Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 2(025)-19/2022 28.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı ASC-nın nümayəndəsi Nümayəndə və cavabdeh Soltanov Zakir Tahir oğlunun iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Soltanov Zakir Tahir oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Soltanov Zakir Tahir oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Soltanov Zakir Tahir oğlundan İddiaçı ASC-nin xeyrinə 06 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 9283.89 manat əsas, 1880.9 manat faiz, 4139.55 manat cərimə və kredit müqaviləsi üzrə 30.05.2019-cu il tarixdən 15.03.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 834.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16138.44 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 4 otaqlı, 187.1 kv.m ümumi, 130.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.476 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Şamlı kəndində yerləşən, Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 4 otaqlı, 187.1 kv.m ümumi, 130.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.476 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 4 otaqlı, 187.1 kv.m ümumi, 130.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.476 ha sahəsi ilə birlikdə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh2, Soltanov Zakir Tahir oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 4 otaqlı, 187.1 kv.m ümumi, 130.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.476 ha 0.36 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, Soltanov Zakir Tahir oğlunun, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 13 dekabr tarixli kredit müqaviləsinə əsasən Soltanov Zakir Tahir oğluna "Nikoyl” İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti verilmişdir. 2016-cı il 06 may tarixli kredit müqaviləsinə əsasən Soltanov Zakir Tahir oğlu "Nikoyl” İKB ASC-nin “Qəbələ” filialından illik 6%lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Qəbələ rayonu, Şamlı kəndində yerləşən, 4 otaqlı, 187.1 kv.m ümumi, 130.7 kv.m yaşayış, 56.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.476 ha torpaq sahəsi 2013-cü il 13 dekabr tarixli sonrakı ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2021-ci il martın 15-dək Soltanov Zakir Tahir oğlunun 2016-cı il 06 mar tarixli kredit müqaviləsi üzrə banka 9283.89 manat əsas, 1880.9 manat faiz, 4139.55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 16138.44 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Soltanov Zakir Tahir oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetin tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabd bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 15 mart 2021-ci il tarixli maliyyə arayışına əsasən Soltanov Zakir Tahir oğlunun 06 may 2016-cı il tarixli kredit müqaviləsi üzrə banka 9283.89 manat əsas, 1880.9 manat faiz, 4139.55 manat cərimə və kredit müqaviləsi üzrə 30.05.2019-cu il tarixdən 15.03.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 834.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16138.44 manat borcu vardır. 06 may 2016-cı il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 10.3.2-ci bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün məhkəmə aidiyyətinə uyğun olaraq Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hüquqi şəxs, iş üzrə cavabdeh Soltanov Zakir Tahir oğlunun isə 02.04.2010-cu il tarixdən fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir (iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti VÖEN **********, cavabdeh Soltanov Zakir Tahir oğlu VÖEN **********). Bundan əlavə işin faktiki halından müəyyən edilir ki, cavabdeh - əsas borclu Soltanov Zakir Tahir oğlunun fəaliyyət istiqaməti “çayxanalar tərəfindən xidmətlərin göstərilməsi”dir və o, krediti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etmək üçün götürmüşdür. Bu baxımdan məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinin xarakterinə əsasən hesab edir ki, mübahisə üzrə tərəflərdən biri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi şəxs, digəri fərdi sahibkarlıq statusuna malik olmaqla, həmin fəaliyyətin həyata keçirilməsindən irəli gələn məsələni mübahisələndirdiklərindən və tələb də məhz sahibkarlıq fəaliyyətindən (kommersiya fəaliyyətindən) irəli gələn mübahisə olduğundan hazırki tələbə məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı ASC-nın nümayəndəsi Nümayəndə mülki işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında cavabdeh Soltanov Zakir Tahir oğlu mülki işin məhkəmə aidiyyəti üzrə Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Mülki-prosessual qanunvericiliyin yuxarıda istinad olunan normalarından görünür ki, qanunverici işlərin kommersiya məhkəməsinə aid edilməsinin əsas meyarları kimi həm mübahisənin yarandığı hüquq münasibətinin iştirakçılarının subyekt tərkibini, həm mübahisənin predmetini, həm də hüquq münasibətinin xarakterini əsas götürmüşdür. Ona görə də, tərəflərdən biri hüquqi şəxs, digəri fərdi sahibkar statusu əldə etmiş fiziki şəxs olduğundan hazırki mübahisəyə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Soltanov Zakir Tahir oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-32 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-19/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №2(025)-19/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver