Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-132/2024 30.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X4 30 aprel 1997-ci il tarixdə Qəbələ rayonu, İmamlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1967-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, İmamlı kəndində anadan olmuşdur. Qəribova (Hacıyeva) Rəbiyə İbad qızı ilə 1988-ci il ildə ailə qurmuş və nikahlarını xx.xx.1988-ci il tarixində rəsmiləşdirmişlər. Birgə evliliklərindən 6 övladları anadan olmuşdur. X2 30 dekabr 1994-cü il tarixində Qəbələ rayonu, İmamlı kəndində anadan olmuş, 28 aprel 1997-ci il tarixində 3 yaşında olarkən baş-beyin xəstəliyindən həmin kənddə vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, İmamlı kənd qəbirstanlığında dəfn edilmişdir. Uşağın məzarı hal-hazırda da həmin qəbirstanlıqdadır. Qanunu bilməməzlikdən və səhlənkarlıq etdiklərindən oğlunun ölümünü vaxtında aidiyyəti orqanlara müraciət edərək qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışlar. Hazırda onun adına olan əmlakın vərəsəlik məsələsini həll etmək istəyir, lakin oğlunun doğumunun qeydə alınmasına baxmayaraq ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. X4 ölümündən xeyli müddət keçdiyinə görə isə Qeydiyyat şöbəsində ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina olunur. Bu barədə ölüm faktının müəyyən edilməsi müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-15H-241/2023 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, qeyd etmək istəyir ki, X2nun ölüm faktını dəfnində iştirak etmiş qonşular və yaxın qohumlar məhkəmədə şahid qismində ştirak edərək təsdiq edə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin Sübhan adlı uşağı 30 aprel 1997-ci il tarixdə vəfat etmiş və İmamlı kənd qəbristanlığında dəfn edilmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, ərizəçi onun qaynıdır. Ərizəçinin uşağı Sübhan beynində olan xəstəliklə əlaqədar vəfat etmiş və İmamlı kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 göstərdi ki, ərizəçi onun qardaşıdır. Qardaşı oğlu olan Sübhan başında olan xəstəliklə əlaqədar 1997-ci ilin 30 aprel tarixində ölmüşdür. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.1988-ci il tarixli, İV-ЖГ seriyalı, 423365 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X5 16 iyun 1988-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 15 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayon İHB-nin Mirzəbəyli kənd inzibati ərazisi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1995-ci il tarixli, XVİİİ-ЖГ seriyalı, 484096 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 30 dekabr 1994-cü ildə doğulmuş, bu barədə 1995-ci ilin yanvar ayının 23-də 05 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X6r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli, 3- 16-5/8-15/H-241/2023 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X9”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi oğlu - X9 1997-ci il aprel 30-da Qəbələ rayonu, İmamlı kəndində vəfat etmiş və İmamlı kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu, xx.xx.1994-cü il təvəllüdlü X4 1997-ci il aprelin 30-da Qəbələ rayonu İmamlı kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-132/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-132/2024
30.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver