Məhkəmə qərarları › İş №2(025)-207/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-207/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-207/2023 31.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X5nın xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Aqrar islahat Komissiyasının 26 fevral 2001-ci il tarixli, 03 saylı qərarı ilə onların ailəyə paylı mülkiyyət hüququ əsasında 0,24 ha torpaq sahəsi verilmişdir. Bu barədə JN-004F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də təqdim edilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçilər X3, X7, Ərizəçi, X9, Məmmədli Ehram ilqar oğlu, X13 və X4 adları qeyd edilmişdir. Mülkiyyət sənədində adı qeyd edilmiş X14 16 oktyabr 1992-ci il tarixdə anadan olmuş və 25 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. Lakin ona ölüm aktı tərtib edilməmiş və bu səbəbdən aqrar islahatı zamanı mülkiyyətçi kimi torpaq sənədində adı qeyd edilmişdir. Ona görə də torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnu həyata keçirsək də sərəncam hüquqları həyata keçirə bilmirik. Mərhuma ölüm şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona 26 avqust 2022-ci il tarixli № 05/Q-231/15 saylı məktubla imtina verildi və bildirildi ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında 'X14"nın ölüm haqqında akt qeydi aşkar edilmədi və mənə tövsiyyə olunmuşdur ki, məhkəməyə müraciət etsin Həqiqətən mərhum X5 25 yanvar 1993-cü il tarixdə vəfat etmişdir. Onun ölümünü təsdiq edəcək şahidləri məhkəməyə də gətirə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qardaşı, mərhum X15 qardaşı qızıdır. Qardaşı qızı xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ şəhərində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. X2 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi əridir. X5 xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ şəhərində keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-231/15 saylı, 26 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X14”-nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən 26 avqust 2022-ci il tarixdə verilmiş 05/319 saylı «Doğum haqqında arayış»dan görünür ki, X14 16 oktyabr 1992-ci il tarixdə anadan olmuşdur, doğum haqqında akt qeydləri kitabında nömrə 02 ilə qeydə alınmışdır. Atası Ərizəçi-milliyyəti azərbaycanlı, anası X8- milliyyəti azərbaycanlı. İşdə olan JN-004F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» Şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-in 26 fevral 2001-ci il tarixli, 03 nömrəli qərarına əsasən, X3, X7, Ərizəçi, X12, X10, X13 və X4 ümumi birgə mülkiyyətinə Qəbələ rayonu,Qəbələ şəhərində 0.24 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X14 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1992-ci il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə Qəbələ şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar