Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-326/2023 11.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, 1964-cü il avqustun 22-də Qəbələ rayonu Kürd kəndində doğulmuş mərhum X2nın 2009-cu il iyunun 26-da Qəbələ rayonu Kürd kəndi ərazisində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki halları: Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1961-ci ildə Qəbələ rayonu Kürd kəndində anadan olmuşdır. Hal-hazırda da Qəbələ rayonu Kürd kəndində yaşayır. X2 26 iyun 2009-cu il tarixdə Kürd kəndində vəfat etmişdir və Kürd kənd qəbristanlığında dəfn edilmişdir. X8 ölüm səbəbi isə “xərçəng” xəstəliyi olmuşdur. Bu yaxınlarda bacısı Bəsdi Ağaməmmədovadan qalmış miras əmlakın vərəsəlik qaydasında həll edilməsi üçün Qəbələ regional “Asan Xidmət” mərkəzində notarius xidmətinə müraciət edərkən, bacısının ölüm şəhadətnaməsinin olmaması müəyyən edilmişdir. Qanunu bilməməzlikdən və səhlənkarlığdan bu günə qədər ölüm haqqında şəhadətnamə almamışlar. Mərhum X2na ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət edilmişdir. Qeydiyyat şöbəsi tərəfindən verilmiş cavab məktubunda “Vətəndaşlıq Vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında X4 ölüm haqqında akt qeydi aşkar edilmədiyindən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olundu və ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Ona görə də məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. X1 ölüm faktı Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışla, o cümlədən qəbir daşları ilədə təsdiq olunur. Həmçinin məhkəməyə dəvət edilmiş şahidlər də, X4 ölüm faktını tədiqləyə bilərlər. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi qeyd olunanlara uyğun izahat verib, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdiki bacısının əri hazırda Göyçay şəhərində yaşayır, evlənibdir və xəstə olduğu üçün bu işlərlə məşğul ola bilmir, bu səbəbdən də o bu işlərlə məşguldur. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, ərizəçinin ərinin bibisi oğludur. O, 2008-ci ildə Ağammədova Bəsdidən torpaq almışdır. Sonuncunun torpaq satmasına səbəb isə xəstəliyi olmuşdur. Lakin Bəsdi 2009-cu ildə vəfat etmiş və sənədləşmə işlərini həyata keçirə bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərdi ki, ərizəçinin əri dayısı oğludur. Yadındadır ki, X6 2009-cu ilin iyun ayında vəfat etmiş və onun yas mərasimində iştirak etmişdir. Belə ki, həmin vaxtlar Bəsdi xəstə olmuş və ona bacısı Telli baxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 göstərdi ki, ərizəçi onun anasıdır. X3 xəstə olmuş və ona anası Telli baxmışdır. Xalası Bəsdi 2009-cu ildə vəfat etmiş və o həmin vaxt hərbi xidmətdə olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və şahidləri dinləyib hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş materiallarında olan xx.xx.1965-ci il tarixli, AЗ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1964-cü ildə Qəbələ rayonu, Kürd kəndində doğulmuş, bu barədə doğum akt qeydləri kitabında həmin tarixdə xx.xx.1965-ci ildə 27 № ilə qeyd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 05/Q-310/15 nömrəli məktubdan görünür ki, Ərizəçi oğluna vəfat etmiş X2nın ölümünü təsdiq edən sənədin olmaması səbəbindən “ölüm haqqında şəhadətnamə” verilməsinin mümkün olmadığı göstərilmiş və bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ rayon İcra Hakimiyyəti Başçısının X17 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli, 317 nömrəli arayışdan görünür ki, X6 26 iyun 2009-cu il tarixdə Kürd kəndində vəfat etmişdir və Kürd kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan X5 məxsus AZE seriyalı, 05202681 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 22 avqust 1964-cü ildə Qəbələ rayonu Kürd kəndində doğulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi işlərinə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinin tələbinə görə isə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.4-cü bəndində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, Ərizəçi bacısı - X6 2009-cu il iyunun 26-da Qəbələ rayonu, Kürd kəndində vəfat etmiş və Kürd kənd qəbirsanlığında dəfn olunmuşdur. Ərizəçi bununla bağlı müvafiq sənədləşməni başqa qaydada ala bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə ərizəni əsaslı sayıb, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-220; 233.1; 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısı, xx.xx.1964-cü il təvəllüdlü X4 2009-cu il iyunun 26-da Qəbələ rayonu Kürd kəndində ölməsi hüquqi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-326/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-326/2023
11.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver