Məhkəmə qərarları › İş №2(025)-1636/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1636/2025

05.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1636/2025 05.11.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin təsdiq edilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikahın pozulması, uşaq və mənzilə köçürülmə haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi nikahın pozulması, uşaq və mənzilə köçürülmə haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsinə dair ərizə verərək, aralarında 09 sentyabr 2021-ci il tarixli 976 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X4 ananın yanında qalması və uşaqlarla birlikdə Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülərək yaşamaq hüquqlarının təmin edilməsi barədə mediasiya prosesində bağlanmış 01 sentyabr 2025-ci il tarixli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. Ərizəçi Seymut qızı izahatında göstərmişdir ki, nikahın pozulması, uşaq , aliment və yaşayış hüququnun təmin edilməsi tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə aralarında 09 sentyabr 2021-ci il tarixli, 976 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X4 anasının himayəsində qalması və uşaqlarla birlikdə Qəbələ rayonunun Mirzəbəyli kəndində yerləşən həyət evində 05 sentyabr 2025-ci il tarixindən etibarən yaşamasına şərait yaradılması barədə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməmişdir. Ona görə də, aralarında 09 sentyabr 2021-ci il tarixli 976 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X4 ananın yanında qalması və uşaqlarla birlikdə Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evinə köçürülərək yaşamaq hüquqlarının təmin edilməsi barədə mediasiya prosesində bağlanmış 01 sentyabr 2025-ci il tarixli Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. İşdə olan AZ-İİ 445019 nömrəli “nikah haqqında şəhadətnamə”nin surətinə əsasən X8 ilə Maraqlı şəxs nikahı xx.xx.2021-ci il tarixdə 976 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mehralıyeva soyadı verilmişdir. İşdə olan AZ-T 298277 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X2 Rizvan Ehtibar oğlu və Ərizəçi törəmişdir. İşdə olan AZ-V 056631 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2024-cü il təvəllüdlü X1 Rizvan Ehtibar oğlu və Ərizəçi törəmişdir. İşdə olan AZ-İV 817518 nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.2023-cü il təvəllüdlü X3 Rizvan Ehtibar oğlu və Ərizəçi törəmişdir. İşdə olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT035- 592 nömrəli Barışıq sazişinin surətinə əsasən tərəflər mediator X5 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X4 ananın yanında qalması və uşaqlarla birlikdə Qəbələ rayonunun Mirzəbəyli kəndində yerləşən həyət evində 05 sentyabr 2025-ci il tarixindən etibarən yaşamasına şərait yaradılması barədə razılaşmışlar. AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. “Mediasiya haqqında” AR Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, mediator X5 vasitəsilə həyata keçirilən mediasiya prosesində Ərizəçi Seymut qızı və Maraqlı şəxs arasında bağlanmış 01 sentyabr 2025-ci il tarixli MŞQ/MT035- 592 nömrəli Barışıq sazişi Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X6 ilə birlikdə Maraqlı şəxs istifadəsində olan Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamasına şərait yaradılması hissəsində məcburi qaydada icra olunması üçün təsdiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi Seymut qızı və Maraqlı şəxs arasında bağlanmış 01 sentyabr 2025-ci il tarixli MŞQ/MT035-592 nömrəli Barışıq sazişi Ərizəçi birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X13, xx.xx.2023-cü il təvəllüdlü X14 və xx.xx.2024-cü il təvəllüdlü X6 ilə birlikdə Maraqlı şəxs istifadəsində olan Qəbələ rayon Mirzəbəyli kəndində yerləşən fərdi yaşayış evində yaşamasına şərait yaradılması hissəsində məcburi qaydada icra olunması üçün təsdiq olunsun. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar