Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-126/2021 17.06.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2, X4, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 14 avqust ;arixli kredit müqaviləsi üzrə 13700.01 manat əsas, 2037.77 manat faiz, 6273.03 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1423.6 məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 23434.41 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Xırxatala xəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.266 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.266 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.266 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 ,Cavabdeh2 , Cavabdeh3 , Cavabdeh4 Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.266 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi Cavabdeh1 ,Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 29 oktyabr tarixli Əsas Kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-nin “Qəbələ” filialından Cavabdeh1 15000 AZN və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində 72 ay müddətinə kredit limiti ayrılrmşdır.2015-ci il 14 avqust tarixli Əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.266 ha mrpaq sahəsi 2013-ci il 29 oktyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alnımışdır. 2015-ci il 14 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cii bəndinə əsasən hər gecikdirilən gün üçün aecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24 -dək Cavabdeh1 2015-ci il 14 avqust tarixli kredit müqaviləsi üzrə banka 13700.01 manat əsas, 2037.77 manat faiz, 6273.03 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 22010.81 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, təqdim edilmiş ekspertiza rəyi ilə razı olduğunu bildirdi. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 29.10.2013-cü il tarixli 5-SKMF-1-0-1501-13 saylı əsas kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC tərəfindən Cavabdeh1 72 ay müddətinə 15.000 manat məbləğində kredit limiti ayrılmışdır. İşdə olan 14.08.2015-ci il tarixli 5-SKMF-2-0-384-15 saylı əsas kredit müqaviləsindən görünür ki, «xxxx» İKB ASC tərəfindən Cavabdeh1 illik 6 faiz hesablanmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 14.08.2015-ci il tarixli 5-SKMF-2-0-384-15 nömrəli əsas kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 15000 manat məbləği illik 6 %-lə, 36 ay müddətinə (1 il güzəşt müddəti ilə) aylıq 625 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24.09.2020-ci il tarixə 13700.01 manat əsas borc, 2037.77 manat faiz, 6273.03 manat cərimə və 1423.6 manat əldən çıxmış fayda olmaqla, cəmi 23434.41 manat borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 29.10.2013-cü il tarixli 5-SKMF-1-0-1501-13 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 31.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin 18 mart 2021-ci il tarixli 2(025)-126/2021 saylı qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Müstəqil qiymətləndirici qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh X1 məxsus olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.266 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “xxxx” MMC-nin 26.05.2021-ci il tarixli H/07-PLS saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsinin bazar dəyəri 35000 manat, likvid qiyməti 30000 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 01.08.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Xırxatala kəndində istifadədə olan 0,266 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyedtr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02.11.2013-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Xırxatala kəndində istifadədə olan 0,266 ha torpaq sahəsində 1 mərtəbəli, 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyedtr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 14.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13700 manat 01 qəpik əsas borc, 2037 manat 77 qəpik faiz, 1300 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1423 manat 60 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18461 manat 38 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 1300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət e t d i: İddia qismən təmin edilsin. 14.08.2015-ci il tarixli kredit müqaviləsi üzrə 13700 manat 01 qəpik əsas borc, 2037 manat 77 qəpik faiz, 1300 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1423 manat 60 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 18461 manat 38 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 30000 (otuz min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Xırxatala kəndində yerləşən 3 otaqlı, 99 kv.m ümumi, 67.5 kv.m yaşayış, 31.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,266 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-126/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-126/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver