Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-132/2021 11.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nın nümayəndəsi Nümayəndə, Cavabdeh2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçıASCnin xeyrinə 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10204.5 manat əsas, 1414.05 manat faiz, 1958.29 manat cərimə və kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 940.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14517.24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanm Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 məxsus olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 12.08.2021-ci il tarixdə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək əsas borclu Cavabdeh1 19.09.2017-ci il tarixdə vəfat etdiyindən onun vərəsələri - cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçıASC-nin xeyrinə 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10204.5 manat əsas, 1414.05 manat faiz, 1958.29 manat cərimə və kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 940.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14517.24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanm Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 mülkiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 məxsus olan Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.m yaşayış, 91.2 kv.m yardımçı sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Cavabdeh3, X1 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 19 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-niıı “Qəbələ” filialından illik 72 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. 2015-ci il 19 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC- niıı “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 müikiyyətindəki Qəbələ şəhəri, Nəsimi küçəsində yerləşən, 2 otaqlı, 143.2 kv.m ümumi, 52 kv.ın yaşayış, 91.2 kv.m yardımç sahədən ibarət 3 nömrəli fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2015-ci il 19 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 19 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 24-dək Cavabdeh1 2015-ci il 19 noyabr tarixli kredit müqaviləsi üzrə banka 10204.5 manat əsas, 1414.05 manat faiz, 1958.29 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 13576.84 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 24 sentyabr 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10204.5 manat əsas, 1414.05 manat faiz, 1958.29 manat cərimə və kredit müqaviləsi üzrə 30.11.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 940.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 14517.24 manat borcu vardır. 19 noyabr 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında Cavabdeh2 yazılı vəsatətlə müraciət edərək bildirdi ki, mərhum həyat yoldaşı Cavabdeh1 12000 manat krediti "xxxx" İKB ASC-dən sahibkarlıq məqsədi ilə götürmüşdür. Göründüyü kimi kredit sahibkarlığın inkişafı məqsədi ilə götürüldüyündən hal-hazırki mülki işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalıdır. Odur ki, mülki işin aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili Vəkil vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı ASC-nın nümayəndəsi Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və cavabdehin vəsatətini nəzərə alaraq, hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyətinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə cavabdeh həmçinin əsas borclu mərhum Cavabdeh1 vərəsəsi Cavabdeh3 oğlunun isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti VÖEN **********, cavabdeh həmçinin əsas borclu mərhum Cavabdeh1 vərəsəsi Cavabdeh3 VÖEN **********). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, cavabdeh mərhum Cavabdeh1 krediti sahibkarlıq məqsədi ilə götürmüş və müqavilədə qeyd edilən kredit məbləği onun ssuda hesabına köçürülmüşdür. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin kommersiya məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Ona görə də, tərəflərdən biri hüquqi şəxs, digəri fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olduğundan hazırki mübahisəyə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-32 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-132/2021
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-132/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver