Məhkəmə qərarları › İş №2(025)-1525/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1525/2023

29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1525/2023 29.11.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci ildə Qəbələ rayonu Tüntül kəndində doğulmuş mərhum bacısı X4 xx.xx.2019-cu il tarixdə Qəbələ rayonu Tüntül kəndi ərazisində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 02 dekabr 1952-ci il tarixdə anadan olmuş X8 onun doğma bacısıdır. Mərhum bacısı Qəbələ rayon Tüntül kəndində yaşamış və həmin kənddə xx.xx.2019-cu il tarixdə xərçəng xəstəliyindən vəfat etmiş və Tüntül kənd qəbirstanlığında dəfn edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdılar. X1 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları"nm avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında əmisinin ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin bacısı X4 ölüm faktı ərizəsinə əlavə etdiyi qəbrin foto-şəkildən, həmçinin keçiriləcək məhkəmə iclasında məhkəməyə gətirəcəyi şahidlərin ifadələri ilə də öz təsdiqini tapa bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, X8 2019-cu ildə rəhmətə getmişdir. Yas mərasimində və dəfndə iştirak etmişdir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, mərhum onun baldızının baldızıdır. Rəhmətə getdikdə yasda iştirak etmişdir. Mərhum xərçəng xəstəliyindən əziyyət çəkdiyindən rəhmətə getmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs № 3-16-5/8-15/S- 202/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlar”ının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X8”nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Tüntül kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli № 5-59-36/2-365-2023 saylı arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonunun Tüntül kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Tüntül kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli № 5-59-36/2-365-2023 saylı arayışdan görünür ki, Nümayəndə Qəbələ rayonunun Tüntül kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarında olan Qutqaşen rayonu, Tüntül kənd Soveti tərəfindən 21 sentyabr 1970-ci il tarixli АЗ № ******* saylı doğum haqqında şəhadatnamədən görünür ki, X8 15 sentyabr 1970-ci il tarixdə Qutqaşen rayonunun, Tüntül kəndində anadan olmuşdur. Doğum haqqında akt qeydləri kitabında 86 nömrə ilə qeydə alınmışdır. X3-milliyyəti azərbaycanlı, anası X10-milliyyəti azərbaycanlı. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X8 16 oktyabr 2019-cu il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X4 16 oktyabr 2019-cu il tarixdə Qəbələ rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X4 16 oktyabr 2019-cu il tarixdə Qəbələ rayonu Tüntül kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar