Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-134/2021 12.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qəbələ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 9061.72 manat əsas, 677.12 manat faiz, 796 manat cərimə və kredit müqaviləsi üzrə 30.05.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1111.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 11646.24 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanm Cavabdeh2 məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh2 qızma məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında tərəflər məhkəməyə barışıq sazişi və sazişin təsdiq olunması barədə ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir. X3 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında aşağıdakı şərtlərlə bağlanır:
1. Borclular Cavabdeh1 və Cavabdeh2 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddəti olan 30.04.2023-cü il tarixədək İddiaçı ASC-yə 5-SKMF-2-0- 344-15 nömrəli 25 may 2015-ci il tarixli kredit razılaşması üzrə 3959,72 manat əsas, 340,28 manat faiz olmaqla, cəmi 4300 manat məbləğində borcun olmasını qəbul edirlər.
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 qızma məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 25000 manat məbləğində müəyyən edilsin.
3. Borclular 4300 manat məbləğində vəsaiti, razılaşdırılmış qaydada və müddətlərdə 20 ay müddətinə hər ay əsas borc üzrə 198 manat, faiz borcu 17 manat olmaqla ümumilikdə 215 manat Banka ödəməyi öhdələrinə götürür. (ödəniş qrafiki barışıq sazişinə əlavə olunmuşdur.)
4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə və qrafik üzrə müəyyən edilmiş 3959,72 manat əsas borcu və 340,28 manat faiz borcunu, həmçinin 60 manat rüsumunu vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank 30.04.2023-cü il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 336,84 manat faiz və 796 manat məbləğində cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.
5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikcə və borc tam ödənildikdə, həmçinin 60 manat dövlət rüsumu ödənildiyi halda Cavabdeh2 qızma məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə dair girov götürən hüquqlarından imtina etməyi İddiaçı ASC öz öhdəsinə götürür.
6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3- cü bəndinin tələbləri pozulmuş hesab edilsin, cəmi 5432,84 manat borc, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait mübadilə edilərək borcluların Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.
7. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
14. Bu barışıq sazişi 4 (dörd) əsl nüsxədə imzalanmışdır.
Tərəflərin barışıq sazişinin şərtləri AR MPM-nin 191-ci maddəsinin tələblərinə uyğun tərtib edildi, tərəflərin imzası ilə təsdiq olundu və məhkəməyə təqdim edildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.4-cü (bundan sonra MPM) maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. MPM-nin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. MPM-nin 14.3-cü maddəsinə əsasən məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2016-cı il tarixli Qərarında qeyd edilmişdir: Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Qeyd edilən hüquq normalarından aydın olur ki, mülki iş üzrə tərəflər qanunvericiliyin tələblərinə zidd olmayan barışıq sazişi bağlamaq hüququ vardır və ədalət mühakiməsi həyata keçirən məhkəmələr bu hüquqların həyata keçirilməsinə yardım etmək vəzifəsinin daşıyıcılarıdır. Mülki iş üzrə tərəflər arasında barışıq sazişi bağlandığı və məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə iş üzrə icraata xitam verilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata barışıq sazişində göstərilən məsələlər hissəsində xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191.2, 231, 235, 261, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 barışıq sazişinin təsdiq olunması barədə ərizələri təmin edilsin.
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlər daxilində təsdiq edilsin:
1. Borclular Cavabdeh1 və Cavabdeh2 bu barışıq sazişi bağlanan tarixə və bu barışıq sazişinin bitmə müddəti olan 30.04.2023-cü il tarixədək İddiaçı ASC-yə 5-SKMF-2-0-344-15 nömrəli 25 may 2015-ci il tarixli kredit razılaşması üzrə 3959,72 manat əsas, 340,28 manat faiz olmaqla, cəmi 4300 manat məbləğində borcun olmasını qəbul edirlər.
2. Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 qızma məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin ilkin satış qiyməti (likvid dəyəri) tərəflərin qarşılıqlı razılığına əsasən 25000 manat məbləğində müəyyən edilsin.
3. Borclular 4300 manat məbləğində vəsaiti, razılaşdırılmış qaydada və müddətlərdə 20 ay müddətinə, barışıq sazişinə əlavə olunmuş ödəniş qrafikinə uyğun olaraq hər ay əsas borc üzrə 198 manat, faiz borcu 17 manat olmaqla ümumilikdə 215 manat Banka ödəməyi öhdələrinə götürür.
4. Borclular bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdikləri təqdirdə və qrafik üzrə müəyyən edilmiş 3959,72 manat əsas borcu və 340,28 manat faiz borcunu, həmçinin 60 manat rüsumunu vaxtında və lazımi qaydada Banka qaytardığı təqdirdə Bank 30.04.2023-cü il tarixdə ediləcək ödəniş zamanı kredit razılaşması üzrə hesablanmış və ödənilməmiş cəmi 336,84 manat faiz və 796 manat məbləğində cərimə borcunu güzəşt etməyi öhdəsinə götürür.
5. Borclular sazişin 3-cü bəndindəki ödəniş qrafiki üzrə ödənişlər etdikcə və borc tam ödənildikdə, həmçinin 60 manat dövlət rüsumu ödənildiyi halda Cavabdeh2 qızma məxsus olan Qəbələ şəhəri ünvanında yerləşən, 4 otaqlı, 133.2 kv.m ümumi, 85.8 kv.m yaşayış, 47.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinə dair girov götürən hüquqlarından imtina etməyi İddiaçı ASC öz öhdəsinə götürür.
6. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3- cü bəndinin tələbləri pozulmuş hesab edilsin, cəmi 5432,84 manat borc, sazişin 2-ci bəndində göstərilən bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində razılaşdırılmış müvafiq qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait mübadilə edilərək borcluların Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilsin. İpoteka predmetlərinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun.
7. Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərindən sonrakı ilk 3 (üç) təqvim günü ərzində, ümumi qrafik üzrə 3 dəfədən çox olmamaq şərti ilə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir.
8. Sazişin 2-ci bəndində qeyd edilən əmlakların təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır.
9. Borclular bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər.
10. Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır.
11. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir.
12. Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir.
13. Barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir.
14. X3 ilə müəyyən edilən öhdəliklər vaxtında və layiqincə icra edilmədikdə öz öhdəliyini vaxtında icra etməyən tərəf məsuliyyət daşıyır.
15. X2 Rayon Məhkəməsinə bir ədəd və tərəflərdən hər birinə bir ədəd təqdim edilməklə, Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 4 nüsxədə tərtib edilmişdir.
16. X3 Qəbələ Rayon Məhkəməsi tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev