Məhkəmə qərarları › İş №2(025)-110/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-110/2023

26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-110/2023 26.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi̇ oğlunun Maraqli şəxsnə qarşi “ölüm faktinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: doğumun qeyd edilmə fakti) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçı̇ oğlunun iştirakı ilə, Ərizəçı̇ oğlunun Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin hallari Ərizəçı̇ oğlu Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X3nın 09 iyul 2020-cı il tarixdə Qəbələ rayonu Kürd kəndində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Ərizəçı̇ oğlu məhkəməyə ərizə təqdim edərək, X3nın 09 iyun 2020-cı il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, 21 avqust 1989-cu ildə Qəbələ rayonu Kürd kəndində anadan olmuşdur. X1, X3 olmuşdur. X3 16 sentyabr 1964 cü il tarixdə Ağdaş rayonunun Aral 2 kəndində doğulmuşdur. 13 oktyabr 1989-cu il tarixdə X4 ilə ailə qurmuşdur. Həmin evlilikdən iki qız, üç oğlan övladları doğulmuşdur. X3 09 iyul 2020-cı il tarixdə Qəbələ rayonu, kürd kəndində beyin xərçəngi xəstəliyindən vəfat etmiş və kürd kənd qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin anasının ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə alınmayıb. X21 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında anasının ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və məhkəməyə müraciət etmək hüququ izah olundu. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli oldu. Həmçinin X3nın ölüm faktı ərizəyə əlavə etdiyi qəbrin fotoşəkillərindən, həmçinin keçiriləcək məhkəmə iclasında məhkəməyə gətirəcəyi şahidlərin ifadələri ilə də öz təsdiqini tapa bilər. Məhkəmə icraati iştirakçilarinin izahatlari Məhkəmə iclasında Ərizəçı̇ oğlu ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı, mərhum X11 onun anasıdır. Anası xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayon Kürd kəndində keçirilmişdir. X6 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun dostudur. X11 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayon Kürd kəndində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxişinin hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-284/15 saylı, 10 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçı̇ oğlunun ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X11”-nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Ağdaş rayon Şəmsabad kənd sovetliyi tərəfindən verilmiş 07 oktyabr 1964-cü il tarixli AЗ № 741178 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 16 sentyabr 1964-cü il tarixdə Ağdaş rayonu, Aral iki kəndində anadan olmuşdur, anası X19, atası X5r. İşdə olan Qutqaşen rayonunun Kürd kənd soveti tərəfindən verilmiş 13 oktyabr 1989-cu il tarixli V-ЖГ № 286563 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Əsədov Məhəmmədəlı̇ Cahangir oğlu ilə X10 arasında 13 oktyabr 1989-cu il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Əsədova soyadı verilmişdir. İşdə olan Bakı şəhəri Təcili və Təxirəsalınmaz 9 saylı X13 xx.xx.2020-ci il tarixli tibbi kağızından görünür ki, X11 xx.xx.2020-ci il tarixdə saat 06:55-də vəfat etmişdir. İşdə olan qəbr daşına aid fotoşəkildən görünür ki, X11 xx.xx.2020-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X11 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X7 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X7 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar