Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1469/2023 16.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Rəhimli Arzu İsmət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində doğulmuş X4 xx.xx.2023cü il tarixdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə Ərizəçi məhkəməyə ərizə təqdim edərək, xx.xx.1977-ci il tarixdə Ağdaş rayonu Abad kəndində doğulmuş, X4 xx.xx.2023-cü il tarixdə ölməsi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X10 onun doğma bacısı olmaqla xx.xx.1977-ci il tarixdə Ağdaş rayonunun Abad kəndində doğulmuşdur. Ərdə olmuş xx.xx.2013-cü il təvəllüdlü X11 adlı bir qız övladı var. X20 son bir ildə böyrək və ağciyər xəstəliklərindən əziyyət çəkib və müalicə olunub. Sonuncu dəfə xx.xx.2023 -cü il tarixdə ev şəraitində yataqda olduğu vaxt səhhəti pisləşmiş Qəbələ rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxs X8 Yardım şöbəsinə 103 nömrəsi ilə verilmiş çağrı ilə bağlı TTTY şöbəsinin həkim qrupu tərəfindən Qəbələ şəhəri Dağlıq məhəlləsi ev 17 ünvanda müainə olunmuşdur. Bildirir ki, çağrışları TTTY şöbəsində 16-20 nömrə ilə qeydə alınmışdır. Pnevmaniya - Diaqnozu qoyulmuşdur. xx.xx.2023 -cü il tarixdə vəfat etmişdir. Mərhum bacısı X2 şəhər qəbirstanlığında dəfn edilmişdir. Ancaq bacısının vəfatı günü yəni dəfn olunanadək həkim çağırmaq onun ölümü şokundan yadına düşməyib. Ölüm tibb müəssisəsində qeydə alınmayıb. Hazırda mərhumun 10 yaşlı Zeynəb Qədirova ilə bağlı sosial məsələləri həll etmək məqsədilə aidiyyəti dövlət orqanlarına müraciət edərkən mərhumun ölüm şəhadətnaməsi tələb edilmiş və qeyd etdiyi səbəbdən alınmadığından əməliyyat aparılması mümkün olmamışdır. Qeydiyyat şöbəsi ölümə dair tibbi arayış tələb edir. Tibb müəssisəsi isə məlumat verilmədiyinə və müayinə aparılmadığına görə arayış tərtibindən imtina edir. Ona görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun bacasıdır. Mərhum Sabunçuda övladı ilə qaldığını bildrmişdir. Tez-tez bacısıgilə getdiyini qeyd etmişdir. Mərhumun gözündə problem olduğundan onu Zərifə Əliyeva adına klinikiaya aparmışdır. Orada onu qeydiyyata alaraq onun şəkər xəstəsi olduğunu söyləmişdilər. Sonra onu ayrı xəstəxanaya müalicə üçün apardıqda isə onun böyrəyində problem olduğunu bildirmişdilər. Onlar onu müalicə etdirsələr də mərhumun vəziyyəti getdikcə pisləşmişdir. Sonra onu xəstəxanaya yerləşdirmişlər. Bir neçə dəfə ona qan (köçürmək üçün) alıb aparmışlar. Daha sonra böyrəkləri sıradam çıxmış və mərhumun halı pisləşmişdir. Daha sonra halı pisləşərək vəfat etmişdir. X3 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun anasıdır. Mərhum onun xalasıdır. Mərhum xəstəlikdən əziyyət çəkdiyindən anası onu Bakıdan gətirmişdir. Evdə müalicələr alsa da bir neçə gündən sonra vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs № 3-16-5/8-15/Q-196/2023 saylı, 08 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “Qədirova (Quliyeva) Aynurə Qədir qızı”nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli № 1385 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanda yaşayır. İş materiallarında olan Qəbələ Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1977-ci ildə anadan olmuş ünvan 3 ünvanında yaşayan X7 ondan ötəri ki, həqiqətən də 08 aprel 2023-cü il tarixdə saat 23:34 radələrində o TTTY şöbəsinə 1620 saylı müraciətlə çağırış vermişdir. Diaqnoz : Pnevmaniya. İş materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən veri lmiş 16 iyun 2023-cü il tarixli 499 №-li arayışdan görünür ki, X13 24 mart 1977-ci ildə Ağdaş rayonu Abad kəndində anadan olmuşdur. Bu barədə 30 mart 1977-ci il tarixdə Ağdaş rayon Qaradeyin kənd icra nümayəndəliyi 16 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası: X17, anası: X9r. İş materiallarında olan Ağdaş rayonu Qaradeyin kənd Soveti tərəfindən 30 iyun 1964-cü il tarixli АЗ № 656711 saylı doğum haqqında şəhadatnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü il tarixdə Ağdaş şəhərinin Abad kəndində anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 83 ilə qeydə alınmışdır. X5 qızı-milliyyəti azərbaycanlı, anası X14-milliyyəti azərbaycanlı. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X10 08 aprel 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1977-ci il təvəllüdlü X4 08 aprel 2023-cü il tarixdə Qəbələ rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X4 08 aprel 2023-cü il tarixdə Qəbələ rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1469/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1469/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver