Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-11/2022 18.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(025)-11/2022 saylı qərardadından iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09.03.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssiəyə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və 09.03.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 49 936,51 (qırx doqquz min doqquz yüz otuz altı ABŞ dolları əlli bir sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə - 08.03.2019-cu il tarixinə qədər 18.933,65 (on səkkiz min doqquz yüz otuz üç ABŞ dolları altmış beş sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 08.03.2019-cu il tarixdən 25.12.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 9.636,81 (doqquz min altı yüz otuz altı ABŞ dolları səksən bir sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesabalanmış 37.457,35 (otuz yeddi min dörd yüz əlli yeddi ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində penya, cəmi 115.964,33 (bir yüz on beş min doqquz yüz altmış dörd ABŞ dolları otuz üç sent) ABŞ dolları və 25.12.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərcləri ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 375.000 (üç yüz yetmiş beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 25 fevral 2021-ci il tarixdə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09.03.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssiəyə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və 09.03.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 49 936,51 (qırx doqquz min doqquz yüz otuz altı ABŞ dolları əlli bir sent) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə - 08.03.2019-cu il tarixinə qədər 18.933,65 (on səkkiz min doqquz yüz otuz üç ABŞ dolları altmış beş sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 08.03.2019-cu il tarixdən 25.12.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 10052,95 (on min əlli iki ABŞ dolları doxsan beş sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesabalanmış 34750,80 (otuz dörd min yeddi yüz əlli yeddi ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində penya, cəmi 113.673,92 (bir yüz on üç min altı yüz yetmiş üç ABŞ dolları doxsan iki sent) ABŞ dolları və 25.12.2020-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərcləri ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri əsasında 375.000 (üç yüz yetmiş beş min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 21 dekabr 2021-ci il tarixdə iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 09.03.2016-cı il tarixli **********94716/İM nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu, Hacallı kəndində yerləşən 0,0823 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 917,6 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssiəyə tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və 09.03.2016-cı il tarixli **********94716 nömrəli kredit xətti müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 34 000 (otuz dörd min) ABŞ dolları məbləğində əsas borcu, kreditin qaytarılma müddətinə - 08.03.2019-cu il tarixinə qədər 10.870,16 (on min səkkiz yüz yetmiş dollar on altı sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 08.03.2019-cu il tarixdən 25.12.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% (beş faiz) dərəcəsi ilə hesablanmış 11926,61 (on bir min doqquz yüz iyirmi altı dollar altmış bir sent) ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, 01.04.2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesabalanmış 34750,80 (otuz dörd min yeddi yüz əlli yeddi ABŞ dolları otuz beş sent) ABŞ dolları məbləğində penya, cəmi 91.547,58 (doxsan bir min beş yüz qırx yeddi dollar əlli səkkiz sent) ABŞ dolları və 21.12.2021-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 5% (beş) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 % (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 30 (otuz) manat məbləğində çəkilmiş xərcləri ipoteka predmetinin dəyərindən iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(025)-11/2022 saylı qərardadı ilə, iddiaçı ASC “Xalq” Bankının Cavabdeh qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işin məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırda iddiaçı ASC “Xalq” Bankı məhkəməyə şikayətlə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(025)-11/2022 №-li qərardadının tamamilə ləğv edilməsi və mülki işə Qəbələ Rayon Məhkəməsində mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı ASC «Xalq» Bankının Cavabdeh qarşı «09.03.2016-cı il tarixli **********94716 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinətutmanın yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işin aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki,“...Cavabdeh fərdi sahibkar statusuna malik olmasıvə ona kreditin Qəbələ rayonu Hacallı kəndində yerləşən cins damazlıq heyvanlarının saxlanılması üçün nəzərdə tutulan fermada yenidənqurma, təmir və quraşdırma işlərinin aparılması üçün verilməsi cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan bu mubahisəyə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəməsi tərəfindən baxılmalıdır...”.Aşağıda sadalanan əsaslara görə hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qərardadı qanunsuz və əsassızdır, prosessual hüquq normalarının pozulmasıilə qəbul olunmuşdur, buna görə də ləğv edilməlidir. Belə ki, Cavabdeh verilən kredit onun sahibkarlıq fəaliyyətindən irəli gələn məsələ ilə bağlı deyildir. Belə ki, iş materiallarında olan və şəxsən borcalanın özü tərəfindən doldurulan “Kredit sifarişi”ndən göründüyü kimi, hazırki kredit” Daşınmaz əmlakın girovu ilə verilən istehlak krediti” bank məhsuludur. Həmçinin, həmin sənədin 2-ci bəndində qeyd edilmiş “Borcalan haqqında məlumatlar:” bölməsindəki cavabdehin “Fəaliyyəti haqqında məlumat” qrafasından da göründüyü kimi, tərəflər arasındakı kredit münasibətlərində Cavabdeh fizikişəxs kimiçıxışedir.Bundan başqa “Bank hesablarının açılması, aparılması və bağlanmasıQaydalar”ının 2.7-ci bəndinə əsasən “Kredit hesabları bankınmüştərilərə verdiyi kreditlərin uçotu, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılan hesabdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə verilmiş kreditlər müştərilərin yalnızvergi ödəyicisi qismində açılmış bank hesablarına köçürülür”. Tərəflərarasında bağlanmış Kredit müqaviləsinin 10-cu bəndində qeyd edilən tərəflərin rekvizitləri bölməsindəki Cavabdeh hesab nömrəsindəki (AZ95HAJCFCRUSD**********9001) “F” (fiziki şəxs) simvolu həmin hesab nömrəsinin fiziki şəxs üçün açıldığını bildirir. Əgər bu hesab cavabdehin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə açılmış olsaydı “F” simvolunun əvəzinə “S” (sahibkar) simvolu qeyd edilməli idi. Beləliklə, göstərilənlərdən də göründüyü kimi kredit müqaviləsi üzrə borc alan qismində sahibkar statusuna malik olan fiziki şəxsin çıxış etməsi heç də həmin kreditin ona sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə verilməsini ehtiva etmir. Məhkəmə iş materiallarını araşdırıb, şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı ASC “Xalq” Bankı VÖEN **********, Cavabdeh VÖEN ********** 10 saylı Ərazi Vergilər İdarəsi AZ 3600, Qəbələ rayonu, Qəbələ.Ş, H.Əliyev pr, ev117). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, Cavabdeh kredit xətti Qəbələ rayonu Hacallı kəndində yerləşən cins damazlıq heyvanlarının saxlanılması üçün nəzərdə tutulan femrada yenidənqurma, təmir və quraşdırma işlərinin aparılması üçün açılmışdır. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı ASC “Xalq” Bankı hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. (09 mart 2016-cı il tarixli, **********94716 nömrəli kredit müqaviləsi). Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 269-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Qəbələ Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(025)-11/2022 saylı qərardadından ASC “Xalq” Bankı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə 7 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-11/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-11/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver