Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-27/2020 09.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi x5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı “xxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı x1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, x7 və Cavabdeh4 qarşı “borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə 04 noyabr 2014- d il tarixli kredit müqaviləsi üzrə banka 14899.22 AZN əsas, 7439.54 AZN faiz, 3812.87 AZN cərimə və İradit müqaviləsi üzrə 04.11.2017-ci il tarixdən 01.07.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1231.4 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 27383.03 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızma, x6ma məxsus olan Qəbələ rayonu Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.33 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ rayonu. Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.33 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına "Nikoyf' İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1, Cavabdeh2. Cavabdeh3, x4 məxsus olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.33 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 , Cavabdeh2, Cavabdeh3, x3 Qəbələ rayonu, Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.33 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilnıiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, x3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-ci il 04 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyr İKB ASC-nin "Qəbələ" filialından illik 25%-lə 36 ay müddətinə 20000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 mülkiyyətindəki Qəbələ rayonu, Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi xaşayış evi və 1.33 ha torpaq sahəsi 04 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 04 noyabr 2014cü il tarixli kredit müqaviləsinə görə şərtləşdiriİmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2019-cu il iyulun 01-dək Cavabdeh1 Mirsəfər oğlunun 2014-ci il 04 noyabr tarixli kredit müqaviləsi üzrə banka 14899.22 manat əsas. 7439.54 manat faiz. 3812.87 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 27383.03 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 Mirsəfər oğlu borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxxxxxxx” ASC-nin nümayəndəsi x8 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, verilmiş ekspertiza rəyi ilə - ipoteka predmetinə qoyulmuş qiymətlə razı olmadığını bildirdi. 70000 manat onun mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi üçün çox aşağı məbləğidir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 04.11.2014-cü il tarixli 5-G-1-0-3705-14 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı İKB ASC-nin Qəbələ filialı tərəfindən Cavabdeh1 illik 25 faiz hesablanmaqla 36 ay müddətinə 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.11.2014-cü il tarixli 5-G-1-0-3705-14 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 20000 manat məbləği illik 25 %-lə, 36 ay müddətinə aylıq 795,20 manat, son ayda isə 795.01 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 01.07.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01.07.2019cu il tarixə 14.899 manat 22 qəpik əsas borc, 13.596 manat 75 qəpik faiz, 3812 manat 87 qəpik cərimə və 1231 manat 40 qəpik əldən çıxmış fayda olmaqla, cəmi 32.308 manat 84 qəpik borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 04.11.2014-cü il tarixli 5-G-1-0-3705-14 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 60.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmənin 22.08.2019-cu il tarixli 2(025)-1140/2019 saylı qərardadı ilə Cavabdeh1 vəsatəti təmin edilmiş iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Müstəqil qiymətləndirici qarşısında aşağıdakı sual qoyulmuşdur: Cavabdeh1, Cavabdeh2, x7 və Cavabdeh4ipoteka ilə yüklü edilmiş, Qəbələ rayonu Yengicə kəndində yerləşən, 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1.33 ha torpaq sahəsininhazırki real bazar qiyməti nə qədərdir? “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 20.06.2020-ci il tarixli H/02-PLS saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsinin bazar dəyəri 70000 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 15.01.2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Yengicə kəndində istifadədə olan 1,33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 və ailə üzvlərinin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08.11.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Yengicə kəndində istifadədə olan 1,33 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı İKB ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan “xxxxxxxxx” ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14899 manat 22 qəpik əsas borc, 7439 manat 54 qəpik faiz, 800 manat cərimə borcu, kredit müqaviləsi üzrə 04.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1231 manat 40 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 24370 manat 16 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq “xxxxxxxxx” ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc “xxxxxxxxx” ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “Premium Legal Services” x2 ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 800 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 800 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə 14899 manat 22 qəpik əsas borc, 7439 manat 54 qəpik faiz, 800 manat cərimə borcu, kredit müqaviləsi üzrə 04.11.2017-ci il tarixdən 01.07.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1231 manat 40 qəpik məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 24370 manat 16 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq “xxxxxxxxx” ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən 3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 70000 (yetmiş min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc “xxxxxxxx” ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ NəzirovSəxavətMirzəfəroğluna qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1, Cavabdeh2, NəzirovaGünəş Səxavətqızı və NəzirovaDəstəgül Əhmədqızınınmülkiyyətində olan Qəbələ rayonu, Yengicə kəndində yerləşən3 otaqlı, 149.1 kv.m ümumi, 81.7 kv.m yaşayış, 67.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 1,33 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 300 manat qiymətləndirmə xərci cavabdeh NəzirovSəxavətMirzəfəroğlundan tutularaq təqdim edilmiş hesab üzrə “Premium Legal Services” x2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-27/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-27/2020
09.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver