Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1607/2021 26.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X2 29.07.1993-cü il tarixdə Qəbələ rayon, Mıxlıqovaq kəndində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o - Ərizəçi 1983-cü il tarixdə X8 ilə ailə qurmuşdur. İlk övladı - X6 01 may 1984-cü ildə Qəbələ rayonu Mıxlıqovaq kəndində anadan olmuşdur. Qahirə 29.07.1993-cü ildə vəfat edib. X3 məxsus doğum haqqında şəhadətnamə itdiyindən onlar onun ölümünə dair Şəhadətnamə ala bilməmişlər. Ölüm haqqında şəhadətnaməni almaq üçün aidiyyəti orqanla ərizə ilə müraciət etdi. Lakin Maraqlı şəxs 16 aprel 2021 - ci il tarixli, 05/Q-103/13 saylı məktubu ilə ona cavab olaraq bildirmişdir ki mərhum X2 ölümü haqqında heç bir akt qeydi aşkar edilməmişdir. Həmçinin tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X5 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı, mərhum X6 onun qardaşı qızıdır. Qahirə 29.07.1993-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayon Mıxlıqovaq kəndində keçirilmişdir. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, Ərizəçi onun yaxın tanışıdır. Onun və X4 01 may 1984-cü il tarixdə Qahirə adlı övladı dünyaya gəlmiş, X6 9 yaşında - 29.07.1993-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində ölmüşdür. Dəfn mərasimi Qəbələ rayonu, Mıxlıqovaq kəndində keçirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-103/13 saylı, 16 aprel 2021-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X6”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 16.04.2021-ci il tarixli Doğum haqqında arayışdan görünür ki, X6 01 may 1984-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuşdur, anası X8, atası Ərizəçidur. İşdə olan Qəbələ rayon Qəmərvan kənd soveti tərəfindən verilmiş 08 iyun 1983-cü il tarixli İİİ-JQ № 319321 saylı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X9 arasında 08 iyun 1983-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X6 29.07.1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, 29.07.1993-cü il təvəllüdlü X2 29.07.1993-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.05.1984-cü il təvəllüdlü X2 29.07.1993-cü il tarixdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-1607/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1607/2021
26.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver