Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-370/2021 21.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə - 27R000003379 saylı kredit razılaşması üzrə 10413.25 ABŞ Dolları məbləğində kredit borcu, 11829.30 ABŞ Dolları məbləğində faiz borcu və 13540.08 ABŞ Dolları məbləğində cərimə borcu olmaqla, cəmi 35782 (otuz beş min yeddi yüz səksən iki) ABŞ Dolları 63 (altmış üç) sent məbləğində borcun, - 027KK**********01 saylı kredit razılaşması üzrə 2999.32 manat məbləğində kredit borcu, 498.70 manat məbləğində faiz borcu və 5312.94 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8810 (səkkiz min səkkiz yüz on) manat 96 (doxsan altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; 2. Tələbin Qəbələ rayonu, Şamili kəndində ümumi birgə mülkiyyətdə olan 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus 2 mərtəbəli, 4 otaqlı, 90.2 m2 yaşayış, 135.1 m2 yardımçı, 225.3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular ilə birlikdə) yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 35782 (otuz beş min yeddi yüz səksən iki) ABŞ Dolları 63 (altmış üç) sent və 8810 (səkkiz min səkkiz yüz on) manat 96 (doxsan altı) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; - Qəbələ rayonu, Şamılı kəndində ümumi birgə mülkiyyətdə olan 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus 2 mərtəbəli, 4 otaqlı, 90.2 m2 yaşayış, 135.1 m2 yardımçı, 225.3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə (həyətyanı tikili və qurğular ilə birlikdə) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 22.05.2012ci il tarixli 04L000003453 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 40000 (qırx min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 30.04.2014-cü il tarixli 27R000003379 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 29.03.2015-ci il tarixli 27R000003379S saylı, 23.06.2015-ci il tarixli 27R000003379SA saylı, 29.09.2015-ci il tarixli 27R000003379SB saylı, 28.10.2015-ci il tarixli 27R000003379SC saylı, 17.12.2015-ci il tarixli 27R000003379SD saylı, 18.02.2016-cı il tarixli 27R000003379SE saylı, 29.11.2016-cı il tarixli 27R000003379SH saylı, 18.08.2017-ci il tarixli 27R000003379Sİ saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1,2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.04.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 9586.75 ABŞ Dolları ödəmiş, onun 10413.25 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 01.10.2020-ci il tarixə 940 gün üçün hesablanmış faiz borcu 11829.30 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 01.10.2020-ci il tarixə 940 gün üçün hesablanmış cərimə 13540.08 ABŞ Dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 Kreditor ilə 30.10.2014-cü il tarixdə bağladığı 027KK**********01 saylı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 12 ay müddətinə plastik kart vasitəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit razılaşması üzrə 30.10.2015-ci il tarixdən hazırki vaxtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh1 götürdüyü kreditdən 0.68 manat qaytarmış və onun 2999.32 manat məbləğində kredit borcu qalmışdır. O, kredit razılaşmasının 2.1-ci və 2.3-cü bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və 01.10.2020-ci il tarixə 1797 gün üçün onun 498.7 manat məbləğində faiz borcu qalmışdır. Kredit razılaşmasının 3.2.2-ci bəndinə görə kreditin gecikdirilməsi halında müqavilənin 2.7- ci bəndində nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. 01.10.2020-ci il tarixə 1797 gün üçün hesablanmış cərimə 5312.94 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 iddiaçı ilə bağladığı 30.05.2012-ci il tarixli 04M000001175 saylı ipoteka müqaviləsi əsasında Qəbələ rayonu, Şamili kəndində ümumi birgə mülkiyyətdə olan 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus 2 mərtəbəli, 4 otaqlı, 90.2 m2 yaşayış,135.1 m2 yardımçı, 225.3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini (həyətyanı tikili və qurğular ilə birlikdə) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən 9 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya MA 0381922№-li Çıxarışa əsasən Qəbələ rayonu, Şamili kəndində ümumi birgə mülkiyyətdə olan 0.55 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən Cavabdeh2 məxsus 2 mərtəbəli, 4 otaqlı, 90.2 m2 yaşayış, 135.1 m2 yardımçı, 225.3 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini (həyətyanı tikili və qurğular ilə birlikdə) Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, 2012-ci tarixli kredit müqaviləsi üzrə bankdan ABŞ dolları ilə kredit götürmüşdür. Ödənişləri bir müddət vaxtı-vaxtında etmişdir. Dolların dəyəri qalxdıqdan sonar bank tərəfindən heç bir güzəşt olunmayıb axırıncı dəfə 750 manat ödəniş etmişdir. Hal-hazırda ödənişləri gecikdirməsinə səbəb maddi imkanın aşağı olmasıdır, işsizdir. İpoteka müqaviləsi bağlanarkən Bank tərəfindən Qəbələ rayonu, Şamılı kəndində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90.2 kv.m yaşayış, 135.1 kv.m yardımçı, 225.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin və 0.55 ha torpaq sahəsi 9000 manat civarında qiymətləndirilmişdir. Lakin 9000 manat həmin evin real dəyərini əks etdirmir. Evin dəyəri bank tərəfindən az hesablanmışdır. Məhkəmədən iddianın qismən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 30.04.2014-cü il tarixli 04L000003453 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 40.000 ABŞ dolları məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. İşdə olan 30.04.2014-cü il tarixli 27R000003379 saylı kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 20000 ABŞ dolları məbləğində aylıq 2 faiz hesablanmaqla 24 ay müddətinə kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 1065.21 USD məbləğində, sonuncu ay isə 1065.09 USD məbləğində ödənişlər etməklə 24 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan 30.10.2014-cü il tarixli 27KK**********01 saylı kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 3000 manat məbləğində aylıq 2.1667 faiz hesablanmaqla 12 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan 24.05.2012-ci il tarixli 04S000006181 və 01.06.2012-ci il tarixli 04S000006214 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2, Cavabdeh3 borclu Cavabdeh1nın 22.05.2012 -ci il tarixli 27R000003379 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 30.10.2014cü il tarixli 27KK**********01 kredit müqaviləsinə əsasən 01.10.2020-ci il tarixə 2999 manat 32 qəpik əsas borc, 498 manat 70 qəpik faiz, 5312 manat 94 qəpik cərimə olmaqla, cəmi 8810 manat 96 qəpik borcunun olması göstərilmişdir. İşdə olan 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1nın 30.04.2014cü il tarixli 27R000003379 kredit müqaviləsinə əsasən 01.10.2020-ci il tarixə 10413 ABŞ dolları 25 sent əsas borc, 11829 ABŞ dolları 30 sent faiz, 13540 ABŞ dolları 08 sent cərimə olmaqla, cəmi 35782 ABŞ dolları 63 sent borcunun olması göstərilmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 27R000003379 №-li və 30.04.2014-cü il tarixli 027K********** №-li Kredit razılaşmalarının şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı? 2 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30.04.2014-cü il tarixli 27R000003379 №-li və 30.04.2014-cü il tarixli 027K********** №-li Kredit razılaşmalarının şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20.08.2021-ci il tarixli, 9/4895 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 30.04.2014-cü il tarixli 27R000003379 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə X2 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: -14.10.2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixi) əsas borc üzrə - 10.413,25 ABŞ dollar, faiz borcu üzrə - 5.560,96 ABŞ dollar Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 30.05.2012-ci il tarixli 04M000001175 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.55 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 9429.60 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.04.2012-ci il tarixli RX seriyalı 036345 saylı (reyestr nömrəsi – **********41-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 Qəbələ rayonu Şamlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02.06.2012-ci il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********41-10301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ rayonu Şamlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(025)-370/2021 nömrəli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: -Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.55 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli H/03-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məxsus Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin və 0.55 ha torpaq sahəsinin bazar dəyəri 37.000 manat, Likvid qiyməti 28.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 250 (iki yüz əlli) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 30.10.2014-cü il tarixli 27KK**********01 kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 01.10.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 2999 manat 32 qəpik və faiz borcunun 498 manat 70 qəpik faizolduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 2999 manat 32 qəpik və faiz borcu üzrə isə 498 manat 70 qəpik faiz borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 30.04.2014-cü il tarixli 27R000003379 kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2021-ci il tarixli, 9/956 saylı rəyindən görünür ki, 01.10.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 10.413,25 ABŞ dollar və faiz borcunun 5.560,96 ABŞ dollar olduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 10.413,25 ABŞ dollar və faiz borcu üzrə isə 5.560,96 ABŞ dollar borcun tutulmasını əsaslı hesab edir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 27R000003379 saylı kredit razılaşması üzrə 10431 ABŞ dolları 25 sent əsas borc, 5560 ABŞ dolları 96 sent faiz, 1300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17292 ABŞ dolları 21 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu, 027KK**********01 saylı kredit razılaşması üzrə 2999 manat 32 qəpik əsas borc, 498 manat 70 qəpik faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 3798 manat 02 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı; Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.55 ha torpaq sahəsinə yönəldilməlidir, Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalıdır, Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilməlidir, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir, Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyanların paylarına mütənasib olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qaytarılmalıdır, Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməlidir, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.55 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank 30.04.2014-cü il tarixli 27R000003379 saylı kredit müqaviləsi və 027KK**********01 saylı kredit razılaşması üzrə dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, 30.04.2014-cü il tarixli 27R000003379 nömrəli kredit müqaviləsi və 027KK**********01 saylı kredit razılaşması üzrə müvafiq olaraq 1300 ABŞ dolları və 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 30.04.2014-cü il tarixli 27R000003379 nömrəli kredit müqaviləsi və 027KK**********01 saylı kredit razılaşması üzrə müvafiq olaraq 1300 ABŞ dolları və 300 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 27R000003379 saylı kredit razılaşması üzrə 10431 ABŞ dolları 25 sent əsas borc, 5560 ABŞ dolları 96 sent faiz, 1300 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17292 ABŞ dolları 21 sent ödəniş günü qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla kredit borcu, 027KK**********01 saylı kredit razılaşması üzrə 2999 manat 32 qəpik əsas borc, 498 manat 70 qəpik faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 3798 manat 02 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.55 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 28000 (iyirmi səkkiz min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyanların paylarına mütənasib olaraq Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətində olan Qəbələ rayonu, Şamılı kəndində yerləşən, 2 mərtəbəli, 4 otaqlı, 225.3 kv.m ümumi, 90.2 kv.m yaşayış sahəsi və 135.1 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0.55 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev