Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-17/2022 01.03.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 120.389.11 AZN, faiz borcu üzrə 6,202.39 AZN olmaqla, cəmi 126.591.15 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsi üzrə 126.591.15 AZN borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 120 AZN məbləğində pulun tutularaq iddiaçı “Unibank"' KB ASC-yə ödənilməsi, ipoteka predmetləri olan: ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış qiymətinin 28.000 (iyirmi səkkiz min); Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış qiymətinin 22.000 (iyirmi iki min) manat və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri olan: Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında 08.11.2019- cu il tarixli 01İSMLK719 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə əsasən sizə 59 ay müddətinə, 22.10.2024- cü il tarixədək, illik 6% ödəmək şərtilə 129.990 AZN Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış: • 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi; 30.10.2019-cu il tarixli 01İSMLİ/19-1 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi və • 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı Sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. Sonrakı ipoteka müqaviləsi 04.11.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır (Çıxarış qeydiyyat №**********, №**********, №**********). Kredit müqavilələrinə Əlavələrdə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 01,03.2021-ci il tarixə 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 120.389.11 AZN, faiz borcu üzrə 6,202.39 AZN olmaqla, cəmi 126.591.15 AZN təşkil edir. 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış qiyməti 28.000 (iyirmi səkkiz min) manat, 30.10.2019-cu il tarixli 01İSMLİ/19-1 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış q iyməti 22.000 (iyirmi iki min) manat və 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı Sonrakı ipoteka müqaviləsinin 2.3-cü bəndində əks olunmuş tərəflərin qarşılıqlı razılığına əsasən Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış qiyməti 22.000 (iyirmi iki min) məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 08.11.2019-cu il tarixli 01İSMLK/19 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 1.000 000 manat məbləğində 60 ay müddətinə kredit limiti ayrılmışdır. İşdə olan 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit razılaşmasından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 129990 manat məbləğində aylıq 6 faiz hesablanmaqla 59 ay müddətinə kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 2550 manat məbləğində, sonuncu ay isə 2524 manat məbləğində ödənişlər etməklə 59 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 01.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 kredit müqaviləsinə əsasən 01.03.2021-ci il tarixə 12389 manat 11 qəpik əsas borc, 6202 manat 39 qəpik faiz bprcu olmaqla, cəmi 12591 manat 15 qəpik borcunun olması göstərilmişdir. Məhkəmənin 16.11.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borc və faiz borcu düzgün hesablanmışdırmı?
2. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 №-li kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022ci il tarixli, 9/9330 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: • 01.03.2021-ci il tarixə əsas borc üzrə - 120388.77 AZN, faiz borcu üzrə - 6200.02 AZN Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 30.10.2019-cu il tarixli 01İSMLİ/19-3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 28000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 16.05.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********33; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********33; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İşdə olan 30.10.2019-cu il tarixli 01İSMLİ/19-1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 22000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10.06.2010-cu il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********52; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. İşdə olan 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 22000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.04.2014-cü il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04.11.2019-cu il tarixli (reyestr nömrəsi – **********20-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(025)-554/2021 nömrəli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh1 məxsus olan ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin, Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən, 0.538 ha torpaq sahəsinin və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən, 0.282 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti nə qədərdir? «X1» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyindən görünür ki, X2 məxsus Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin bazar dəyəri 64.000 manat, Likvid qiyməti 57.600 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin bazar dəyəri 32 300 manat, Likvid qiyməti 29070 manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsinə bazar dəyəri 19.700 manat, likvid qiyməti 17.730 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 450 (dörd yüz əlli) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi və torpaq sahələrinin açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 08.11.2019-cu il tarixli 01İSMLƏ/19 kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26.01.2022-ci il tarixli, 9/9330 saylı rəyindən görünür ki, 01.03.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 120388.77 AZN və faiz borcunun 6200.02 AZN olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən Cavabdeh1 iddiaçı bankın xeyrinə əsas borcu üzrə 120388.77 AZN və faiz borcu üzrə isə 6200.02 AZN borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, təqdim edilmiş «X1» MMC-nin 14 sentyabr 2021-ci il tarixli 400 saylı qiymətləndirmə rəyi bağlı qeyd edir ki, təqdim edilmiş rəydə Qəbələ şəhəri, Kiçik Əmili kəndində 0.282 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi qiymətləndirilməmiş, yalnız həmin evin yerləşdiyi 0.282 ha torpaq sahəsinin bazar və likvid dəyəri hesablanmışdır. Odur ki, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə münasibətdə 30.10.2019-cu il tarixli 01İSMLİ/19-2 saylı ipoteka müqaviləsində göstərilən qiymət – 22000 manat əsas götürülməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 saylı kredit müqaviləsi üzrə 120388 manat 77 qəpik əsas borc, 6200 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 126588 manat 79 qəpik kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi və torpaq sahələri açıq hərracdan satılmalı, Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 57600 (əlli yeddi min altı yüz) manat, Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 29070 (iyirmi doqquz min yetmiş) manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 22000 (iyirmi iki min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana - Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.16 ha və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahələrinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin torpaq sahələri boşaldılmalıdır. Həmçinin 450 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 25 oktyabr 2019-cu il tarixli 01İSMLK/19 saylı kredit müqaviləsi üzrə 120388 manat 77 qəpik əsas borc, 6200 manat 02 qəpik faiz borcu olmaqla, cəmi 126588 manat 79 qəpik kredit borcu, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh1 tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.16 ha torpaq sahəsinə, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinə və Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi və torpaq sahələri açıq hərracdan satılsın. Qəbələ şəhəri, Ə.Bağırov küçəsi ünvanında yerləşən 0.16 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 57600 (əlli yeddi min altı yüz) manat, Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 29070 (iyirmi doqquz min yetmiş) manat, Qəbələ şəhəri, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 22000 (iyirmi iki min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana - Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.282 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. Cavabdeh1 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0.16 ha və Qəbələ rayonu, Kiçik Əmili kəndində yerləşən 0.538 ha torpaq sahələrinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin torpaq sahələri boşaldılsın. 450 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev