Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1394/2021 22.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X1 05.01.2018-ci il tarixdə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, mərhum oğlu X4 07.08.1995-ci il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində doğulmuşdur. Mərhum oğlu Məhəmməd Daşdıyev 2017-ci ilin payız aylarında Bakı şəhərində işləməyə getmiş və 05.01.2018ci ilədək orada işləmişdir. Bakı şəhərində kirayədə yaşayırdı. 05.01.2018-ci il tarixdə kirayədə yaşadığı evdə qaz sızması səbəbindən partlayış zaş vermiş və faciəli şəkildə ölmüşdür. Mərhum oğlunun nəşi doğulduğu Bum qəsəbəsində "Yel-piri" qəbirstanlığında dəfn olunmuşdur. Ailə keçən 3 il ərzində hələ də həmin faciəli hadisənin şokundan çıxa bilməmişdir. Onun iki övladı olub. Birinci övladı mərhum oğlu Məhəmməd olmuşdur. Onun 23 yaşında faciəli ölümü səbəbindən hadisə ilə bağlı heç bir sənəd almamışlar və ölüm faktını Qeydiyyat şöbəsində qeydə aldırmamışlar. Hazırda isə anasından miras qalan torpaq sahəsində miras payların müəyyən edilməsi zamanı mərhum oğlunun ölüm haqqında şəhadətnaməsinə zərurət yaranmışdır. Ancaq ölüm haqqında şəhadətnamə olmadığından əməliyyat aparılması mümkün deyil. Eyni zamanda ölüm faktını təsdiq edən lazımi sənədlərində əldə edilməsi mümkün deyil. Ona görədə ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməmyə müraciət edilməsi Qeydiyyat şöbəsinin 07.07.2021-ci il tarixli müraciətinə verilən cavab məktubunda tövsiyyə edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, mərhum X4 onun qardaşı oğludur. Məhəmməd 05.01.2018-ci il tarixdə Bakı şəhərində kirayədə yaşadığı evdə qaz sızması səbəbindən faciəli şəkildə ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayon Bum kəndində keçirilmişdir. X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Şahmuradın oğlu Məhəmməd 05.01.2018-ci il tarixdə kirayədə yaşadığı evdə faciəli şəkildə ölmüşdür. Onun dəfn mərasimində iştirak etmişdir. Mərasim Qəbələ rayon Bum kəndində keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-209/13 saylı, 07 iyul 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçinın ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X4”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ rayon Bum kənd İ.Ə.N tərəfindən verilmiş 15 avqust 1995-ci il tarixli XİX- JQ № 351053 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 07 avqust 1995-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində anadan olmuşdur, anası X5, atası Ərizəçidur. İş materiallarında olan X3 məxsus məzar daşının fotoşəkillərindən görünür ki, 07.08.1995-ci il təvəllüdlü X4 05.01.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X4 05.01.2018-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 07.08.1995-ci il təvəllüdlü X1 05.01.2018-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.08.1995-ci il təvəllüdlü X1 05.01.2018-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1394/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1394/2021
22.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver