Məhkəmə qərarları › İş №2(025)-159/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-159/2024

15.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-159/2024 15.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X2 xx.xx.2022-ci il tarixdə təbii proses nəticəsində xəstəlikdən vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 09 mart 1991-ci il tarixdə Qəbələ şəhərində yuxarıda qeyd olunan ünvanda anadan olmuşdur. Qəbələ şəhərində qeydiyyatda olmuş olsa da Bakı şəhərində işləyirmiş. İddiaçı oğlu ilə təsərrüfatını birgə idarə etmiş və Qəbələ şəhərində paylı mülkiyyət hüququ əsasında torpaq sahələri varmış. Mərhum oğlu 07 fevral 2022ci il tarixdə qəflətən vəfat etmişdir. Beləki, 07 fevral 2022-ci il tarixdı o qəflətən xəstələnir və yanına Təcili və Təxirəalınmaz Tibbi yardım Stansiyasından həkim çağrılmışdır. Lakin həkim gələndə qədər artıq oğlu ölmüşdür. Bu barədə 07 fevral 2022-ci il tarixli, 12 saylı həkim arayışının kserks surəti də vardır. İddiaçı və qohumları onun mərhum oğlu X3 Qəbələ şəhərinə gətirmişlər və Qəbələ şəhər qəbristanlığında dəfn etmişlər. Onun qəbrinin baş daşını işə əlavə edilmişdir. Başları dəfn mərasiminə qarışdığından ölüm aktını qeyd etdirməmişlər. Ona görə də Maraqlı şəxsnə rəsmi müraciət etmişdir. Maraqlı şəxs 02 iyun 2023-cü il tarixli, 3-16-5/8-15-M-118/2023 saylı məktubu ilə iddiaçıya cavab verilmişdir ki, mərhum X2 ölümü haqqında heç bir akt qeydi aşkar edilməmişdir və ona tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. İşə əlavə edilmiş X10 stansiyasının arayışının kserks surəti ilə təsdiq olunur ki, iddiaçının mərhum oğlu X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İşə əlavə edilmiş qəbiristanlıqdan çəkilmiş fotoşəkillə də təsdiq olunur ki, X5 həqiqətən vəfat etmişdir. İddiaçının oğlu təbii proses nəticəsində xəstəlikdən vəfat etmiş və təssüflər olsun ki, belə bir sənədin alınması və qeyd edilməsi heç kəsin yadına düşməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçinin vəkil və nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, o, ərizəçinin qardaşıdır. 2022-ci ildə fevral ayının 06-dan 07-nə keçən gecə onun telefonuna zəng gəlmiş və bacısı oğlunun vəfat etməsi bildirilmişdir. Bacısıgilə çatanda X10 artıq orada yox imiş. Dəqiq xatırlamasa da, bacısı oğlu Rövşən ürək problemindən vəfat etmişdir. Səhərsi gün mərhumu Bakı şəhərindən Qəbələ şəhərinə gətirib dəfn etmişlər. Məhkəmə iclasında şahid X7 izahatında göstərmişdir ki, o ərizəçinin bacısı oğludur. Xalasıoğlu Rövşən 2022-ci ilin fevral ayında Bakıda vəfat etmişdir. Mərhumu dəfn etmək üçün Bakıdan Qəbələyə gətirmişlər. Yas mərasimləri Qəbələdə keçirilmiş, o, da iştirak etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-217.5-ci maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Bakı şəhəri Təcili və X6 Stansiyasının 7 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 12 saylı sənədindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə saat 00:35 radələrində vəfat etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 02 iyun 2023-cü il tarixli 3-16-5/8-15-M-118/2023 saylı məktuba əsasən Ərizəçi X2 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət dilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan AZE seriyalı 18044721 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə Qəbələ şəhərində anadan olmuşdur. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X5 07 fevral 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1991-ci il X2 07 fevral 2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar