Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-170/2021 30.11.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 035R********** saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 10812.65 ABŞ Dolları məbləğində kredit borcu, 13842.74 ABŞ Dollan məbləğində faiz borcu və 12383.64 ABŞ Dollan məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 37039 (otuz yeddi min otuz doqquz) ABŞ Dolları 03 (üç) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; 2. tələbin Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin hərracdan satılmas« və ümumilikdə cəmi 37039 (otuz yeddi min otuz doqquz) ABŞ Dolları 03 (üç) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsi; 3. hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi müştərək qaydada tutulması; 4. Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 0.06 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2, Cavabdeh1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, torpaq sahısinin və evin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21,02.2014cü il tarixli 35L000001440 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09.06.2015-ci il tarixli 035R********** saylı kredit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09.12.2015-ci il tarixli 035R**********S saylı, 22.02.2016-cı il tarixli 035R**********SA saylı, 20.07.2016-cı il tarixli 035R**********SB saylı, 18.07.2017- ci il tarixli 035R**********SC saylı, 03.11,2017-ci il tarixli 035R**********SD saylı, 10.05.2018-ci il tarixli 035R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 09,01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9187.35 ABŞ Dolları ödəmiş, onun 10812.65 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 02.10.2020-ci il tarixə 632 gün üçün hesablanmış faiz borcu 13842.74 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 02.10.2020-ci il tarixə 632 gün üçün hesablanmış cərimə 12383.64 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh1 və Bank arasında bağlanılmış 05.06.2015-ci il tarixli 35M000000050 saylı ipoteka müqaviləsi (Qəbələ rayonu xüsusi notariusu tərəfindən təsdiq edilib) əsasında ona məxsus Qəbələ şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 7 nömrəli fərdi yaşayış evi (fərdi yaşayış evinin əsas göstəriciləri: Mərtəbəliyi-1, Yaşayış otaqlarının sayı-3, Yardımçı sahə-40.8 m2, Yaşayış sahəsi-51.5 m2, Ümumi sahə-92.3 m2) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 23 №-li reyestr kitabının 15 №li vərəqində qeydiyyata alınmış RX№0659927 saylı çıxarışla Qəbələ şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 7 nömrəli fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh5, Cavabdeh4 və Cavabdeh2 Qəbələ şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 7 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/4942 saylı ekspert rəyi tərtib olunarkən düzgün araşdırlma aparılmadığından həmin ekspertiza rəyinin nəzərə alınmamasını və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində göstərilən məbləğlər realda oluduğundan artıq hesablanmışdır. Cavabdeh kimi həmin göstərilən məbləğlə razı deyil. Cavabdeh1 əsassız olaraq faiz və cərimə borcu hesablanmışdır. Qalıq kredit borcunu isə hissə-hissə ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddia ərizəsində göstərilən məbləğlər realda oluduğundan artıq hesablanmışdır. Cavabdeh kimi göstərilən məbləğlə razı deyil. Cavabdeh1 əsassız olaraq faiz və cərimə borcu hesablanmışdır. Fərdi yaşayış evinin qiymətləndirilməsinə dair və kredit borcunun hesablanmasına dair ekspertiza rəyləri nəzərə alınmalıdır. Qalıq kredit borcunu isə hissə-hissə ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir.Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 21.02.2014-cü il tarixli 35L000001440 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 30000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. İşdə olan 09.06.2015-ci il tarixli 035R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 20000 ABŞ dolları məbləğində aylıq 1.6667 faiz hesablanmaqla 48 ay müddətinə kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 612 ABŞ dolları məbləğində, sonuncu ay isə 625.88 ABŞ dolları məbləğində ödənişlər etməklə 48 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 21.02.2014-cü il tarixli 35S000001970 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1nın 21.02.2014-cü il tarixli 35L000001440 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 09.06.2015-ci il tarixli 35S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 borclu Cavabdeh1 21.02.2014-cü il tarixli 35L000001440 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan 02.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09.06.2015-ci il tarixli 035R********** kredit müqaviləsinə əsasən 02.10.2020-ci il tarixə 10812 ABŞ dolları 65 sent əsas borc, 13842 ABŞ dolları 74 sent faiz, 12383 ABŞ dolları 64 sent cərimə olmaqla, cəmi 37039 ABŞ dolları 03 sent borcunun olması göstərilmişdir. İşdə olan 29.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 09.06.2015-ci il tarixli 035R********** kredit müqaviləsinə əsasən 29.11.2021-ci il tarixə 7216 ABŞ dolları 47 sent əsas borc, 16038 ABŞ dolları 80 sent faiz, 16322 ABŞ dolları cərimə olmaqla, cəmi 39577 ABŞ dolları 27 sent borcunun olması göstərilmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2015-ci il tarixli 035R********** №-li Kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2015-ci il tarixli 035R********** №-li Kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/4942 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 09.06.2015-ci il tarixli 035R********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 11.02.2020-ci il tarixə (bitdiyi tarixə) əsas borc üzrə - 11.858.07 ABŞ dolları, faiz borcu üzrə - 4.568.10 ABŞ dolları - 02.10.2020-ci il tarixə (maliyyə arayışı tarixə) əsas borc üzrə - 10.989.04 ABŞ dolları, faiz borcu üzrə - 4.606.26 ABŞ dolları Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 21.02.2014-cü il tarixli 35M000000050 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsini və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 21000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24.04.2015-ci il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********35-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1 Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsini və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 09.06.2015-ci il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********35-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində 0.06 ha torpaq sahəsi və üzərində yerləşən 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsini və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-170/2021 nömrəli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli H/04-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin bazar dəyəri 48.000 manat, Likvid qiyməti 35.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 250 (iki yüz əlli) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 09.06.2015-ci il tarixli 035R********** kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.10.2021-ci il tarixli, 9/4942 saylı rəyindən görünür ki, 11.02.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 10989.04 ABŞ dollar və müqavilə bitən tarixə faiz borcunun 4568.10 ABŞ dollar olduğu müəyyən edilmişdir. Həmçinin iddiaçı tərəfində təqdim edilmiş 29.11.2021-ci il tarixə olan maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borcunun 7216.47 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 7216.47 ABŞ dollar və faiz borcu üzrə isə 4568.10 ABŞ dollar borcun tutulmasını əsaslı hesab edir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 035R********** saylı kredit razılaşması üzrə 7216 ABŞ dolları 47 sent əsas borc, 4568 ABŞ dolları 10 sent faiz, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12484 ABŞ dolları 57 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 35000 (otuz beş min) manat müəyyən edilməldiri, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir, Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan Cavabdeh1 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, kredit razılaşması üzrə 700 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 700 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 035R********** saylı kredit razılaşması üzrə 7216 ABŞ dolları 47 sent əsas borc, 4568 ABŞ dolları 10 sent faiz, 700 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12484 ABŞ dolları 57 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 35000 (otuz beş min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyan Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsində yerləşən, 3 otaqlı, 92.3 kv.m ümumi, 51.5 kv.m yaşayış sahəsi və 40.8 kv.m yardımçı sahədən ibarət 7 nömrəli fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev