Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-325/2021 19.08.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi; 3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 10.06.2021-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianın dəqiqləşdiriməsi ilə bağlı məhkəmə ərizə təqdim edərək Cavabdeh3 vəfat etdiyindən iddia tələbindən ona qarşı olan hissədə imtina etdiyklərini bildirdi, 1. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; 2. Tutmanın Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi;
3. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; 4. Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci il 16 mart tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "Nikoyl” İKB ASC-nin “Qəbələ” filialından illik 25%-lə 36 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.36 ha torpaq sahəsi 2015-ci il 16 mart tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 16 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 12-dək Cavabdeh1 2015-ci il 16 mart tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 7952.35 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetin tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına əriz göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabd bildirişə münasibətini bildirmir. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Bundan başqa, 12 yanvar 2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 3489.92 ABŞ dolları əsas, 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606.95 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8559.3 ABŞ dolları borcu vardır. 16 mart 2015-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, Kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək bildirdi ki, kredit müqaviləsi üzrə ödənişləri gecikdirməsinə səbəb maddi imkanın aşağı olmasıdır. Müqavilə üzrə qalıq borc isə bank tərəfindən artıq hesablanmışdır. İpoteka müqaviləsi bağlanarkən Bank tərəfindən onun mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.36 ha torpaq sahəsi 24761 USD məbləğində qiymətləndirilmişdir. Lakin 24761 USD həmin evin real dəyərini əks etdirmir. Evin dəyəri bank tərəfindən az hesablanmışdır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 25 % dərəcəsi ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 nömrəli əsas kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 10000 ABŞ dolları məbləği illik 25 %-lə, 36 ay müddətinə aylıq 397.60 ABŞ dolları, sonuncu ay 397.53 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 12.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 12.01.2021-ci il tarixə 3489.92 ABŞ dolları əsas borc, kreditin bitmə tarixinə 3460.93 ABŞ dolları faiz, 1001.5 ABŞ dolları cərimə və 606.95 ABŞ dolları əldən çıxmış fayda olmaqla, cəmi 8559.3 ABŞ dolları borcunun olması göstərilmişdir. Məhkəmənin 10.06.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. "xxxx" X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixdə bağlanmış 5-G1-1-0-370-15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində əsas borcu və faiz borcu düzgün hesablanmışdırmı?
2. "xxxx" X2 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 16 mart 2015-ci il tarixdə bağlanmış 5-G1-1-0-370-15 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Müqavilə müddəti bitən tarixdən sonra hesablanmış gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda (5 faiz) nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16.07.2021ci il tarixli, 9/4512 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 16 mart 2015-ciil tarixli 5-G1-1-0-370-15 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 16.03.2018-ci il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 5.799.87 ABŞ dollar, faiz borcu üzrə - 3678.91 ABŞ dollar - 12.01.2021-ci il tarixə (iddia tələbinin tarixi) əsas borc üzrə - 3819.41 ABŞ dollar, faiz borcu üzrə - 4325.97 ABŞ dollar Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 16.03.2015-ci il tarixli 5-G1-1-0-370-15 saylı ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0.36 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 3.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 24.761 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Qəbələ Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “X3” MMC-nin 17.05.2021-ci il tarixli, 278 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazərki real bazar qiyməti 42500 (qırx iki min beş yüz) manat, likvid qiyməti 36100 (otuz altı min yüz) manat və 0.36 ha torpaq sahəsinin hazırki real bazar qiyməti 151200 (yüz əlli bir min iki yüz), likvid qiyməti 136100 (yüz otuz altı min yüz) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Bundan başqa, 08.04.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə “X3” MMC-nin 17.05.2021-ci il tarixli, 278 saylı ekspertiza rəyi ilə razı olmadığını bildirmiş və iş üzrə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi və qiymətləndirilmənin başqa təəşkilata həvalə olunması barədə vəsatət təqdim etmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi ilə yanaşı, həmçinin iddiaçının nümayəndəsinin vəsatəti əsasında təkrar əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, əmlakın qiymətləndirilməsi “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilərək ekspert qarşısında əmlakın qiymətləndirilməsi ilə bağlı aşağıdakı sual qoyulmuşdur: - Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.36 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.08.2021-ci il tarixli, 021-12 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh1 məxsus olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin hazırki real bazar və likvid qiyməti – 20.000 manat (91 kvm x 220 AZN) və 0.36 ha torpaq sahəsinin hazırki real bazar və likvid qiyməti 140.000 manat (36 sot x 4000 AZN) olmaqla ümumilikdə bazar və likvid qiyməti 160.000 (bir yüz altmış min) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 220 manat təşkil edir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 14.02.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində istifadədə olan 0.36 ha torpaq sahəsində 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi üzərində Cavabdeh1 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyedtr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.03.2015-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində istifadədə olan 0.36 ha torpaq sahəsində 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyedtr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 12.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 3489.92 ABŞ dolları və faiz borcunun 3460.93 ABŞ dolları olduğu müəyyən edilmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2021-ci il tarixli, 9/956 saylı rəyindən görünür ki, 12.01.2021-ci il tarixə Cavabdeh1 əsas borcunun 3819.41 ABŞ dolları və faiz borcunun 4325.97 dolları olduğu müəyyən edilmişdir. Lakin İddiaçı ASC məhkəməyə bununla bağlı iddia tələbini həcminin artırlmasına dair ərizə təqdim etməmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 3489.92 ABŞ dolları və faiz borcu üzrə isə 3460.93 ABŞ dolları borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən iddiaçı bankın xeyrinə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış əldən çıxmış fayda üzrə 606 ABŞ dolları 95 sent borcun tutulmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, cavabdehlərdən kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonrakı dövr üzrə illik 5 faiz olmaqla tələb edilən məbləğ tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı 14 may 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara alınmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3489 ABŞ dolları 92 sent əsas borc, 3460 ABŞ dolları 93 sent faiz, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606 ABŞ dolları 95 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7657 ABŞ dolları 80 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 160 000 (bir yüz altmış min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalı, 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq təqdim edilmiş hesab üzrə “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, 220 manat qiymətləndirmə xərci İddiaçı ASC-dən tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir, Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 100 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 16 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə 3489 ABŞ dolları 92 sent əsas borc, 3460 ABŞ dolları 93 sent faiz, 100 ABŞ dolları cərimə borcu, kredit müqaviləsi üzrə 16.03.2018-ci il tarixdən 12.01.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 606 ABŞ dolları 95 sent məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 7657 ABŞ dolları 80 sent qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla borc, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 160 000 (bir yüz altmış min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən, 2 otaqlı, 91.2 kv.m ümumi, 49.6 kv.m yaşayış, 41.6 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.36 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 300 manat qiymətləndirmə xərci Cavabdeh1 tutularaq “X3” MMC tərəfindən təqdim edilmiş hesaba köçürülsün. 220 manat qiymətləndirmə xərci İddiaçı ASC-dən tutularaq təqdim edilmiş hesab üzrə “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh1, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev