Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1186/2020 26.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, oğlu X2 xx xxx 2004-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü ildə Gürcüstan Respublikası Dmanisi rayonunda anadan olmuş və hazırda Qəbələ rayonu, Mirzəbəyli kəndində yaşayır və qeydiyyatdadır. O, vərəsəlik işini açmaq üçün vərəsəliklə bağlı notariat kontoruna müraciət etmişdir. Bütün sənədləri topladıqdan sonra notariat kontorundan ona bildirmişlər ki, onun xx xxxxxx 1993-cü il tarixdə doğulmuş oğlu Rüstəmin doğum şəhadətnaməsi var, ancaq ölüm şəhadətnaməsi yoxdur. Oğlu xx xxxxxx 1993-cü ildə doğulmuş və xx xxx 2004-cü il tarixdə qan xəstəliyi səbəbindən vəfat etmişdir. Onların kənd icra nümayəndəsinin və ya başqa bir idarənin səhlənkarlığı ucbatından ölüm şəhadətnaməsi almamışdır. Onlar oğlanları Qəbələ rayonu Mirzəbəyli kənd qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, oğlunun vəfatı barədə sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin vəfatı ilə bağlı heç bir akt qeydi aşkar olunmadığı üçün ölüm şəhadətnaməsi verməkdən imtina etməklə, məhkəməyə müraciət edilməsi göstərilmişdir. O, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərdi ki, ərizəçi onun qonşusudur. Ərizəçi mərhum oğlu X5 qan xəstəliyindən xx.xx.2004-cü il tarixdə vəfat etmiş və Qəbələ rayonu Mirzəbəyli kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, o, Qəbələ rayonu Mirzəbəyli kəndində yaşayır və ərizəçinin qonşusudur. Ərizəçi mərhum oğlu Rüstəm Yunusov xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 335 nömrəli arayışdan görünür ki, X5 xx.xx.1993-cü il tarixdə doğulmuş, bu barədə 1993-cü ilin sentyabr ayında 70 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X4r. İşdə olan Gürcüstan SSR Dmanisi rayonu kv. Oruzmanskiy xalq deputatları kənd soveti tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, İİİ-ТИ seriyalı, 388449 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X1 xx xxxxx 1988-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 08 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Aslanov, arvada Aslanova soyadı verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 05/Q-301/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş oğlu X2 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Mirzəbəyli kənd İƏD tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 570 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Mirzəbəyli kənd sakini Ərizəçi oğlu X5 xx xxx 2004-cü ildə vəfat edib və Mirzəbəyli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Gürcüstan, Dmanisi rayonunda doğulmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi oğlu - X5 xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində vəfat etmiş və Qəbələ rayonu Mirzəbəyli kəndində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu – X2 xx.xx.2004-cü il tarixdə Qəbələ rayonu Mirzəbəyli kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1186/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1186/2020
26.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver