Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-345/2023 29.03.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ölümün qeyd edilmə faktı) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İşin halları Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı X10 08 mart 1992-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, 14 may 1992-ci ildə körpə ikən həmin kənddə vəfat etmiş və el adəti üzrə Qəbələ rayonu, Vəndan kənd qəbirstanlığına dəfn edilmişdir. Uşağın məzarı hal-hazırda da həmin qəbirstanlıqdadır. Qanunu bilməməzlikdən və səhlənkarlıq etdiyindən qızının ölümünü vaxtında aidiyyəti orqanlara müraciət edərək qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışdır. Həyat yoldaşı X8 26 fevral 2012-ci il tarixdə ürək çatışmamazlığından vəfat etmiş və onun adına olan əmlakın vərəsəlik məsələsini həll etmək istəyir, lakin qızının doğumunun qeydə alınmasına baxmayaraq ölüm haqqında şəhadətnaməsi olmadığından həmin məsələni həll edə bilmir X2 ölümündən xeyli müddət keçdiyinə görə isə Qeydiyyat şöbəsi uşağın ölümünü qeyd etdirib şəhadətnamə verilməsindən imtina edir. Bu barədə ölüm faktının müəyyən edilməsi müraciətinə cavab olaraq Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/Q-12/15 nömrəli məktubu ilə ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmçinin, qeyd etmək istəyir ki, X2 ölümünü yaxın qohumlar və qonşular da təsdiq edə bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. X1 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi bacısıdır, mərhum X10 onun bacısı qızıdır. Bacısı qızı X10 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayonu, Vəndam qəsəbəsində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. X4 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, ərizəçi onu qardaşı arvadıdır. mərhum X10 onun qardaşı qızıdır. Qardaşı qızı X10 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölmüşdür. Onun dəfn mərasimi Qəbələ rayonu, Vəndam qəsəbəsində keçirilmişdir. Həmin dəfn mərasimdə, o, da iştirak etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs 05/Q-12/15 saylı, 18 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq bildirilmişdir ki, “vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində və arxiv məlumatlarında “X10”-nın ölüm haqqında akt qeydi aşkar edilməmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Qəbələ Qeydiyyat şöbəsi tərəfindən 17 yanvar 2023-cü il tarixdə verilmiş 05/Q-11/69 saylı «Doğum haqqında arayış»dan görünür ki, X10 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur, bu barədə xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbə İ.Ə.N tərəfindən doğum haqqında akt qeydləri kitabında nömrə 64 ilə qeydə alınmışdır. X3-milliyyəti azərbaycanlı, anası Ərizəçi- milliyyəti azərbaycanlı. İşdə olan Qutqaşen rayon Vəndam kənd soveti tərəfindən verilmiş 30 iyul 1987-ci il tarixli İİ- İV-ЖГ 351395 saylı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 arasında 30 iyul 1987-ci il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Nəsirov, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan, Qəbələ rayon İHB-nin Vəndam qəsəbə İƏN-yi tərəfindən 05 mart 2012-ci il tarixdə verilmiş AZ-İ № 526891saylı «ölüm haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X8 26 fevral 2012-ci il tarixdə “İİ-İİİ dərəcəli ürək qan dövranı»ından vəfat etmişdir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı və şahidlərin ifadəsi, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X10 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.1992-ci il təvəllüdlü X6 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il təvəllüdlü X6 xx.xx.1992-ci il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. X6 adına ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-345/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-345/2023
29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver