Məhkəmə qərarları › İş №2(025)-245/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-245/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-245/2023 14.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X6nun xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o xx.xx.1957-ci ildə Qəbələ rayonu Yenikənd kəndində anadan olmuşdur. X9 ilə evliliyindən 11 noyabr 1987-ci ildə X12 adlı övladı doğulmuşdur. X6 26 yanvar 2005-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində ani ürək tutmamdan vəfat etmiş və Yenikənd kənd qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda adında olan torpaq sahəsini sənədləşdirmək istəyir, lakin oğlunun ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir. Qanunu bilməməzlikdən və səhlənkarlıqdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışdırş X3 ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab-məktubunda “Vətəndaşlıq Vəziyyəti aktlarfnın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında ölüm haqqında akt qeydi aşkar edilmədiyindən öiüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəmə müraciət etmək hüququ izah olundu. Ona görə də o məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin X6nun ölüm faktı ərizəmə əlavə etdiyim qəbrin foto-şəkillərindən, həmçinin keçiriləcək məhkəmə iclasında məhkəməyə gətirəcəyim şahidlərin ifadələri ilə də öz təsdiqini tapa bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun anasıdır, mərhum X12 onun qardaşıdır. X2 xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayonu, Yenikənd kəndində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. X7 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onun qaynanasıdır. X5 xx.xx.2005ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayonu, Yenikənd kəndində keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-323/15 saylı, 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X12”-nun ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən 16 dekabr 2022-ci il tarixdə verilmiş 05/488 saylı «Doğum haqqında arayış»dan görünür ki, X12 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur, xx.xx.1987-ci il tarixdə Qəbələ rayonu, Zalam kənd İ.Ə.N tərəfindən doğum haqqında akt qeydləri kitabında nömrə 106 ilə qeydə alınmışdır. X1-milliyyəti ləzgi, anası Ərizəçi- milliyyəti ləzgi. İş materiallarına əlavə olunmuş Qəbələ Rayonu İHB-nın Yenikənd kənd İƏN-yi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 420 saylı arayışdan görünür ki, mərhum X12 xx.xx.1987-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuşdur. xx.xx.2005-ci il tarixdə vəfat etmişdir və Qəbələ rayonu, Yenikənd kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə olunmuş Qəbələ Rayonu İHB-nın Yenikənd kənd İ Ə N-yi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 418 saylı arayışdan görünür ki, xx.xx.1957-ci il təvəllüdlü Ərizəçi hal-hazırda Qəbələ rayonu, Yenikənd kəndində yaşayır. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X12 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X8 xx.xx.2005-ci il tarixdə Qəbələ rayonu, Yenikənd kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X8 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar