını əsas gətirərək həmin avtomobili Cavabdeh tələb edir. Göründüyü kimi, qeyd olunan hərəkətləri etməklə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, nəticədə bu hal öhdəliyin tərkibini müəyyən edən şərtlərin pozulmasına gətirib çıxarmışdır. Bununla da İddiaçı tərəfindən Cavabdeh xeyrinə 12 000 ABŞ dolları məbləğində pul əsassız olaraq geri qaytarılmayaraq İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əsassız olaraq varlanmışdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə uyğun olaraq İddiaçı əsassız olaraq varlandığı məbləği qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qaytarmalıdır. Qeyd olunanları əsas götürərək, məhkəmə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli; qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ** DX *** dövlət qeydiyyat nişanlı “Ford Transit yük-sərnişin” markalı avtomobil və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi alınaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılmalı; qarşılıqlı iddia təmin edilməli, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ödənilməlidir. İlkin iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan ** DX *** dövlət qeydiyyat nişanlı “Ford Transit yük-sərnişin” markalı avtomobil və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi alınaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılsın. Qarşılıqlı iddia təmin edilsin. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 12000 (on iki min) ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ödənilsin. İlkin iddia ərizəsi üzrə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1099/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1099/2020
19.11.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver