Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1393/2023 24.10.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X12 28 noyabr 2022-ci il tarixində Almaniya Federativ Respublikasının Hannover şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi (Mustafayeva) Xuraman Sədiyar qızı ilə 1992-ci ildə ailə qurmuş və nikahları xx.xx.1992-ci il tarixində rəsmiləşdirmişdilər. Birgə evliliklərindən 3 övladları anadan olmuşdur. Oğlu 31 mart 1993-cü il tarixində Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, ailəli olmamışdır. Bildirir ki, oğlu 2022-ci ilin mart ayında melonoma xərçəngi xəstəliyinə tutulmuş, həmin ilin iyun ayından müalicə olunmaqdan ötrü Almaniya Federativ Respublikasının Hannover şəhərinə aparılmış, bir müddət müalicə olunduqdan sonra 28 noyabr 2022ci il tarixində həmin xəstəlikdən Almaniya Federativ Respublikasının Hannover şəhərində vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, Vəndam kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlunun məzarı halhazırda da həmin qəbirstanlıqdadır. Oğlunun ölümü ilə əlaqədar adına olan əmlakın notariat ofisində vərəsəlik məsələsini həll etmək istəyir, lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. X4 ölümündən 6 ay keçdiyinə, ölüm haqqında tibbi arayış olmadığına görə isə Qeydiyyat şöbəsi onun ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina etmiş və müraciətinə cavab olaraq Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-15- 765/2023 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etmək hüququmun olması izah olunmuşdur. Həmçinin, qeyd etmək istəyir ki, X4 ölüm faktını dəfnində və yas mərasimində iştirak etmiş qonşular və yaxın qohumlar şahid qismində təsdiq edə bilərlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacasının oğludur. X7 xərçəng xəstəliyindən əziyyət çəkdiyindən Almaniyaya müalicə məqsədilə getmişdir. 2022-ci il 28 noyabr tarixində orada vəfat etmişdir. Onun dəfn mərasimi Qəbələ rayonu Vəndam kəndində keçirilmişdir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun bibisinin yoldaşıdır. Mərhum onun bibisinin oğludur. Mərhum xərçəng xəstəliyindən Azərbaycanda müalicə olunurdu. İyun ayında yaxın dostları, yoldaşlarının məsləhəti ilə Almaniyada müalicəsini davam etdirmişdir. Təxminən 6 ay müalicəsi davam etdikdən sonra noyabr ayının 28-i mərhum Almaniya Federativ Respublikasının Hannover şəhərində vəfat etmişdir. Dekabr ayının 2-si nəşi Vətənə gətirilmişdir. Hannover şəhərindən verilmiş ölüm kağızında “Apostell” möhürü olmadığından və ölüm tarixi düzgün yazılmadığından onlar ölüm haqqında şəhadatnaməsi ala bilməmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin № 3-16-5/8-15-765/2023 saylı, 22 iyul 2023-cü il tarixli məktubundan görünür ki, X9 ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X16”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayonu Vəndam kənd İ.Ə.N-yi tərəfindən 06 aprel 1993-cü il tarixli № XVİİİ-ЖГ 305618 saylı doğum haqqında şəhadatnamənin surətindən görünür ki, X16 31 mart 1993-cü il tarixdə Qəbələ rayonu, Vəndam kəndində anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 64 ilə qeydə alınmışdır. Atası Ərizəçi-milliyyəti azərbaycanlı, anası X5-milliyyəti azərbaycanlı. İşdə olan Qəbələ rayonu Vəndam kənd İ.Ə.N-yi tərəfindən 03 iyun 1992-ci il tarixdə verilmiş Vİ- ЖГ № 291865 saylı nikahın bağlanması haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi 03 iyun 1992-ci il tarixdə X6 ilə rəsmi nikaha girmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeydi aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Mustafayev, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Qəbələ rayonu Vəndam bələdiyyəsi tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 56 nömrəli arayışdan görünür ki, Qəbələ rayon Vəndam qəsəbə sakini X16 xx.xx.2022-ci ildə vəfat etmiş və atası Ərizəçi tərəfindən “Hacı” qəbirstanlığında dəfn olunmuş, dəfn xərclərini özü çəkmişdir. İş materiallarında olan Qəbələ rayonu Vəndam qəsəbə İ.Ə.D-si tərəfindən verilmiş 16 iyun 2023-cü il tarixli 577 nömrəli arayışdan görünür ki, X1 Rufət Qalib oğlu tərəfindən Qəbələ rayon Vəndam qəsəbə qəbirstanlığında dəfn edilmişdir. X12 dəfn xərcləri atası Ərizəçi tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X16 28 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1993-cü il təvəllüdlü X12 28 noyabr 2022-ci il tarixdə Almaniya Federativ Respublikasının Hannover şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1993-cü il təvəllüdlü X12 28 noyabr 2022-ci il tarixdə Almaniya Federativ Respublikasının Hannover şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X12 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1393/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1393/2023
24.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver