Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-1793/2021 27.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, X2 03 iyun 2011-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuşdur. X8 Mıkışoviçdir. Anası isə X5. Atası 2004-cü ilin fevral ayında, anası 2012-ci ilin yanvar ayında vəfat etmişdir. Onların birgə nikahlarından 02 sentyabr 1957ci ildə bacısı X4 anadan olmuşdur. Bacısı X4 Qəbələ rayonu Nic qəsəbəsində 03 iyun 2011-ci il tarixdə vəfat etmişdir. Nic qəsəbəsinin qəbristanlığında dəfn olunmuşdur. Lakin X2 ölümü Qeydiyyat şöbəsində qeydə alınmamış və onlara məlum olmayan səbəblərdən ona ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu yaxınlarda X2 ölümü barədə şəhadətnamə alınması üçün rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Qeydiyyat şöbəsinin 29 sentyabr 2021-ci il tarixdəə ona verdiyi 05/Q-305/i nömrəli məktubda vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyatı informasiya sistemində və arxiv məlumatlarında onun ölümü barədə akt qeydi aşkar edilmədiyi göstərilərək ölümü haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı qeyd olunmuş və bu barədə məhkəməyə müraciət etməkləri tövsiyə edilmişdir. Torpaq islahatları aparılan zaman X3 pay torpaq sahəsi ayrılmaqla müvafiq mülkiyyət sənədlərində onun adı qeyd olunmuşdur. Hazırda paylı mülkiyyətlərində olan torpaq sahələrinin sənədləşdirilməsi işlərini həyata keçirtmək istəyirlər. Lakin bunun üçün X2 ölümü haqqında sənəd tələb olunur. Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, ərizəçi onun bibisioğludur. Ərizəçi mərhum bacısı X4 03.06.2011-ci il tarixdə vəfat etmiş və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 izahatında göstərdi ki, o, Qəbələ rayonu Nic qəsəbəsində yaşayır və ərizəçi onun qonşusudur. Ərizəçi mərhum bacısı X4 03.06.2011-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş, onun qəbrinin qazılmasında və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında göstərdi ki, X1 əmisi qızı olmuşdur. Mərhum X4 xərçəng xəstəliyindən vəfat etmiş və onun dəfnində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında digər şahidlərlə oxşar izahatlar verərək onların göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçi və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan P3422048 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportundan görünür ki, X4 02.09.1957-ci il tarixdə anadan olmuşdur. İşdə olan Qəbələ RPŞ tərəfindən verilmiş 28.08.2008-ci il tarixli, AZE seriyalı, 06175888 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 02.09.1957-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatdadır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 05/Q-305/13 nömrəli məktubdan görünür ki, Ərizəçi vəfat etmiş bacısı X2 ölümü barədə “Avtomatlaşdırılmış qeydiyyat informasiya” sistemində və arxiv məlumatlarında akt qeydi aşkar olunmadığı bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Qəbələ Rayon İcra Hakimiyyəti Başçının Nic qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2021-ci il tarixli, 824 nömrəli arayışdan görünür ki, Ərizəçi Qəbələ rayonu Nic qəsəbə sakinidir və hal-hazırda Nic qəsəbəsində yaşayır. İşdə olan X3 məxsus qəbir daşının foto-şəkillərindən görünür ki, X4 02.09.1957-ci il tarixdə doğulmuş və 03.06.2011-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi bacısı - X4 03.06.2011ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində vəfat etmiş və Qəbələ rayonu Nic qəsəbəsində dəfn olunmuşdur. Bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı – X2 03.06.2011-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-1793/2021
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-1793/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver