Məhkəmə qərarları › İş №2(025)-184/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-184/2021

02.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-184/2021 02.02.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Aslanova Ayşən Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü ildə anadan olmuş X1 xx xxxxxx 1998-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etməsinə dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, həyat yoldaşı X5 ilə 1961-ci ildə Maraqlı şəxsndə rəsmi nikah qeyd etdirməklə evlənərək ailə qurmuşlar. Birgə nikahdan xx.xx.1973-cü ildə övladı X3 anadan olmuşdur. Övladım X3 xx xxxxxx 1998-ci ildə qəflətən vəfat etmişdir. Mərhum övladı X3 vəfal etdiyi günədək onunla birgə Qəbələ rayon Bum kəndində qeydiyyatda olduğu təsərrüfatda yaşamışdır. Mərhum övladının ölümünə səbəb qaraciyər serrozu xəstəliyi olmuşdur. Mərhum övladı Qəbələ rayon Bum kənd qəbirstanlığında qonşu və qohumlarının iştirakları ilə dəfn edilmişdir. Lakin həmin vaxt müəyyən səbəblərdən ölüm şəhadətnaməsi alınmamışdır. Bununla bağlı heç bir orqana da müraciət edilməmişdir. Hazırda mərhum övladının ölümünü təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından ölüm şəhadətnaməsini almaq mümkün deyildir. Bu səbəbdən Mərhum övladı X1 ölümünün qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, X3 onun qardaşı olub. Safadar xx.xx.1998-ci il tarixdə vəfat edib. Həmin vaxt o cəzaçəkmə müəssisəsində idi. Qardaşının ölümü barədə ona həmin müəssisədə məlumat verdilər. Ordan çıxdıqdan sonra qardaşının qəbrini ziyarət etmişdir. Mərhum qardaşı Qəbələ rayon Bum kənd qəbirstanlığında dəfn olunub. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-269/13 saylı, xx xxxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X3”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1973-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində anadan olmuşdur, anası Ərizəçi, atası X4r. İşdə olan Qəbələ rayon Bum qəsəbəsi İ.Ə.N tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 360 nömrəli arayışdan görünür ki, X3 xx.xx.1998-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində vəfat etmişdir və Qəbələ rayon Bum kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahid ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X3 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, X3 xx.xx.1998-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.1998-ci il tarixdə Qəbələ rayonu, Bum qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar