Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1361/2021 03.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1959-cu il oktyabrın 15-də Qəbələ rayonunda doğulmuş qardaşı X4 2011-ci il iyunun 19-da Qəbələ şəhərində ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1972-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. X3, anası isə X18 olmuşlar. X1 ürək çatmamazlığından 19.06.2011-ci il tarixdə Qəbələ şəhərində vəfat etmiş və Qəbələ şəhərində yerləşən qəbristanlığında dəfn edilmişdir. Hal-hazırda vərəsəlik məsələsini həll etmək istəyir, lakin qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum qardaşı Ramizə ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında qardaşının ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuş və ona məhkəmyəə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o, məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin mərhum qardaşı X4 ölüm faktı Qəbələ rayonu icra Hakimiyyəti başçının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışla, qəbir daşları ilə də təsdiq olunur. Bundan əlavə məhkəməyə dəvət ediləcək şahidlərdə qardaşının ölüm faktını təsdiq edə bilərlər. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ərizəçi onun bibisioğludur. Ərizəçi mərhum qardaşı X12 19.06.2011-ci il tarixdə vəfat etmiş və Qəbələ şəhərində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərdi ki, o, Qəbələ şəhərində yaşayır və ərizəçi əmisioğludur. Ərizəçi mərhum qardaşı Ramiz Mehtiyev 19.06.2011-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, onun qəbrinin qazılmasında və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, o, ərizəçinin bibisinəvəsidir. X25 19.06.2011-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1972-ci il tarixli, İ-ЖГ seriyalı, 281745 №-li «Doğum haqqında» şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci ildə Qutqaşen rayonunda doğulmuşdur, X3, anası X13r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş “Doğum haqqında” arayışdan görünür ki, X12 15.10.1959-cu ildə Qəbələ rayonunda doğulmuşdur, atası X9, anası X14r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 07.01.2021-ci il tarixli, AZ-İİ seriyalı, 091928 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X8 17.02.2015-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 24.02.2015-ci ildə 20 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 06.01.2021-ci il tarixli, AZ-İİ seriyalı, 091927 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X18 26.12.2018-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.01.2019-cu ildə 04 № ilə qeyd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli 05/Q-225/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş qardaşı X4 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ şəhər İƏD tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli, 1264 nömrəli arayışdan görünür ki, Ərizəçi qardaşı mərhum X2 rayon Qeydiyyat şöbəsinin 16.07.2021-ci il taixli arayışına əsasən 15.10.1962-ci il tarixində anadan olmuşdur və 19.06.2011-ci il tarixində vəfat etmişdir. İşdə olan X7 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X12 15.10.1962-ci il tarixdə doğulmuş və 19.06.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi qardaşı - X12 19.06.2011-ci il tarixdə Qəbələ şəhərində vəfat etmiş və Qəbələ şəhərində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1959-cu il oktyabrın 15-də Qəbələ rayonunda doğulmuş qardaşı X4 2011-ci il iyunun 19-da Qəbələ şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1361/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1361/2021
03.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver