Məhkəmə qərarları › İş №2(025)-242/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-242/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-242/2021 19.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 iştirakları ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kreditin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000007517 saylı kredit razılaşması üzrə 1993,72 ABŞ dolları kredit borcu, 371,14 ABŞ dolları faiz borcu və 5697,71 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 8062 (səkkiz min altmış iki) ABŞ dolları 57 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması; tutmanın Cavabdeh1 məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 8062 (səkkiz min altmış iki) ABŞ dolları 57 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması; Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19 oktyabr 2021-ci il tarixdə İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, ipoteka predmeti Cavabdeh2 Rza oğlunun adına olmasına baxmayaraq texniki səbəbdən iddia ərizəsində Cavabdeh1 olaraq qeyd edilmişdir. Həmçinin əmlakdan çıxarılma hissəsində də iddianın dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin 2 və 4-cü bəndlərinin aşağıdakı kimi nəzərə alınması, “tutmanın Cavabdeh2 Rza oğlunun mülkiyyətində olan, lakin faktiki olaraq isə Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi”, “Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 Rza oğlunun, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 21.12.2010-cü il tarixli 07L000002478 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.08.2013-cü il tarixli 07R000007517 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 10.03.2016-cı il tarixli 07R000007517S saylı, 16.08.2016-cı il tarixli 07R000007517SA saylı, 07.03.2017-ci il tarixli 07R000007517SB saylı, 27.08.2018-ci il tarixli 07R000007517SD saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8006,28 ABŞ dolları ödəmiş, onun 1993,72 ABŞ dolları məbləğində kredit borcu qalmamışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.10.2020-ci il tarixə 582 gün üçün hesablanmış faiz borcu 371,14 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminli müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmə məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı 22.12.2010-cu il tarixli 07M000000288 saylı ipoteka müqaviləsi əsasında Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 1nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış və MA ******* nömrəli çıxarışa əsasən Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 28.08.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin mənzildə qeydiyyatda olan Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yənəldikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Cavabdeh1 ilə bağlanmış kredit razılaşması Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən kompensansiya olunan kreditlər siyahısına daxil edilmişdir. Həmin kompensansiya məbləği borc məbləğindən silinmişdir. Lakin Cavabdeh1 ilə bağlanmış kredit razılaşması Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi siyahıya əsasən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına daxil edilməmişdir. Bunu səbəb isə cavabdehin gecikməsinin olmamasıdır. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Cavabdeh1məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıdan qeyd olunan krediti götürmüşdür. Bir müddət ödəniş də etmişdir. Lakin sonradan ölkədə baş vermiş devalvasiyalara görə ödənişləri davam etdirə bilməmişdir. İpoteka predmetinə qoyulmuş ilkin qiymətlərlə razı olmamışdır. Çünki, həmin müqavilə bağlandıqdan sonra uzun müddət vaxt keçmişdir və həmin dövr ərzində əmlak bazarında qiymətlər kəskin şəkildə dəyişmişdir. İpoteka predmeti müstəqil qiymətləndirici tərəfindən yenidən qiymətləndirilmişdir. Həmçinin onunla bağlanmış kredit razılaşması Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsiri dairəsinə düşmüşdür. Bank tərəfindən prezidentin fərmanınına əsasən kompensasiya olunmuş məbləğ onun əsas borcundan silinmişdir. Bundan sonra onun borcunun qalmasından xəbəri olmamış, bank tərəfindən ona borcunun qalması barədə xəbərdarlıq edilməmişdir. Həmçinin onunla bağlanmış kredit razılaşması fərmanın təsiri dairəsinə düşməsinə baxmayaraq, bank həmin məbləği restrukturzasiya etməmiş, həmçinin əsassız olaraq Bankın ondan faiz və cərimə borcunu tələb etməsi də ədalətli deyildir. İpoteka predmeti olan ev qardaşı Cavabdeh2 adına olsa da, faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Göstərilənlərin nəzərə alınmasını və məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Cavabdeh4 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, bank tərəfindən onlardan əsassız olaraq borc məbləği tələb edilməkdədir. Kredit razılaşması prezidentin fərmanının təsiri dairəsinə düşsə də, bank onlardan pul tələb edir. Həmçinin əsas borclu ilə sonradan bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi sazişlər xəbəri olmamış, onun tərəfindən imzalanmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli “Kredit xətti müqavləsi”nə əsasən İddiaçı QSC ona 120 ay müddətinə 30.000 (otuz min) ABŞ dolları məbləğində kredit xətti açmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı QSC həmin müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana – Cavabdeh1 30.000 ABŞ dolları məbləğində kredit xəttini açmağı öhdəsinə götürmüşdür. Kreditlərin tərəflər arasında «Kredit razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (Kredit razılaşmaları) əsasında verilməsi nəzərdə tutulmuş, həmin müqavilə bankın kredit vermək vədini ifadə etməmişdir. Müqavilənin 1.2-ci bəndinə görə, bu Müqavilə və Kredit razılaşmaları əsasında istənilən məbləğ 60 aydan gec olmayaraq verilməlidir. Müqavilənin 1.3-cü bəndinə görə, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtlər hər dəfə tərəflər arasında bağlanan və bu Müqavilənin ayrılmayan hissəsi olan Kredit razılaşması ilə müəyyən olunur. İşdə olan 21.12.2010-cu il tarixli 07L000002478 nömrəli Kredit razılaşmasından görünür ki, həmin razılaşmaya əsasən İddiaçı QSC tərəfindən Cavabdeh1 fərdi kredit olaraq 36 ay müddətinə aylıq 2,1667 faiz dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əlavə hesab olunan ödəniş planından isə görünür ki, cavabdeh kredit vəsaitini hər ay 405,04 ABŞ dolları, sonuncu ay isə 405,02 ABŞ dolları olmaqla annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 4.2.2-ci bəndinin tələbinə görə, «Kreditalan» ödəniş planı üzrə krediti və ona hesablanmış faizləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 10 mart 2016-ci il tarixli, 07R000007517S nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, 16 avqust 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş 03.10.2016ci il tarixli ödəniş planına əsasən Cavabdeh1kredit vəsaitini həmin tarixdən 16.02.2017-ci il tarixə kimi ayda 55,00 ABŞ dolları, 16.03.2017-ci il tarixdə 480,00 ABŞ dolları, 18.04.2017-ci il tarixdən 16.02.2018-ci il tarixədək ayda 235,0 ABŞ dolları olmaqla ödəməlidir. İş materiallarında olan 16 avqust 2016-cı il tarixli, 07R000007517SA nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, 16 avqust 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş 16.08.2016cı il tarixli ödəniş planına əsasən Cavabdeh1kredit vəsaitini həmin tarixdən 27.02.2017-ci il tarixə kimi ayda 55,00 ABŞ dolları, 27.03.2017-ci il tarixdə 480,0,27.04.2017-ci il tarixdən 27.02.2018-ci il tarixədək ayda 235,0 ABŞ dolları olmaqla ödəməlidir. İş materiallarında olan 07 mart 2017-cı il tarixli, 07R000007517SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, 16 avqust 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş 07.03.2017ci il tarixli ödəniş planına əsasən Cavabdeh1kredit vəsaitini həmin tarixdən 29.08.2017-ci il tarixə kimi ayda 55,00 ABŞ dolları, 27.09.2017-ci il tarixdən 27.02.2018-ci il tarixədək ayda 235,0 ABŞ dolları olmaqla ödəməlidir. İş materiallarında olan 27 avqust 2018-ci il tarixli, 07R000007517SD nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, 16 avqust 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş 27.08.2018ci il tarixli ödəniş planına əsasən Cavabdeh1 kredit vəsaitini həmin tarixdən 29.06.2020-ci il tarixə kimi ayda 55,00 ABŞ dolları olmaqla ödəməlidir. İş materiallarında olan 07 mart 2017-cı il tarixli, 07R000007517SB nömrəli kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında tərəflər arasında bağlanmış sazişdən görünür ki, 16 avqust 2013-cü il tarixdə bağlanmış kredit razılaşmasının ayrılmaz hissəsi olan həmin ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan ödəniş planına uyğun olaraq dəyişdirilmişdir. Sazişin 2-ci bəndinə əsasən kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Sözügedən sazişə əlavə olunmuş 07.03.2017ci il tarixli ödəniş planına əsasən Cavabdeh1 kredit vəsaitini həmin tarixdən 29.08.2017-ci il tarixə kimi ayda 55,00 ABŞ dolları, 27.09.2017-ci il tarixdən 27.02.2018-ci il tarixədək ayda 235,0 ABŞ dolları olmaqla ödəməlidir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003575 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə 30.000 ABŞ dalları məbləğində kredit xətti açılması barədə 21dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003440 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə 30.000 ABŞ dalları məbləğində kredit xətti açılması barədə 21 dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003441 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə bankla borclu – Cavabdeh1 arasında bağlanmış 120 ay müddətinə 30.000 ABŞ dalları məbləğində kredit xətti açılması barədə 21 dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan «Kredit razılaşması» və «Bank qarantiyası verilməsi haqqında müqavilə» formasında bağlanan (gələcəkdə bağlanacaq) ayrıca razılaşmalar (Kredit razılaşmaları) üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşımasını bəyan etmişlər. İş materiallarında olan «xəbərdarlıq» məktublarından görünür ki, cavabdehlər (kredit alan) Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında 22.12.2010-cu il tarixdə bağlanmış 07M000000288 nömrəli ipoteka müqaviləsindən görünür ki, o, Qəbələ rayonu, Nohurqışlaq kəndində mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 156.8 kv.m yaşayış, 87.82 kv.m köməkçi sahədən ibarət yaşayış evini (DƏDRX-də Seriya MA0000182 saylı çıxarışla, reyestr nömrəsi **********48-10301, qeydiyyat nömrəsi 190600282, qeydiyyat tarixi 30.06.2006-ci il, daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyata alınmış) ipoteka predmetinin dəyəri (tərəflərin razılığı ilə) 8.146,74 (səkkiz min yüz qırx altı manat yetmiş dörd qəpik) qiymtləndirilməklə ipoteka qoymuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 9 saylı Ərazi İdarəsindən verilmiş MA seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış»ın surətinə əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 156.8 kv.m yaşayış, 87.82 kv.m köməkçi sahədən ibarət yaşayış evi(yüklülüyün növü ipoteka), 21.12.2010-cu il tarixdə bağlanmış 30000 ABŞ dolları məbləğində kredit müqaviləsinə görə hüququ yüklü edilən şəxslər kimi – Cavabdeh2 tərəfindən İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir. Çıxarış 25.12.2010-cu il qeydiyyat tarixi (qeydiyyat nömrəsi **********) ilə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 24 dekabr 2010-cu il tarixdə Qəbələ rayon Dövlət Notariat Kontorunda yazdıqları ərizələrində onlar Cavabdeh2 məxsus Qəbələ rayonu, Nohurqışlaq kəndində mülkiyyətində olan 0,15 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 156.8 kv.m yaşayış, 87.82 kv.m köməkçi sahədən ibarət yaşayış evinin ipotekaya (girov) qoyulmasına etiraz etməmişlər. İşdə olan İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış 28.08.2020-ci il tarixli, 14650 nömrəli “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişin surətinə əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu ödəmədiyi üçün “İpoteka haqqında” qanunun tələblərinə əsasən bank qarşısında icra edilməmiş və ipoteka ilə təmin edilmiş öhdəliyinin icrasını təmin etmək üçün ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna başlanılması barədə məlumatlandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sayl Ərazi İdarəsinə ipoteka saxlayan İddiaçı QSC tərəfindən 07.09.2020-ci il tarixdə ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında» ərizədən görünür ki, ipoteka predmeti olan Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyanlar Cavabdeh2 göndərilmiş bildirişlərin 28.08.2020-ci il tarixdə ünvanlara çatdırılması nəzərinə çatdırılmaqla bildirişin qeydə alınması xahiş olunmuşdur. İşdə olan Elektron xidmətlər portalından çıxarışa əsasən İddiaçı QSC ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 9/5752 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyində İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21.12.2010-cu il tarixli 07L000002478 nömrəli kredit razılaşması üzrə Cavabdeh1 27.07.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan borcu ümumilikdə 2617,86 ABŞ dolları (əsas borc üzrə 1995,46 ABŞ dolları və 622,40 ABŞ dolları) qeyd edilmişdir. İş materiallarında olan “X2” MMC-nin 23 avqust 2021-ci il tarixli, 021-014 nömrəli qiymətləndirmə rəyində Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin (0,15 ha torpaq sahəsi ilə birlikdə) qiymətinin 48750 manat təşkil etdiyi göstərilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli kredit xətti müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, cavabdehə 120 ay müddətinə, yəni 21.12.2020-ci il tarixinədək 30.000 ABŞ dolları məbləğində kredit xətti açır və kredit razılaşmaları əsasında İddiaçı QSC ilə bağladığı 21.12.2010-cu il tarixli 07L000002478 nömrəli kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürür. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri, habelə ödənişlərin gecikdirilməsinə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Tərəflərin imzaladıqları 10 mart 2016-ci il tarixli, 07R000007517S nömrəli, 16 avqust 2016-cı il tarixli, 07R000007517SA nömrəli, 07 mart 2017-cı il tarixli, 07R000007517SB nömrəli, 27 avqust 2018-ci il tarixli, 07R000007517SD nömrəli və 07 mart 2017-cı il tarixli, 07R000007517SB nömrəli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27.02.2019-cu il tarixdən banka qaytarmamışdır.Cavabdeh götürdüyü kredit borcundan 8006,28 ABŞ dolları məbləğində ödəmiş, onun 1993,72 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi bundan sonra da lazımi qaydada icra edə bilməmiş, nəticədə Banka borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehin 21 dekabr 2010-cu il tarixli, 07L000002478 nömrəli kredit razılaşması üzrə 1993,72 ABŞ dolları məbləğində əsas borc, 371,14 ABŞ dolları faiz borcu və 5697,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 8062 ABŞ dolları kredit borcunun yarandığını iddia edir və bu məbləğin ondan tutulmasını tələb edir. Bu tarixdən sonra həmin müqavilə üzrə cavabdeh tərəfindən hər hansı məbləğdə pul ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinəəsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə, bu sahəni tənzimləyən normaları, habelə aparılmış araşdırmanın nəticələrini rəhbər tutub, hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə dəcavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, təqdim edilən mühasibat sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 1993,72 ABŞ dolları məbləğində əsas borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 sentyabr 2021-ci il tarixli 9/5752 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 İddiaçı QSC-dən alınmış kredit vəsaiti üzrə banka 27.07.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 1995,46 ABŞ dolları əsas borcu vardır. Lakin iddiaçı iddia ərizəsində cavabdehlərdən 1993,72 ABŞ dolları tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 01.10.2020-ci il tarixə Cavabdeh1 faiz borcunun 371,14 ABŞ dolları olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən müştərək qaydada iddiaçı bankın xeyrinə faiz borcu üzrə 371,14 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə onuda qeyd edir ki, məhkəmənin müvafiq qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə Cavabdeh1 faiz borcunun 27.07.2020-ci il tarixə (müqavilə müddəti bitən tarixə) 622,40 ABŞ dolları olduğu müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcu üzrə 371,14 ABŞ dolları tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, kredit razılaşması üzrə iddiaçı ilə cavabdeh arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 5697,71 ABŞ dolları məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, dəbbə pulu borcu endirilməli və 100 ABŞ dolları məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə kredit öhdəliyinin zaminliklə təmin edilməsi, bu səbəbdən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iddiaçı qarşısında birgə məsuliyyət daşımasına da qiymət verib aşağıdakıları qeyd edir. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (m. 470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (m. 470.2.). Borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (m. 472.1.). Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin, işin hallarından da göründüyü kimi, İddiaçı QSC ilə zaminlər (cavabdehlər) arasında bağlanmış zaminlik müqavilələri ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 30.000 ABŞ dolları (Sazişlə 10000 ABŞ dolları müəyyən edilmişdir), müddəti isə 120 ay (Sazişlə 36 ay müəyyən edilmişdir) təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 ay –21 dekabr 2020-ci il (Sazişlə 36 ay – 16fevral 2016-ı il) tarixdən gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Düzdür, tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Mülki Məcəllənin 6.2-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqaviləşərtləri müəyyən edə bilməzlər. Mülki Məcəllənin 419.2-ci maddəsinin tələbinə görə də müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onlarıözündəəks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında zaminliyin mahiyyəti ilə bağlı aşağıdakılar qeyd olunmuşdur: «…Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansıəsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş. Zaminliklə təmin edilmişöhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır… MM-in 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər… Qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalıəsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuşöhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər.» Bundan başqa, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri iləəlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuşöhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmişümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlansa da, müqavilədə gələcək öhdəliyin (öhdəliklərin) konkret məbləği, faizi və digər mühüm şərtləri barəsində şərtlər əks olunmamış, bankla borclu arasında bağlanmış kredit razılaşmalarında isə faiz dərəcəsi barədə zaminin razılığı alınmamışdır. Belə razılığın alınmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin tələbinə görə isə zaminliyin təmin etdiyi öhdəlik zaminin razılığı olmadan dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003575 nömrəli, Cavabdeh2 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003440 nömrəli, Cavabdeh4 arasında bağlanmış 28.06.2012-ci il tarixli 07S000003441 nömrəli Zaminlik müqavilələrində Uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş zaminlik təminatı üzrə əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi nəzərdə tutulmadığı halda bankla borclu Cavabdeh1 arasında bağlanmış kredit razılaşmalarında faiz dərəcəsi barədə zaminlərin razılığı alınmadığı üçün iddiaçının həmin cavabdehlərə (zaminlərə) qarşı tələbi əsaslı, müvafiq olaraq, təmin edilən sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəalar əvvəlki redaksiyada): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, «AccessBank” QSC ilə Cavabdeh2 arasında 12.2010-cu il tarixdə bağlanmış 07M000000288 nömrəli ipoteka müqaviləsinə əsasən o, kredit razılaşmasından irəli gələn öhdəliyin təminatı olaraq Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evini «AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinə əsasən həmin əmlakların qiyməti müvafiq olaraq 8.146,74 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh1 kredit razılaşması və onun çərçivəsində bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da iddiaçının tələbin ipoteka predmetinə yönəldilməsi hüququ yaranmışdır. Cavabdehlərə (ipoteka qoyan və kredit alana) bildirişlər göndərilməklə tələbin ipoteka qoyulmuş əmlaklara yönəldilməsi proseduruna başlanması barədə məlumat verilmiş, həmin bildirişlər ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında əmlakların yerləşdiyi yer əsas götürülməklə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarələrində qeydə alınmışdır. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik üzrə borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, ipoteka ilə təmin edilmiş öhdəlik borclu tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş olan əmlaka (Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə) yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı belə qənaətə gəlir ki, ipoteka predmeti hərraca çıxarılarkən onun ilkin satış qiyməti qismində “X2” MMC-nin 23 avqust 2021-ci il tarixli, 021-014 nömrəli qiymətləndirmə rəyində göstərilmiş qiymət (ipoteka qoyulmuş Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin bazar dəyəri) 48750 manat əsas götürülməlidir. Bununla belə, məhkəmə qeyd edilən qiymətləndirmə rəyini əsas götürüb hesab edir ki, ipoteka predmeti olan Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 48750 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, həmin torpaq sahəsinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikasının "İpoteka haqqında" Qanununun 59-cu maddəsinin (əvvəlki redaksiyada) tələblərinə istinadən qeyd edir ki, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri nəzərdə tutulmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən 0,29 ha torpaq sahəsi açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X4, X5, X3 və X6 bu əmlakı tərk etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının Milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə hesab edir ki, iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh (borclu)Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 07R000007517 saylı kredit razılaşması üzrə 1993,72 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,14 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2464,86 (iki min dörd yüz altmış dörd dollar səksən altı sent) ABŞ dolları kredit borcu, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 60 (altmış) manat tutulmalı, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılmalı, Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) (likvid dəyəri) manat müəyyən edilməli, torpaq sahəsi və fərdi yaşayış evi satılmalı və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etməli, torpaq sahəsinin və fərdi yaşayış evinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. 100 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyirinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla 07R000007517 saylı kredit razılaşması üzrə 1993,72 ABŞ dolları məbləğində əsas kredit borcu, 371,14 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2464,86 (iki min dörd yüz altmış dörd dollar səksən altı sent) ABŞ dolları kredit borcu, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 60 (altmış) manat tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan, Cavabdeh1 məxsus Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinə yönəldilsin, həmin daşınmaz əmlaklar açıq hərraca çıxarılsın, Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 48750 (qırx səkkiz min yeddi yüz əlli) (likvid dəyəri) manat müəyyən edilsin, torpaq sahəsi və fərdi yaşayış evi satılsın və ondan əldə ediləcək vəsait Cavabdeh1 banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 Qəbələ rayonu Nohurqışlaq kəndində 0,15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evi açıq hərracdan satıldıqdan ən geci bir ay ərzində tərk etsinlər. Torpaq sahəsinin və fərdi yaşayış evinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, qalan borc İcra haqqında Qanunun tələblərinə uyğun olaraq ümumi qaydada cavabdehdən tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. 100 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar