Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1364/2023 18.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 5 aprel 1993-cü il tarixdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulmuş Süleymanov Şahin oğlunun 10 iyun 1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum əri X5 ilə olan xx.xx.1992-ci il tarixli nikahlarından xx.xx.1993-cü il tarixdə Süleymanlı Hacı şahin oğlu adlı uşaqları doğulmuşdur. Uşaq cəmi 45 gün yaşamış, xx.xx.1993-cü il tarixdə xəstəlikdən ölmüşdür. Uşağın nəşi Mıxlıqovaq kənd qəbirstanlığında yaxınlarının qəbrinin yanında dəfn edilmişdir. Mərhum ərinin səhhətində olan səbəblərdən uşağın ölüm şəhadətnaməsi alınmamışdır. Hazırda ailə üzvlərinin torpaq payının bölünməsini və mirası həll etmək istəyərkən məlum olmuş ki, Hacı adlı uşaqlarının ölümü qeydə alınmamış və ona ölüm şəhadətnaməsi yazılmamışdır. Ölüm haqqında şəhadətnamənin alınması üçün Qəbələ qeydiyyat şöbəsinə etdikləri müraciətə xx.xx.2023-cü il tarixli məktubla verilmiş cavabda göstərilmişdir ki, ölüm haqqında akt qeydi qeydiyyat şöbəsində aşkar edilməmiş və məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 göstərdi ki, ərizəçi onun analığıdır. Anası rəhmətə gedəndən sonra görmüş ki, atası tək qalmış, o özü Raziyyəni tapıb atası ilə evləndirmişdir. Atası 2002-ci ildə vəfat etmişdir. 1993-cü ildə atası ilə analığının bir oğlan övladları olmuşdur. Sonra eşitmişdir ki, uşaq xəstələnib, bir günün içərisində də rəhmətə getmişdir. Uşaq 1993-cü ilin aprel ayının 25-də vəfat etmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərdi ki, ərizəçi onun analığıdır. Atası 2002-ci ildə vəfat etmişdir. 1993-cü ildə atası ilə analığının bir oğlan övladları olmuşdur. Uşaq qırxı çıxana qədər yaşamışdır. Sonra uşağın qızdırması qalxmış, sudurqa keçirmiş və rəhmətə getmişdir. Uşaq 1993-cü ilin aprel ayının 25-də vəfat etmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, ərizəçi onun həyat yoldaşının analığıdır. 1993-cü ildə onların bir oğlan övladları olmuşdur. Uşaq qırxı çıxana qədər yaşamışdır. Sonra uşağın qızdırması qalxmış, onun maşını ilə həkimə aparmışlar, ancaq çatdıra bilməmişlər, uşaq sudurqa keçirmiş və rəhmətə getmişdir. Uşaq 1993-cü ilin aprel ayının 25-də vəfat etmişdir. Onun dəfnində, yas mərasimində iştirak etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.1992-ci il tarixli, Vİ-ЖГ seriyalı, 291501 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X2 06 fevral 1992-ci ildə nikahları bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1993-cü il tarixli, XVİİ-ЖГ seriyalı, 359537 №-li “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 25 aprel 1993-cü ildə doğulmuş, bu barədə 1993-cü ilin may ayının 19-da 56 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 oğlu, anası Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 26 may 2023-cü il tarixli, 3-16- 5/8-15-S-111/2023 nömrəli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X8”nun ölüm haqqında akt qeydinin aşkar edilməməsi səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyətinin Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 13 iyul 2023-cü il tarixli, 344 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Mıxlıqovaq kəndində qeydiyyatdadır və hal-hazırda həmin kənddə yaşayır. İş materiallarında olan qəbir daşının foto-şəkillərindən görünür ki, qəbr daşında ad, soyad və ata adı qeyd edilməsə də, qəbir daşının balaca uşaq üçün qoyulması müəyyən olunur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi oğlu - X7 1993-cü il iyunun 10-da Qəbələ rayonu, Mıxlıqovaq kəndində vəfat etmiş və Mıxlıqovaq kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlu, xx.xx.1993-cü il təvəllüdlü X3 1993-cü il iyunun 10-da Qəbələ rayonu Mıxlıqovaq kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1364/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1364/2023
18.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver