Məhkəmə qərarları › İş №2(025)-324/2021

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-324/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-324/2021 07.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (eyni zamanda ilkin iddia üzrə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14727,01 manat əsas, 11616,18 manat faiz, 1673,78 manat cərimə və kredit müqaviləsi üzrə 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 844,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28861,42 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X5 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 20 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 60 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi 0,07 ha torpaq sahəsi ilə birlikdə 2014-cü il 20 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 20 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il yanvarın 12-dək Cavabdeh1 2014-cü il 20 noyabr tarixli kredit müqaviləsi üzrə banka 14727,01 manat əsas, 11616,18 manat faiz, 1673,78 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 28016,97 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 14727,01 manat əsas, 11616,18 manat faiz, 1673,78 manat cərimə və kredit müqaviləsi üzrə 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 844,45 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28861,42 borcu vardır. 20 noyabr 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Həmçinin kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçının nümayəndəsi 05.08.2021-ci il tarixdə məhkəməyə dəıftərxana vasitəsilə ərizə verərək X1 cavabdehlərin sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərini nəzərə alaraq ərizəni təmin etmişdir. 23.02.2021-ci il tarixdə Cavabdeh1 məhkəməyə dəftərxana vasitəsilə İddiaçı ASC-yə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, "xxxx" İKB ASC ilə onun arasında 20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsinə əsasən yaranmış 14727,01 manat kreditin qalıq məbləğinin cavabdeh İddiaçı tərəfindən fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 26 fevral 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia tələbinin icraata götürülməsi və ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC ilə onun arasında bağlanmış 20.11.2014-сi il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsinə əsasən 18.000 manat kredit verilmişdir. Həmin kredit cənab Prezidentin Fərmanının əhatə dairəsinə düşməklə 5 illik restrukturizasiya olunmalıdır. Dəfələrlə müraciətlərinə və görüşlərinə baxmayaraq bu günə qədərona həmin kreditin restrukturizasiyası ilə bağlı Bank tərəfindən rəsmi bir addım atılmamışdır. Bir müddət təxminən dekabr ayının əvvəlində isə ona evə məktubla müraciət olunmuş və müraciətdə qeyd edilmişdir ki, guya Bank onu tapa bilmir və xahiş edir ki, o, 30.12.2019-cu il tarixədək Banka yaxınlaşaraq müvafiq sənədlərin hazırlanmasında banka köməklik etsin. Lakin ona bank tərəfindən həmin günə qədər heç bir müraciət və ya telefonla əlaqə saxlanılıb bildirilməyib ki, o, bu tarixdə bankda olmalıdır və müvafiq sənədləşmələri etməlidirlər. Əksinə onun tərəfindən dəfələrlə banka zənglər edilmiş və onların bankın adını dəyişməklə əlaqədar yaxın vaxtlarda restrukturizasiya olunacaq kreditlərlə bağlı prosedurlara start verəcəklərini bildirmişlər. Hətta bununla bağlı banka rəsmi müraciətləri belə olmuşdur. 2019-cu ilin dekabr ayında bankdan gələn məktubdan sonra bir daha yenidən onlara müraciət etdikdən sonra onunla bank əməkdaşları əlaqə saxlamaqla ona evin şəkillərinin çəkilməsini xahiş etmişlər. O, evin şəkillərini onlara göndərdikdən sonra ona ipoteka müqaviləsini hazırlayıb yaxın günlərdə Qəbələ şəhərinə gəlib o da daxil olmaqla bir neçə şəxsin müqaviləsini imzalayacağını bildirmişlər. Lakin onların gəlmədiyini görüb o, Bankın Bərdə filialına özü getmişdir. Həmçinin elektron növbə götürməklə onlarla görüşmüşdür. Yenə də ona yalan yalan vədlər verərək yaxın günlərdə gələcəklərnə dair onu aldatmışlar. 2019-cu ilin dekabr ayında Bankdan gələn məktubdan sonra bir daha yenidən rəsmi müraciət etdikdən sonra onunla Bank əməkdaşları əlaqə saxlamaqla ona evin şəkillərinin çəkilməsini xahiş etmişdirlər. Evin şəkillərini onlara göndərdikdən sonra ona ipoteka müqaviləsini hazırlayıb yaxın günlərdə Qəbələ şəhərinə gəlib o da daxil olmaqla bir neçə şəxsin müqaviləni imzalayacaqlarını bildirmişlər. Lakin onların gəlmədiyini görüb Bankın Bərdə filialına getmişdir. Həmçinin elektron növbə götürməklə onlarla görüşmüşdür. Yenə də ona yalan vədlər verərək yaxın günlərdə gələcəklərinə dair onu aldatmışlar. 2019-cu ilin dekabr ayında müraciətlərə və təkidlərə baxmayaraq bank Prezidentin fərmanının icrasına məhəl qoymamış və bankın əməkdaşı onları aldadaraq müddətin 2019-cu ilin dekabr ayından 6 ay uzadılacağı ilə bağlı yalan vədlər verməyə başlamışdır. Qeyd etdikləri ilə bağlı sübutları və rəsmi müraciətləri və qəbzləri mövcuddur. Dəfələrlə müraciətlərinə və görüşlərinə baxmayaraq Palata və Banklar tərəfindən ona güzəştlərin tətbiq olunması məhdudlaşdırılmışdır. Onun krediti fərmanın əhatə dairəsinə düşməsinə baxmayaraq İddiaçı onun kreditini 2019-cu ilin 31.12.2020-ci ilinədək restrukturizasiya etməmişdir. Müxtəlif bəhanələrlə vaxtı uzatmış və sonda demiş ki, 2020-ci ildə bunu edə bilmərik. Faktiki olaraq onun onlarla müraciəti vardır. Dəfələrlə 2019-cu ildə Bankın Bərdə filialında olmuş və ondan evin şəkillərini də tələb etmişlər. Bununla bağlı yazışmaları da var. Odur ki, iddiaçının ondan tələb etdiyi kredit borcunun əsas məbləği Bank tərəfindən illik 1 % olmaqla 5 il müddətinə restrukturizasiya olunmalıdır.Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, qiymətləndirmə rəyi ilə razı deyil və ipoteka predmetinin ipoteka müqaviləsində göstərilmiş qiymətlə iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 (eyni zamanda ilkin iddia üzrə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) ilkin iddia tələbinin qismən, yəni əsas borca münasibətdə təmin edilməsinə etiraz etmədiyini bildirdi. Eyni zamanda göstərmişdir ki, onun krediti cənab Prezidentin fərmanın təsirinə düşmüşdür. Dəfələrlə o, Banka gedərək kreditin fərmana əsasən restrukturizasiya edilməsini tələb etmişdir. Buna dair sübutları da məhkəməyə təqdim etmişdir. Lakin bank onu aldadaraq krediti restrukturazasiya etməmişdir. Hazırda isə bank ondan faizləri də tələb edir. Lakin faktiki olaraq onun borcu əsas məbləğdən qalmaqla 14727,01 manat təşkil edir. Bank ondan ümumiyyətlə faiz borcunu tələb edə bilməz. Cənab Prezidentin fərmanına əsasən faiz və cərimə borcu tam silinmişdir. Hazırda bütün məhkəmələrdə bu tip iddialara baxılarkən iddia tələbi restrukturazasiya məbləğinin həcmində təmin olunur. Təqdim etdiyi Ali Məhkəmənin qərarlarından da göründüyü kimi bütün apellyasiya məhkəmələri və Ali Məhkəmənin mövqeyi qəti olaraq cənab Prezidentin fərmanından sonra Mərkəzi Bank tərəfindən təsdiq edilmiş restrukturazasiya məbləği nədirsə yalnız o hissə təmin olunur. Bu səbəbdən ilkin iddia tələbinin əsas borca nisbətdə təmin edilməsini xahiş edir. Həmin əsas borc məbləği isə ondan tutulduqdan sonra qarşılıqlı iddia tələbi təmin edilərək əsas borc məbləğinin restrukturazasiya olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan 2014-cü il 20 noyabr tarixli 5-G-1-0-3909-14 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 60 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh1 18 000 (on səkkiz min) manat məbləği 60 ay müddətinə illik 25 % faizlə, aylıq 528,32 manat, sonuncu ay isə 528,80 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin surətindən görünür ki, kredit məbləği 18000 manatı borcalan Cavabdeh1 tərəfindən imza edilərək, qəbul edilmişdir. İş materiallarında olan 2014-cü il 20 noyabr tarixli 5-G-1-0-3909-14 nömrəli "xxxx" İKB ASC-i ilə Cavabdeh1 arasında bağlanmış, notarial qaydada təsdiq edilmiş ipoteka müqaviləsindən görünür ki, borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi 2014-cü il 20 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində 04.11.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evi və 0,07 ha torpaq sahəsi Nikoyl İKB-nin xeyirinə 2014-cü il 20 noyabr tarixli 5-G-1-0-3909-14 nömrəli müqavilə əsasında ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində 25.11.2014-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan 14.09.2020-ci il tarixli Cavabdeh1 ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borcluya 5 (beş) iş günü müddətində banka olan borcunun ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 12.10.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh1 ünvanlanmış bildirişin surətindən görünür ki, Bankın pul tələbləri ödənilməzsə tutmanın ipoteka predmeti olan fərdi yaşayış evinə yönəltməyə başlamaqları barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 19.10.2020-ci il tarixli Nikoyl İKB ASC-i tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə ünvanlanmış ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması xahiş edilmişdir. İş materiallarında olan Qəbələ şəhər İnzibati Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 17 noyabr 2014-cü il tarixli, 4184 nömrəli arayışdan görünür ki, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evində Cavabdeh1, X4 və Cavabdeh2 qeydiyyatdadır. Məhkəmənin 01 aprel 2021-ci il tarixli, 2(025)-324/2021 nömrəli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2662 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 20.11.2019-cu il tarixə 14727,01 manat əsas, 11616,18 manat faiz borcu, 12.01.2021-ci il tarixinə (müqavilə müddəti bitən tarixdən illik 5 faiz dərəcəsi ilə əlavə faiz) 844,45 manat faiz borcu vardır. Məhkəmənin 01 iyul 2021-ci il tarixli, 2(025)-324/2021 nömrəli qərardadı ilə, iddiaçının vəsatəti əsasında təkar məhkəmə-mühasibatlıq ekspertizası və əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, borcalan Cavabdeh1 "xxxx" İKB ASC-dən alınmış kredit vəsaiti üzrə banka 20.11.2019-cu il tarixə 14727,01 manat əsas, 13800,20 manat faiz borcu, 842,71 manat (müqavilə müddəti bitən tarixdən illik 5 faiz dərəcəsi ilə əlavə faiz) faiz borcu vardır. Eyni zamanda “X3” MMC-nin 06.08.2021-ci il tarixli rəyinə əsasən Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin likvid dəyəri 94.000 manat müəyyən edilmişdir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Beləliklə məhkəmədə müəyyən edildi ki, "xxxx" ASC-i ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında, sonuncu Bankdan 18000 (on səkkiz min) manat məbləğində kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq, gecikmə halında cərimə ödəmək barədə öhdəlik götürmüşdür. Kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini 2014-cü il 20 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə ilkin İddiaçı ASC-i həmin məbləğdə pulu Cavabdeh1 verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə ilkin iddia üzrə Cavabdeh1 bu müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2 maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə kredit borcunun tutulması hissəsində tam əsaslıdır. Lakin məhkəmə qeyd edir ki, iddia ərizəsi ilə 14727,01 manat əsas borc tələb edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi Cavabdeh1 adına olan hesabdan çıxarışdan, eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 iddia ərizəsi tərtib edildiyi tarixdən sonra 1 dəfəyə ümumilikdə 300 manat ödəniş etmişdir ki, həmin məbləğ də ondan tələb olunan əsas borcdan çıxılmalıdır. Ona görə də, məhkəmə cavabdehdən 14.727,01 manat yox, 14.427,01 manat (14.727,01-300) əsas borcun tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə onuda qeyd edir ki, məhkəmənin müvafiq qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə əsas borcunun 14727,01 manat olması müəyyən edilmişdir. Tələb olunan faiz borcuna qiymət verən məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 20.11.2019-cu il tarixə (müqavilə müddəti bitən tarixə) Cavabdeh1 faiz borcunun 11616,18 manat olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə faiz borcu üzrə 11616,18 manat borcun tutulmasını əsaslı hesab edir. Həmçinin məhkəmə onuda qeyd edir ki, məhkəmənin müvafiq qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2662 nömrəli rəyi ilə faiz borcunun 11616,18 manat, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə faiz borcunun 13.800,20 manat olması müəyyən edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən faiz borcu üzrə 11616,18 manat tələb etmişdir. Həmçinin məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 844,45 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qismən əsaslıdır. Belə ki, müvafiq qərardadlarla məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2662 nömrəli rəyi ilə ilə Cavabdeh1 müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) faiz borcunun 844,45 manat olması müəyyən edilsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi ilə Cavabdeh1 müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) faiz borcunun 842,71 manat olması müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış 842,71 manat faiz borcunun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bankuçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Məhkəmə qeyd edir ki, məhkəmənin müvafiq qərardadları ilə məhkəmə-mühasibatlıq ekspertizası və təkrar məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2662 nömrəli rəyi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 razılaşmamış, həmçinin həmin rəyin düzgün hesablanmaması barədə məhkəməyə vəsatət təqdim edərək yenidən ekspertiza keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyinin düzgün olmaması barədə iddiaçı və cavabdeh tərəfindən hər hansı bir vəsatət verilməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyini əsas götürmüşdür. Məhkəmə hesab edir ki, sözü gedən ekspert rəyinə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi) hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında ilkin iddiaçının nümayəndəsi qiymətləndirmə rəyi ilə razı olmadıqlarını bildirsə də, rəylə hansı səbəbdən razı olmamaları, rəyin düzgün tərtib edilmədiyinə dair məhkəməyə hər hansı yazılı vəsatət təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, “X3” MMC-nin 06.08.2021-ci il tarixli rəyinə hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi) sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Məhkəmə, ekspertizanın verdiyi rəyi (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2021-ci il tarixli, 9/4842 nömrəli rəyi) hazırki real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1673,78 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 1400 manata endirilməlidir. Məhkəmənin 01.07.2021-ci il tarixli qərardadına əsasən əmlakın qiymətləndirmə ekspertizası təyin edilmiş, “X3” MMC-nin 06.08.2021-ci il tarixli rəyinə əsasən Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin likvid dəyəri 94.000 manat müəyyən edilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə görə İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əsas müqavilədə nəzərdə tutulmuş əsas borcun vaxtında ödənilməməsi və ya borc üzrə faizlərin ödənilməsi müddətlərinin iki dəfə pozulması Girovsaxlayanın girova ödənişin yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 296-cı maddəsinə əsasən Girovsaxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli, 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya açıq hərracda realizə edilməli, 298ci maddəsinə əsasən satışdan götürülmüş məbləğdən Girovsaxlayanın tələbləri, ö cümlədən Girovsaxlayanın bununla bağlı çəkdiyi və ya çəkəcəyi bütün xərclər ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 39.3 və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin tutmaya yönəldilməsi haqqında məhkəmə qərarında göstərilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olduqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, iddia tələbi tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, X1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən, 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə 0,07 ha torpaq sahəsi ilə birlikdə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, X5 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti 94 000 (doxsan dörd min) manat müəyyən edilməlidir. Fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini tərk etməlidirlər. Cavabdehlərin qeyd edilən mənzilə istifadə hüquqlarının itirilməsi və onların mənzildən çıxarılması isə yalnız həmin mənzilə mülkiyyət hüququ əldə etmiş şəxsin tələbi ilə məhkəmə qaydasında baxıla bilər. Bu səbəbdən də həmin hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda məhkəmə qarşılıqlı iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən faiz, cərimə və illik 5 (beş) faizlə hesablanmış əldən çıxmış fayda borcunun silinməsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olmasını, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirlərinin əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasını və sair halları nəzərə alan ölkə başçısı tərəfindən dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixdə 551 nömrəli Fərman imzalanmışdır. Həmin Fərmana əsasən, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Fərmanın 3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməli, bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edərək bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. Fərmanın 5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Habelə, Fərmanın 6-cı bəndinə əsasən, banklara bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Belə ki, sözügedən Fərmanda Banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilələrin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə qeyd edilən Fərmanın tələblərini nəzərə almaya bilməz. Sözügedən Fərman Cavabdeh1 münasibətdə milli valyutada olan kreditinin əsas məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanında xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası, həmin kreditlərə hesablanmış faizlərin silinməsini müəyyən etmişdir. Cavabdeh1 ilə "xxxx" İKB ASC-nin “Qəbələ” filialı arasında bağlanmış 2014-cü il 20 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 60 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. Göründüyü kimi Cavabdeh1 iddiaçı bank tərəfindən 18000 (on səkkiz min) manat kredit verildiyindən və sözügedən fərman milli valyutada 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinməsini müəyyən etdiyindən faiz borcu, cərimə borcu və əldən çıxmış fayda borcu da Cavabdeh1 tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində "xxxx" İKB ASC ilə onun arasında 20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsinə əsasən yaranmış 14727,01 manat kreditin qalıq məbləğinin cavabdeh İddiaçı tərəfindən fərmanın qaydalarına əsasən illik 1% olmaqla 5 illik restrukturizasiya olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiasının əsası kimi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanını əsas tutmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən fərmanın qüvvədə olma müddəti 31 dekabr 2019-cu il tarixə qədər olmuşdur. Qarşılıqlı iddiaçının qarşılıqlı iddia ərizəsinə sübut kimi əlavə etdiyi İddiaçı ASC-nə və digər təşkilatlara ünvanlanmış məktublar isə 2020-ci il tarixində göndərilmiş məktublardır. Qarşılıqlı iddia ərizəsinə yalnız 2019-cu il tarixdə İddiaçı ASC-nə ünvanlanmış bir məktubun surəti əlavə edilmişdir ki, həmin məktubun göndərilməsini təsdiq edən qəbzdən isə görünür ki, həmin məktub 28.12.2019-cu il tarixdə “Azərpoçt”a təhvil verilmişdir. Həmin məktubun İddiaçı ASC tərəfindən hansı tarixdə qəbul edilməsi isə müəyyən olunmur. Göründüyü kimi, qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsində göstərdiyi hallara dair məhkəməyə sübut təqdim etmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı ilkin iddianın qaldırılması ilə əlaqədar ilkin iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən ilkin iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizasının aparılması üçün Cavabdeh1 tərəfindən “X3” MMC-nin hesabına 220 manat pulun ödənilməsini nəzərə alır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia qismən təmin edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14427,01 manat əsas, 11616,18 manat faiz borcu, 1400 manat cərimə borcu və 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 842,71 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 28285,9 (iyirmi səkkiz min iki yüz səksən beş manat doxsan qəpik) manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmalı, borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərraca çıxarılmalı, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti 94 000 (doxsan dörd min) manat müəyyən edilməli, fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılmalı və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh1 qaytarılmalı, fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini tərk etməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməli, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 14427,01 manat əsas, 11616,18 manat faiz borcu, 1400 manat cərimə borcu və 20.11.2019-cu il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 842,71 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 28285,9 (iyirmi səkkiz min iki yüz səksən beş manat doxsan qəpik) manat məbləğində kredit borcu, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətindəki Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinə və 0,07 ha torpaq sahəsinə yönəldilsin, həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evinin və 0,07 ha torpaq sahəsinin birlikdə açıq hərracda ilkin satış qiyməti (likvid dəyəri) 94 000 (doxsan dörd min) manat müəyyən edilsin. Fərdi yaşayış evi və torpaq sahəsi birlikdə satılsın və ondan əldə ediləcək vəsait cavabdehin banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ cavabdeh, mülkiyyətçi Cavabdeh1 qaytarılsın. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ şəhəri, 20 Yanvar küçəsində yerləşən 4 otaqlı, 149.3 kv.m ümumi sahədən ibarət 38 nömrəli fərdi yaşayış evini və 0,07 ha torpaq sahəsini tərk etsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “20.11.2014-cü il tarixli 5-G-1-0-3909-14 saylı kredit müqaviləsi üzrə əsas borcun Yelo Bank ASC tərəfindən illik 1% olmaqla 5 il müddətinə restrukturizasiya olunması” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 200 (iki yüz) manat məbləğində pul cavabdeh Cavabdeh1 tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar