Məhkəmə qərarları › İş №2(025)-1300/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1300/2021

15.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1300/2021 15.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X3 29 fevral 2020-ci il tarixdə Bakı şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, xx xxxxxx 1967-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş və hazırda da Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır və qeydiyyatdadır. Vərəsəlik işini açmaq üçün, vərəsəliklə bağlı notariat kontoruna müraciət etmişdir. Bütün sənədləri topladıqdan sonra notariat kontorundan bildirdilər ki, onun həyat yoldaşı X3 ölüm şəhadətnaməsi yoxdur. Onun həyat yoldaşı X5 29 fevral 2020-ci il tarixdə qan təziqinin qəflətən artması nəticəsində vəfat etmiş, 01 mart 2020-ci il tarixdə dəfn edilmişdir. Onların, kənd icra nümayəndəsinin və ya başqa bir idarənin səhlənkarlığı ucbatından ölüm şəhadətnaməsi alınmamışdır. Bu barədə maraqlanmamışdır. Onlar həyat yoldaşı X4 Qəbələ rayonu Nic qəsəbə qəbirstanlığında dəfn etmişlər. Bundan sonra o, X3 vəfatı barədə sənəd almaq üçün Maraqlı şəxsnə müraciət etdi, lakin arvadı X3 vəfatı ilə bağlı heç bir akt qeydi aşkar olunmadığı üçün ölüm şəhadətnaməsi verməkdən imtina etməklə, məhkəməyə müraciət edilməsi göstərilmişdir. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli oldu. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, X5 29 fevral 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. onun dəfn mərasimi Qəbələ rayon Nic kəndində keçirilmişdir. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, gəlnimiz - 17.01.1976-cı il təvəllüdlü X5 29.02.2020-ci il tarixdə qan təziqinin qəflətən artması nəticəsində Bakı şəhərində vəfat etmişdir. Onun dəfn mərasimi Qəbələ rayon Nic kəndində keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-235/13 saylı, 28 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçinın ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X5”-nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Nic kənd ərazi nümayəndəliyi tərəfindən verilmiş 17 avqust 1995-ci il tarixli Vİİ-JQ № 259693 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 və Ərizəçi arasında 17 avqust 1995-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Həsənəliyev, arvada Həsənəliyeva soyadı verilmişdir. İşdə olan Qəbələ rayon Nic kənd soveti tərəfindən verilmiş 26 aprel 1976-cı il tarixli İV-JQ № 344154 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 17 yanvar 1976-cı il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuşdur, anası X8, atası X9r. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 29.02.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 17.01.1976-cı il təvəllüdlü X3 29.02.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.01.1976-cı il təvəllüdlü X3 29.02.2020-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar