Məhkəmə qərarları › İş №2(025)-15/2022

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-15/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-15/2022 07.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1̇nin iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1̇, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇ və Cavabdeh6 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1̇, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇ və Cavabdeh6 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1dən İddiaçı ASC-nin xeyrinə 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 11543.87 manat əsas, 6539.69 manat faiz, 781.53 manat cərimə və kredit müqaviləsi üzrə 10.09.2019-cu il tarixdən 01.03.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 856.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19721.54 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1nin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Noyanin və Cavabdeh4 Noyanin mülkiyyətindəki Qəbələ rayonu, Nic kəndində yerləşən, 2 otaqlı, 75.2 kv.m ümumi, 53.7 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Nic kəndində yerləşən, 2 otaqlı, 75.2 kv.m ümumi, 53.7 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 1.22 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1nin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Noyanin və Cavabdeh4 Noyanin mülkiyyətindəki Qəbələ rayonu, Nic kəndində yerləşən, 2 otaqlı, 75.2 kv.m ümumi, 53.7 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1nin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Noyanin, Cavabdeh4 Noyanin və Cavabdeh6 Qəbələ rayonu, Nic kəndində yerləşən, 2 otaqlı, 75.2 kv.m ümumi, 53.7 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1nin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Noyanin, Cavabdeh4 Noyanin və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 10 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin Qəbələ filialından illik 25%-lə 60 ay müddətinə 15000 AZN məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1nin, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 Noyanin və Cavabdeh4 Noyanin mülkiyyətindəki Qəbələ rayonu, Nic kəndində yerləşən, 2 otaqlı, 75.2 kv.ırı ümumi, 53.7 kv.m yaşayış, 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.22 ha torpaq sahəsi 2014-cü il 10 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilə ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1,14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021 martın 01-dok Cavabdeh1nin 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 11543.87 manat əsas, 6539.69 manat faiz, 781.53 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 18865.09 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 01 mart 2021 -ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1nin 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 11543.87 manat əsas, 6539.69 manat faiz, 781.53 manat cərimə və kredit müqaviləsi üzrə 10.09.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 856.45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 19721.54 manat borcu vardır. 10 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1̇ iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, kredit müqaviləsi üzrə ödənişləri gecikdirməsinə səbəb maddi imkanın aşağı olmasıdır. Müqavilə üzrə qalıq borc isə bank tərəfindən artıq hesablanmışdır. İddiaçı ASC-dən 10 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 25 faizlə 60 ay müddətinə 15000 AZN kredit götürmüşdür. Müqavilə üzrə onun ödənilməli olan qalıq borcu düzgün hesablanmamış, olduğundan çox borc tələb olunur. Həmçinin onun və ailə üzvlərinin birgə mülkiyyətində olan ipotekaya qoyulan Qəbələ rayonu, Nic kəndində yerləşən fərdi yaşayış evinin qiyməti dəyərindən az göstərilmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇ və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 10.09.2014-cü il tarixli 5-G-1-0-3026-14 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1̇yə illik 25 faiz hesablanmaqla 60 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 10.09.2014-cü il tarixli 5-G-1-0-3026-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1̇ 15000 manat məbləği illik 25 %-lə, 60 ay müddətinə aylıq 440.27 manat, sonuncu ay isə 440.24 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1̇nin 01.03.2021-ci il tarixə 11543.87 manat əsas borc, 6539.69 manat faiz, 781.53 manat cərimə və 856.45 manat əldən çıxmış fayda olmaqla, cəmi 19721.54 manat borcunun olması göstərilmişdir. Məhkəmənin 06 may 2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Yelo Bank” ASC ilə Cavabdeh1̇ arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli 5-G-1- 0-3026-14 №-li kredit müqaviləsinin şərtlərinə əsasən X2 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borc və faiz borcu düzgün hesablanmışdırmı?

2. İddiaçı ASC ilə X3 arasında bağlanmış 10 sentyabr 2014-cü il tarixli 5-G-1-0-3026-14 №li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1̇nin müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.06.2021ci il tarixli, 9/3846 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1̇ tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 10 sentyabr 2014-cü il tarixdə bağlanmış 5-G-1-0-3026-14 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1̇nun banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 01.03.2021-ci il tarixə əsas borc üzrə - 11843,87 AZN, faiz borcu üzrə - 7202,61 AZN. - Müqavilə müddəti bitən tarixdən sonra 01.03.2021-ci il tarixinə hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda: əsas borc üzrə-11543,87 AZN, faiz borcu üzrə-8014,92 AZN Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1̇ iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 10.09.2014-cü il tarixli 5-G-1-0-3026-14 (İ) saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1̇ kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 1.22 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 65.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin 05 avqust 2021-ci il tarixli 2(025)-518/2021 saylı qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Müstəqil qiymətləndirici qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh1̇yə məxsus olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 1.22 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “X1” MMC-nin 28.02.2022-ci il tarixli ***-**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 1.22 ha torpaq sahəsinin bazar dəyəri 81220 manat, likvid qiyməti 69037 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 13.08.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********14-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh3 və ailə üzvlərinin - Cavabdeh1̇, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇nin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.22 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyedtr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 13.09.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Zalam kəndində istifadədə olan 1.22 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyedtr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1̇ icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1̇nun əsas borcunun 11543.87 manat və faiz borcunun 6539.69 manat olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.06.2021-ci il tarixli, 9/3846 saylı rəyindən görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1̇nin əsas borcunun 11843.87 manat və faiz borcunun 7202.61 manat olduğu müəyyən edilmişdir. Lakin İddiaçı ASC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 11543.87 manat və faiz borcu üzrə isə 6539.69 manat borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə 10.09.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 856 manat 45 qəpik borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 200 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 10.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11543 manat 87 qəpik əsas borc, 6539 manat 69 qəpik faiz, 200 manat cərimə borcu, kredit müqaviləsi üzrə 10.09.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 856 manat 45 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19140 manat 01 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1̇dən tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, Tələb üzrə tutma Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə yönəldilməli, Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin (likvid) satış qiyməti 69037 (altmış doqquz min otuz yeddi) manat müəyyən edilməli, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1̇yə qaytarılmalı, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Hacıyev Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1̇, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇ və Cavabdeh6 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1̇dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət e t d i:

İddia qismən təmin edilsin. 10.09.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11543 manat 87 qəpik əsas borc, 6539 manat 69 qəpik faiz, 200 manat cərimə borcu, kredit müqaviləsi üzrə 10.09.2019-cu il tarixdən 01.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 856 manat 45 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 19140 manat 01 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı Cavabdeh1̇dən tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin (likvid) satış qiyməti 69037 (altmış doqquz min otuz yeddi) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1̇yə qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Hacıyev Cavabdeh1̇nin və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Qəbələ rayon, Nic qəsəbəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 75.2 kv.m ümumi sahə, 53.7 kv.m yaşayış sahəsi və 21.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 1.22 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1̇, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4̇, Cavabdeh5̇ və Cavabdeh6 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1̇dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar