Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-397/2021 19.10.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borc və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlamış kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 027R********** saylı kredit razılaşması üzrə 28932.64 manat məbləğində kredit borcu, 4758.45 manat məbləğində faiz borcu və 7606.99 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 41298 (qırx bir min iki yüz doxsan səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyriyaşayış binasının açıq hərracdan satılması, 41298 (qırx bir min iki yüz doxsan səkkiz) manat 08 (səkkiz) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 ümumi qaydada tutulması, Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşəjı xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh3 həmin qeyriyaşayış binasına istifadə hüquqlarının itirilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.11.2019-cu il tarixli 027L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 150000 (yüz əlli min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.11.2019-cu il tarixli 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 03.03.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 1067.36 manat ödəmiş, onun 28932.64 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.11.2020-ci il tarixə 255 gün üçün hesablanmış faiz borcu 4758.45 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 13.11.2020-ci il tarixə 255 gün üçün hesablanmış cərimə 7606.99 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1nın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka verən Cavabdeh2 ilə Bank arasında bağlanılmış 28.11.2019-cu il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi (Bakı şəhər 53 saylı notariat kontorunun xüsusi notariusu Ə.A.Hüseynov tərəfindən təsdiq edilib) əsasında Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən 1 №-li reyestr kitabının 119 №-li vərəqində qeydiyyata alınmış çıxarışla Qəbələ şəhəri, N.Nərimanov küçəsi, 22C-də xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0.07 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətli 62.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası Cavabdeh1nın kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.09.2021-ci il tarixli, 9/4910 saylı ekspert rəyi tərtib olunarkən düzgün araşdırlma aparılmadığından həmin ekspertiza rəyinin nəzərə alınmamasını və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 28.11.2019-cu il tarixli 027L**********50 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 150.000 manat məbləğində 120 ay müddətinə kredit limiti ayrılmışdır. İşdə olan 28.11.2019-cu il tarixli 27R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 30000 manat məbləğində aylıq 1.9167 faiz hesablanmaqla 36 ay müddətinə kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit vəsaitini hər ay 1171 manat məbləğində, sonuncu ay isə 1163.24 manat məbləğində ödənişlər etməklə 36 ay ərzində annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.11.2019-cu il tarixli 027S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1nın 28.11.2019-cu il tarixli 27R********** saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İşdə olan 29.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 28.11.2019-cu il tarixli 27R********** kredit müqaviləsinə əsasən 13.11.2020-ci il tarixə 28932 manat 64 qəpik əsas borc, 4758 manat 45 qəpik faiz, 7606 manat 99 qəpik cərimə olmaqla, cəmi 41298 manat 08 qəpik borcunun olması göstərilmişdir. Məhkəmənin 21.06.2021-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli 027R********** №-li Kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 öhdəliklərini yerinə yetirməməsi nəticəsində yaranan əsas borcu, faiz borcu və cərimə borcu düzgün hesablanmışdırmı?
2. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli 027R********** №-li Kredit razılaşmasının şərtlərinə əsasən Cavabdeh1 müqavilə müddəti bitən tarixə əsas borcu və faiz borcu, eləcə də cərimə borcu nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.09.2021-ci il tarixli, 9/4910 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 28.11.2019-cu il tarixli 27R********** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 banka olan borcu aşağdakı kimi müəyyən olunur, o cümlədən: - 13.11.2020-ci il tarixə əsas borc üzrə - 27.332,35 AZN, faiz borcu üzrə - 2.414,36 AZN Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 28.11.2019-cu il tarixli 027M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası və 0.007 ha torpaq sahəsi banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 29600 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17.12.2018-ci il tarixli RX seriyalı ******* saylı (reyestr nömrəsi – **********86-06301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 0.007 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binası üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 03.12.2019-cu il tarixli (reyestr nömrəsi – **********86- 06301; qeydiyyat nömrəsi – **********) hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.007 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Hazırkı iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılması, mübahisənin düzgün həlli baxımından zəruri suallara cavab verilməsi üçün Qəbələ Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(025)-397/2021 nömrəli qərardadı ilə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertlərinə həvalə edilmiş, ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının və 0.007 ha torpaq sahəsinin hazırki real bazar, likvid qiyməti nə qədərdir? "xxxx" MMC-nin 26 may 2021-ci il tarixli H/01-PLS saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasınin və 0.007 ha torpaq sahəsinin bazar dəyəri 32.000 manat, Likvid qiyməti 24.000 manat müəyyən edilmişdir. Ekspertizanın keçirilməsi xərci 250 (iki yüz əlli) manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və digər ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi 28.11.2019-cu il tarixli 27R********** kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 13.11.2020-ci il tarixə Cavabdeh1 əsas borcunun 28932 manat 64 qəpik və faiz borcunun 4758 manat 45 qəpik faizolduğu müəyyən edilmişdir. Məhkəmə bu səbəbdən cavabdehdən iddiaçı bankın xeyrinə əsas borcu üzrə 28932 manat 64 qəpik və faiz borcu üzrə isə 4758 manat 45 qəpik faiz borcun tutulmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.09.2021-ci il tarixli, 9/4910 saylı ekspert rəyi ilə razılaşmı, bununla bağlı qeyd edir ki, təqdim edilmiş rəy iş materiallarına, kredit müqaviləsi və ona aid sənədlərə uyğun tərtib edilmədiyindən mötəbər sübut hesab edilə bilməz. Bələ ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.11.2019- cu ü tarixli 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% (illik 23 %) olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit verilmişdir. Ekspert illik faiz dərəcəsinin 23% olmasına baxmayaraq 12 % ilə hesablamış, həmçinin ödəniş qarfikinə baxdıqda məlum olur ki, 03.01.2020-ci il tarix üçün cavabdeh 1171 manat ödəniş etməli onun 481 manatı əsas borca, 690 manatı isə faiz borca silinməli idi. Lakin ekspert tərtib etdiyi cədvəldə əsas borcdan silinməni 780 manat faiz borcdan silinməni isə 420 manat olaraq hesablamışdır. Həmçinin hesabdan çıxarış məlumatlarına baxdıqda cavabdeh tərəfindən 17.02.2020-ci il tarixdə 100 manat və 50 manat olmaqla ümumilikdə 150 manat ödənildiyi məlum olduğu halda ekspert bu məbləği 1050 manat kimi qeydə almışdır. Beləliklə məhkəmə tərəfindən sözügedən qərardad ilə ekpert qarşısında qoyulmuş sual tam olaraq cavablandırılmamış, iş tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Ekspert həm kreditin faiz dərəcəsini, həm də hesabdan çıxarış məlumatlarına düzgün istinad etməyərək ekspertizanı düzgün aparmamışdır. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 027R********** saylı kredit razılaşması üzrə 28932 manat 64 qəpik əsas borc, 4758 manat 45 qəpik faiz, 2000 manat cərimə borcu olmaqla, cəmi 35691 manat 09 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 027R********** saylı kredit razılaşması ləğv edilməli, tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə yönəldilməli, Həmin qeyri yaşayış binası torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, Qeyri yaşayış binasının və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilməli, Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana Cavabdeh3 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin qeyri yaşayış binasından və torpaq sahəsindən çıxarılmalıdır. Həmçinin 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1, və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, bank dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edirki, kredit razılaşması üzrə 2000 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 2000 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,
qət e t d i:
İddia qismən təmin edilsin. 027R********** saylı kredit razılaşması üzrə 28932 manat 64 qəpik əsas borc, 4758 manat 45 qəpik faiz, 2000 manat cərimə borcu olmaqla, cəmi 35691 manat 09 qəpik kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 027R********** saylı kredit razılaşması ləğv edilsin. Tələb üzrə tutma Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə yönəldilsin. Həmin qeyri yaşayış binası torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Qeyri yaşayış binasının və torpaq sahəsinin ilkin satış (likvid) qiyməti 24000 (iyirmi dörd min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ ipoteka qoyana Cavabdeh3 qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, 62.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına və 0.007 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin qeyri yaşayış binasından və torpaq sahəsindən çıxarılsın. 250 manat qiymətləndirmə xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq təqdim edilmiş hesab üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1, və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülsün İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Elman İsayev