Məhkəmə qərarları › İş №2(025)-1282/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1282/2023

03.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1282/2023 03.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X8 06 may 1982-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X12 02 noyabr 1982-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, 06 dekabr 1982-ci ildə körpə ikən həmin kənddə vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, Yenikənd kənd qəbirstanlığında dəfn edilmişdir. Uşağın məzarı hal-hazırda da həmin qəbirstanlıqdadır. Valideynləri qanunu bilməməzliklərindən və səhlənkarlıq etdiklərindən qardaşının ölümünü vaxtında aidiyyəti orqanlara müraciət edərək qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. X5 29 fevral 2020-ci il tarixində qida boru, boyun hissəsinin bədxassəli yeni törəməsindən və anası X11 16 mart 2021-ci il tarixində yumurtalığın bədxassəli yeni törəməsindən vəfat etmişlər. Hazırda onlardan qalan miras əmlakın vərəsəlik məsələsini notariat ofisində həll etmək istəyir, lakin qardaşının doğumunun qeydə alınmasına baxmayaraq onun ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. X1 ölümündən uzun müddət keçdiyinə görə isə rayon Qeydiyyat şöbəsi uşağın ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina edir. Bu barədə ölüm faktının müəyyən edilməsi müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-15-B- 80/2023 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, qeyd etmək istəyir ki, qardaşı X8 ölümünü yaxın qohumlar və qonşular da təsdiq edə bilər. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin xahiş etdim hissəsində ölüm tarixi 06 dekabr 1982-cil olduğu halda texniki səhf olaraq 06 may 1982-ci il kimi qeyd edilmişdir. Qətnamə qəbul edilərkən yanlışlığı nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. X3 1982-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində vəfat etmişdir. Onun dəfn mərasimi Qəbələ rayonu Yenikənd kəndində keçirilmişdir. X6 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, mərhum onun əmisi oğludur. Mərhum onların evində (Qəbələ rayonu, Yenikənd kəndində) 1982-ci il tarixdə rəhmətə getmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs № 3-16-5/8-15-B-80/2023 saylı, 10 may 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X12”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qutqaşen rayonu Zalam kənd İ.Ə.N-yi tərəfindən 29 oktyabr 1977-ci il tarixdə verilmiş doğum haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1977-ci il tarixdə Qutqaşen rayonu, Yenikənd kəndində anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 83 ilə qeydə alınmışdır. X4-milliyyəti ləzgi, anası X11-milliyyəti ləzgi. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 06 may 2023-cü il tarixli № 3-16-5/7-173 saylı arayışdan görünür ki, Qəbələ rayonunun Yenikənd kəndində anadan olmuş X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Qəbələ regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən 17 iyul 2023-cü il tarixli № 3-16-5/7-185/2023 saylı arayışdan görünür ki, X12 02 noyabr 1982-i ildə Qəbələ rayonu Yenikənd kəndində anadan olmuşdur. Bu barədə 25 noyabr 1982-ci il tarixdə Qəbələ rayon Zalam kənd icra nümayəndəliyində 71 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X10-milliyəti ləzgi, anası: X11-milliyyəti ləzgi. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 21 aprel 2020-ci il tarixdə verilmiş AZ-İİ № 067135 saylı «Ölüm haqqında şəhadatnamə”dən görünür ki, X10 29 fevral 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 61 №-ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 19 mart 2021-ci il tarixdə verilmiş AZ-İİ № 138135 saylı «Ölüm haqqında şəhadatnamə”dən görünür ki, X11 16 mart 2021-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 150 №-ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X12 xx.xx.1982-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1982-ci il təvəllüdlü X8 xx.xx.1982-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1982-ci il təvəllüdlü X8 06 dekabr 1982-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar