Məhkəmə qərarları › İş №2(025)-110/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-110/2021

15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-110/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 13770 ABŞ dolları əsas, 2180.01 ABŞ dolları faiz, 6678.17 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1474.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24103.08 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; Tutmanın Cavabdeh2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yeməkxana) və 0.011948 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasının (yemekxana) və 0.011948 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxx” İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yemekxana) və 0.011948 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yemekxana) və 0.011948 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin xx.xx.2021-ci il tarixə təyin etmiş məhkəmə baxış iclasını iddiaçının nümayəndəsinin iştirakı ilə keçirərək, məhkəmə iclasında çəkişmə prinsipinin təmin edilməsi məqsədi ilə məhkəmə baxışı iclasını xx.xx.2021-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri təqdim edilmiş və göndərilmişdir. Lakin, tərəflər göstərilən tarixlərdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 03 №-li qərarının 9.1 maddəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, tərəflər göstərilən tarixdə məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiklərindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı bank tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 5-SKMF-7-0-383-15 nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, kreditor «xxxx» İKB Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə, ilk 12 ay güzəşt tətbiq edilməklə 15000 manat məbləğində istehlak krediti verilmişdir. Həmçinin işdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13770 manat əsas, 2180,01 manat borcu, 6678,17 manat cərimə borcu olmaqla xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1474,9 manat məbləğində əldən çıxmış fayda borcu vardır. Lakin bu baxmayaraq iddiaçı bank tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsində cavabdehdən tələb edilən borc məbləği Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə tələb edilmişdir. Lakin dəfələrlə məhkəmə iclasları təxirə salınmasına baxmayaraq, iddiaçı bank tərəfindən məhkəməyə bu barədə hər hansı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edilməmişdir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı bankın nümayəndəsi məhkəməyə ipoteka predmetinin likvid dəyəri barədə məhkəməyə ekspert rəyi təqdim edəcəklərini bildirsə də, bununla bağlı da məhkəməyə ekspert rəyi təqdim olunmamışdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx xxxx 2020-ci il tarixli qərardadında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.6, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar