Məhkəmə qərarları › İş №2(025)-22/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-22/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-22/2024 27.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49348,36 ABŞ dolları əsas, 62594,48 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 112832,88 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 03 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi X8 məhkəməyə elektron qaydada iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz, 890,04 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 138788,45 ABŞ dolları və 481,82 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, fərdi yaşayış evi və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və torpaq sahəsinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 12 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" İKB ASC-nin (hazırkı "xxxx" ASC-nin) "Qəbələ" filialından 16 faizlə 240 ay müddətinə ev almaq məqsədilə 66000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi (0.06 ha torpaq sahəsi ilə birlikdə) 06 fevral 2008-ci il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2023-cü il fevral ayının 24-dək Cavabdeh 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka 49348.36 ABŞ Dolları əsas, 62594.48 ABŞ dolları faiz, 8900.38 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 120843.22 ABŞ dolları borcu vardır. Cavabdeh 06 fevral 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 8900.38 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 10 % miqdarında olmaqla, yəni 890.04 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia tələbinin artırılması barədə ərizə nəzərə alınmaqla borcun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh və üçüncü şəxs X7, eyni zamanda onların nümayəndələri və vəkilləri Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh və üçüncü şəxs X3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 16 %-lə 240 ay müddətinə 66000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh 66000 (altmış altı min) ABŞ dolları məbləği 240 ay müddətinə illik 16 % faizlə, birinci ay 742,23 ABŞ dolları, sonrakı aylar 918,23 ABŞ dolları, sonuncu ay isə 918,09 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli "xxxx" İKB ASC-i ilə Cavabdeh arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində xx.xx.2008-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə və torpaq sahəsinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1967-ci ildə Qəbələ rayonu Həmzəlli kəndində doğulmuşdur və Qəbələ rayonu, Həmzəlli kəndində qeydiyyatdadır. Məhkəmənin 21 avqust 2023-cü il tarixli, 2(025)-794/2023 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 06 fevral 2008-ci il tarixli, RBB 003(İ) saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixə (iddia ərizəsində və maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 137.898,40 ABŞ dolları məbləğində və xx.xx.2023-cü il tarixədək (sonuncu ödənişin tarixi) banka olan əsas və faiz borcu 141.893,83 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153900 manat məbləğində müəyyən olunur. İstinad edilmiş internet məlumatları rəyə əlavə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X3 adından olan ərizədə "İmza" yazısı önündəki imza - X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-cı vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E-204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008 ci il tarixdə 40-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X3 adından olan ərizədəki yazılar - X7 tərəfindən yox, Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298-ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı Məhkəmənin mövqeyi: Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 66000 ABŞ dolları məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı Nikoyl İKB ASC-i həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə Cavabdeh bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Belə ki, iddiaçı iddia tələbində cavabdehdən 49348,36 ABŞ dolları tələb etsə də, 03 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2008-ci il 06 fevral tarixli RBB 003(İ) nömrəli kredit müqaviləsi üzrə banka 62847,86 ABŞ dolları əsas borcunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 62847,86 ABŞ dolları əsas borcun tutulmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2023-cü il tarixə 62847,86 ABŞ dolları əsas borcu vardır. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehdən 62594,48 ABŞ dolları faiz borcu tələb etsə də, 03 iyun 2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərərək Cavabdeh "xxxx" ASC-nin xeyrinə 2008-ci il 06 fevral tarixli kredit müqaviləsi üzrə banka 75050,55 ABŞ dolları faiz borcunun tutulmasını tələb etmişdir. Ona görə də məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş cavabdehdən 75050,55 ABŞ dolları faiz borcun tutulmasını əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka xx.xx.2024-cü il tarixə 75050,55 ABŞ dolları faiz borcu vardır. Məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası və qiymətləndirmə ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyləri iddiaçı tərəfindən mübahisələndirilməmiş və iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək rəy ilə razılaşmışlar. Bu səbəbdən məhkəmə hesab edir ki, sözü gedən ekspert rəylərinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyləri) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyləri) sübut kimi qəbul edilməlidir. “X2rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyləri (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 dekabr 2023-cü il tarixli, 9/6756 nömrəli və 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyləri) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 890,04 ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olduğundan, cavabdehdən 890,04 ABŞ dolları cərimə borcunun tutulması qanuni və əsaslıdır. Məhkəmənin 21 avqust 2023-cü il tarixli, 2(025)-794/2023 nömrəli qərardadı ilə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/6697-9/6756-6757 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, mübahisə predmeti olan fərdi yaşayış evinin həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 171000 manat, likvid dəyəri isə 153900 manat məbləğində müəyyən olunur. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girov saxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinin və 0.06 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" ASC -nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh məxsus olan Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evinə və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh oranı tərk etməlidir. Cavabdehin qeyd edilən fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və onun fərdi yaşayış evindən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin və üçüncü şəxsin vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 X3 əmlakın girov qoyulmasına razılıq vermədiyini və əmlakın girovda olmasından xəbəri olmadığını bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 iyul 2023-cü il tarixli, 3-16-16/2-4/1141 saylı rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş, 4Ə-41 nömrəli notariat işinin 26-ci vərəqəsində olan 22 yanvar 2008-ci il tarixdə 7E- 204 reyestr nömrəsi ilə qeydə alınmış (xx.xx.2008-ci il tarixdə 4Ə-41 nömrə ilə təsdiq edilmiş ipoteka müqaviləsinə dair notariat işi) və Qəbələ rayon dövlət notariat kontorunun dövlət notariusu E.S.Alxasov tərəfindən təsdiq edilmiş X3 adından olan ərizədə "İmza" yazısı önündəki imza - X7 tərəfindən icra olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin “X3 əmlakın girov qoyulmasına razılıq vermədiyi və əmlakın girovda olmasından xəbəri olmaması” barədə dəlilləri ekspert rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 376 (üç yüz yetmiş altı) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138788,45 (bir yüz otuz səkkiz min yeddi yüz səksən səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulmalı, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlakın açıq hərraca çıxarılmalı, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilməli, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh Əliyev X4 rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 62847,86 ABŞ dolları əsas, 75050,55 ABŞ dolları faiz borcu, 890,04 ABŞ dolları cərimə olmaqla, cəmi 138788,45 (bir yüz otuz səkkiz min yeddi yüz səksən səkkiz dollar qırx beş sent) ABŞ dolları məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 481,82 (dörd yüz səksən bir manat səksən iki qəpik) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətindəki Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 153900 (yüz əlli üç min doqquz yüz) manat müəyyən edilsin. Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin. Qəbələ rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh Əliyev X4 rayonu, N.Nərimanov küçəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 234.67 m2 ümumi, 108.42 m2 yaşayış sahəsindən ibarət 27 saylı fərdi yaşayış evini və 0.06 ha torpaq sahəsini tərk etsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 376 (üç yüz yetmiş altı) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar