Məhkəmə qərarları › İş №2(025)-401/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-401/2025

03.03.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-401/2025 03.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxs qarşı alimentin ödənilməsi haqqında barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbi barədə ərizə verərək birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsini xahiş etmişdir. İddiaçı Ərizəçi izahatında göstərmişdir ki, o, 2022-ci ilin iyun ayında Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmiş və onların birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adında uşaqları olmuşdur. Maraqlı şəxs hərbi qulluqçu olması ilə əlaqədar onunla birlikdə yaşamır və uşağın saxlanması xərclərini çəkməkdən yayınır. O, uşaqla birlikdə Qəbələ rayonu Tikanlı kəndində Maraqlı şəxs valideynlərinə məxsus olan evdə yaşayır və uşağın maddi ehtiyaclarını təkbaşına ödəyə bilmir. Bu səbəbdən aliment tələbi üzrə başlanmış mediasiya prosesində Maraqlı şəxs ilə aralarında birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 (min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə barışıq sazişi bağlanmış, lakin Maraqlı şəxs barışıq sazişi üzrə öhdəliyini icra etməyərək alimenti ödəməmişdir. Ona görə də, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 (min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi haqqında ərizə vermişdir. İşdə olan AZ-İİ 519593 nömrəli «nikah haqqında» şəhadətnamənin surətinə əsasən X3 ilə Maraqlı şəxs nikahı xx.xx.2022-ci il tarixdə 2072 saylı akt qeydi ilə bağlanmışdır.Nikahın bağlanmasından sonra arvada Şamilova soyadı verilmişdir. İşdə olan AZ-İV 759044 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X1 Səmayə Calal qızı və Maraqlı şəxs törəmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişinin surətinə əsasən Ərizəçi ilə Maraqlı şəxs mediator X6 vasitəsilə həyata keçirilən mediasiya prosesində birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi miqdarında aliment ödəməsi barədə razılaşmışlar. “Mediasiya haqqında” AR Qanunun 3.1.2-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qüvvədə olan qanunvericiliyə..... zidd olmamalıdır. Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246,0 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişi alimentin miqdarı ( Maraqlı şəxs 2024-cü ilin dekabr ayından başlayaraq hər ayın 1-dən 5-dək 1600,0 ( min altı yüz) manat əmək haqqının və digər gəlirlərinin (maddi yardım, mükafat, bonus) 70 faizi) ilə bağlı şərti AR Ailə Məcəlləsinin 76.1 və 78.1-ci maddələrinin, o cümlədən Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğundan məcburi icra olunması üçün təsdiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01304 saylı Barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsindən imtina edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar