Məhkəmə qərarları › İş №2(025)-1499/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-1499/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-1499/2021 16.12.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 13 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 8800 manat əsas, 2180.01 manat faiz, 6678.17 manat cərimə və kredit müqaviləsi üzrə 30.08.2018-ci il tarixdən 23.08.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1790,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19448,38 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yeməkxana) və 0.011948 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasının (yemekxana) və 0.011948 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh2 məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yemekxana) və 0.011948 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində yerləşən, 207.2 kv.m ümumi, 180.1 kv.m əsas, 27.1 kv.m köməkçi sahədən ibarət qeyri – yaşayış binasına (yemekxana) və 0.011948 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1499/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: "xxxx" X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 13 avqust 2015-ci il tarixli 5-SKMF-7-0-383-15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli fərmanına uyğun olaraq düzgün hesablanmışdırmı? "xxxx" X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 13 avqust 2015-ci il tarixli 5-SKMF-7-0-383-15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Nikoyl” X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 13 avqust 2015-ci il tarixli 5-SKMF-7-0-383-15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən müqavilə müddəti bitən tarixdən (30.08.2018-ci il tarixdən) sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? (müqavilə bitən tarixə olan faiz borcu və əldən çıxmış fayda ayrı-ayrılıqda hesablanmaqla) Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu hesablandıqdan sonra iş materillarına əlavə edilmiş hesabdan çıxarışa əsasən Cavabdeh1 tərəfindən əgər digər ödənişlər edilmişdirsə (müqavilə müddəti bitən tarixdən sonra) həmin ödənişlərin əsas və faiz borcundan silinməsi əsaslandırılmaqla əsas və faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 9/7665 saylı rəyi iş materialları ilə birlikdə 07 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və məhkəmənin 07.12.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək işin məhkəmə baxışı davam etdirilmişdir. 16.12.2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə elektron qaydada ərizə (vəsatət) göndərərək, hazırki mülki iş üzrə kreditin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verildiyini və cavabdeh X1 da vergi ödəyicisi olduğu, göstərilənləri nəzərə alaraq mülki işin aidiyyatı üzrə kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. 15.12.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını, məhkəmə aidiyyəti ilə bağlı məhkəmədə mübahisə yaranarsa məsələnin qanuna uyğun həll olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə Cavabdeh1 vəsatətini işdə iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, vəsatət təmin edilməli, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman iddiaçı tərəfin hüquqi şəxs, Cavabdeh1 isə fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti VÖEN **********, Cavabdeh1 VÖEN ********** 10 saylı Ərazi Vergilər İdarəsi AZ 3600, Qəbələ rayonu, Qəbələ.Ş, İ.Qutqaşınlı, ev 153). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, Cavabdeh1 kredit Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə əsas vəsaitlərin alınması (və ya dövriyyə vəsaitlərinin artırılması) məqsədilə verilmişdir. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. (5-SKMF-7-0-383-15 nömrəli kredit müqaviləsi). Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar