Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-42/2025 03.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı 15 saylı X7 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı X7 Mərkəzinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı 15 saylı X7 Mərkəzinin Cavabdeh qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 15 saylı X7 Mərkəzi Cavabdeh qarşı “meşə fondu torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Çuxur Qəbələ kənd sakini Cavabdeh tərəfindən 15 saylı RMTM-in Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən, özbaşına tutulmuş (zəbt etdiyi) 0.05 ha X12 torpağından istifadəyə qadağa qoyulması, tikililərin sökülməsi və ərazinin boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X7 Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qəbələ rayon Çuxur Qəbələ kənd sakini X3 tərəfindən 15 saylı X7 Mərkəzinə (bundan sonra 15 saylı RMTM) aid X12 torpağınin 40 m2 ərazisində altıaçıqların inşa edilməsi barədə xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra ƏMDX) 3-21-3/2-4690/2024 nömrəli məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuşdur. Həmin məktuba əsasən 15 saylı RMTM-in Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0.05 ha X12 torpağını əhatə edən əraziyə baxış keçirilmiş və iaşə obyektinin fəaliyyət göstərməsi üçün icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Baxış zamanı ərazidə 3x4x2.5 m ölçüdə dəmir dirəklər üzərində 2 (iki) ədəd, 3x5x2.5 m ölçüdə dəmir dirəklər üzərində 1 (bir) ədəd besetka, 1x1.2x2 m ölçüdə dəmir dirək üzərində 1 (bir) ədəd ayaqyolu inşa edildiyi, ərazinin Qəbələ rayon Çuxur Qəbələ kənd sakini X3 tərəfindən deyil, həmkəndlisi və qohumu Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə edildiyi müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu Qəbələ rayon polis şöbəsində HK-1/345 nömrə ilə qeydiyyata alınmış və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış Cavabdeh Qəbələ rayon Çuxur Qəbələ kəndində yaşadığını, rəsmi olaraq heç yerdə işləmədiyini, xx.xx.2024-cü il tarixində ƏMDX-nin Qəbələ ərazi şöbəsinin əməkdaşlarının Qəbələ rayon Çuxur Qəbələ kəndinə gəldiyini, ona zəng edərək 15 saylı RMTM-ə məxsus torpaq inşa olunduğu müəyyən edildiyindən, barəsində tədbir sahəsində iki ədəd altıaçığın görüləcəyini söylədikləri üçün görüləcək tədbirdən qorxaraq, icra nümayəndəsi vəzifəsində işləyən bibisi oğlu Abdulla Kərimova zəng edərək inşa edilmiş tikililərin onun tərəfindən inşa edildiyini söyləyəcəyini, əks halda məsuliyyətə cəlb ediləcəyini, onun razılığını alaraq tikinti aparılmış əraziyə gedərək ƏMDX-nin Qəbələ ərazi şöbəsinin əməkdaşları ilə baxışda iştirak etdiyini, eləcə onun adından akt tərtib edilib Qəbələ RPŞ-yə göndərildiyini bildirmişdir. Cavabdeh izahatında, Qəbələ rayon Çuxur-Qəbələ kəndində 15 saylı RMTM-ə məxsus ərazidə yerləşən altıaçıqların tərəfindən 2015-ci ilin yay aylarında inşa edildiyini, lakin həmin torpaq sahəsinə sənəd ala bilmədiyi üçün tikintini dayandırdığını, 2015-ci ildən sonra hər hansı tikinti işləri aparılmadığını, tərəfindən inşa edilmiş 2 (iki) ədəd altıaçığın və bir ədəd mətbəxin dirəklər üzərində inşa edildiyini, ərazidə hər hansı əsaslı tikinti işləri aparılmadığını bildirmişdir. Beləliklə, Qəbələ RPŞ-də toplanmış HK-1/345 saylı material üzrə araşdırma aparılarkən müəyyən olunmuşdur ki, 2015-ci ilin yay aylarında Cavabdeh, Qəbələ rayon Çuxur Qəbələ kəndində 15 saylı RMTM-ə məxsus 40 (qırx) m2 X12 torpağında, üzərində mülkiyyət, istifadə və ya icarə hüququ olmadan dirək üzərində 2 (iki) ədəd altıaçıq və 1 (bir) ədəd mətbəx inşa etdirmiş, ərazidə hər-hansı əsaslı tikinti işləri aparılması ilə bağlı xüsusat öz təsdiqini tapmamışdır. Belə olan halda Cavabdeh, Qəbələ rayon Çuxur Qəbələ kəndində yerləşən 15 saylı RMTM-ə məxsus 40 (qırx) m2 X12 torpağında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz tikinti işi apardığı üçün onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmasına baxmayaraq Azərbaycan Respublikası CM-nin 75-ci maddəsində göstərildiyi kimi cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, cinayət təqibinin başlanılması rədd edilmişdir. Polis şöbəsində aparılmış araşdırma başa çatdıqdan sonra Cavabdeh, ərazinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixində 3-14-27 -2/2-283/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, X12na aid 0.05 ha torpaq sahəsi, əvvəlki vəziyyətə gətirilməklə hazırkı vaxtadək boşaldılmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional MeşəTəsərrüfatı Mərkəzinin nümayəndəsi Nümayəndə mütəxəssis və ekspertiza rəylərini nəzərə alıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, mütəxəssis və ekspert rəyləri ilə tanış olmuşdur. Meşə fondunda aid torpaq sahəsini zəbt etməsi müəyyən edilmişdir və qanuni nə tədbir vardırsa görülməsinə etiraz etmir. Lakin ona möhlət verilməsini və bu yay sezonunda da işləməyə icazə verilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 06 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, HK-1/345 saylı, ********* nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 fevral 2025-ci il tarixli, 3-21-3-42/2-885/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir: 15 saylı X7 Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0,05 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddia olunan və cavabdehin istifadəsində olan 0,0554 hektar torpaq sahəsi, Qəbələ rayonu Çuxur Qəbələ kənd arazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG ) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində dövlət mülkiyyətində olan X12 torpaqlarına aiddir. X2 X5 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. 2. İddiaçının sökülməsini tələb etdiyi qeyri yaşayış tikililəri, Qəbələ rayonu Çuxur Qəbələ kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG ) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində X12 torpaqların aid, Dövlət mülkiyyətində olan ərazidə yerləşir. X4 X5 (TEKUİS) əsasən sözügedən qeyri yaşayış tikililəri yerləşən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. Cavabdeh tərəfindən qeyri yaşayış tikililərinin yerləşdiyi torpaq sahəsi barədə hüquqmüəyyənedici və ya texniki sənədlər təqdim edilmədiyinə görə qanuni əsaslarla istifadəsində olduğunu təyin etmək mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16-16/2-10/1994/2025 saylı məhkəmə mühəndistexniki ekspertizasının rəyindən görünür ki, 15 saylı X7 Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0,05 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddia olunan və cavabdehin istifadəsində olan 0,0554 hektar torpaq sahəsi, Qəbələ rayonu Çuxur Qəbələ kənd arazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG ) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində dövlət mülkiyyətində olan X12 torpaqlarına aiddir. X2 X5 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. 2. İddiaçının sökülməsini tələb etdiyi qeyri yaşayış tikililəri, Qəbələ rayonu Çuxur Qəbələ kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG ) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində X12 torpaqların aid, Dövlət mülkiyyətində olan ərazidə yerləşir. X4 X5 (TEKUİS) əsasən sözügedən qeyri yaşayış tikililəri yerləşən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilmişdir. Cavabdeh tərəfindən qeyri yaşayış tikililərinin yerləşdiyi torpaq sahəsi barədə hüquqmüəyyənedici və ya texniki sənədlər təqdim edilmədiyinə görə qanuni əsaslarla istifadəsində olduğunu təyin etmək mümkün deyil. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquq cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.6-ci maddəsinə görə istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 84-cü maddəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Onların pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə görə isə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağandır və özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Meşə Məcəlləsinin: 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatı ilə müəyyən olunmuşdur ki, 15 saylı X7 Mərkəzinə aid X12 torpağınin 40 m2 ərazisində altıaçıqların inşa edilməsi barədə xx.xx.2024-cü il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra ƏMDX) 3-21-3/2-4690/2024 nömrəli məktubu Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuşdur. Həmin məktuba əsasən 15 saylı RMTM-in Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***- *******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0.05 ha X12 torpağını əhatə edən əraziyə baxış keçirilmiş və iaşə obyektinin fəaliyyət göstərməsi üçün icarə müqaviləsinin bağlanmadığı müəyyən edilmişdir. Baxış zamanı ərazidə 3x4x2.5 m ölçüdə dəmir dirəklər üzərində 2 (iki) ədəd, 3x5x2.5 m ölçüdə dəmir dirəklər üzərində 1 (bir) ədəd besetka, 1x1.2x2 m ölçüdə dəmir dirək üzərində 1 (bir) ədəd ayaqyolu inşa edildiyi, Cavabdeh tərəfindən qanunsuz zəbt edilərək istifadə edildiyi müəyyən olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu Qəbələ rayon polis şöbəsində HK-1/345 nömrə ilə qeydiyyata alınmış və Təhqiqat bölməsində araşdırma aparılmışdır. Qəbələ rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 06 aprel 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən HK-1/345 saylı, ********* nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinin başlanması rədd edilmişdir. Polis şöbəsində aparılmış araşdırma başa çatdıqdan sonra Cavabdeh, ərazinin boşaldılaraq əvvəlki vəziyyətə gətirilməklə təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixində 3-14-27 -2/2-283/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, X12na aid 0.05 ha torpaq sahəsi, əvvəlki vəziyyətə gətirilməklə hazırkı vaxtadək boşaldılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 fevral 2025-ci il tarixli, 3- 21-3-42/2-885/2025 nömrəli məktubla məhkəməyə göndərdiyi mütəxxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-10/1994/2025 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində 15 saylı X7 Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0,05 ha torpaq sahəsinin hüdudları müəyyən edildiyi, iddia olunan və cavabdehin istifadəsində olan 0,0554 hektar torpaq sahəsinin Qəbələ rayonu Çuxur Qəbələ kənd arazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində dövlət mülkiyyətində olan X12 torpaqlarına aid olması, X4 X5 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilməsi, iddiaçının sökülməsini tələb etdiyi qeyri-yaşayış tikililərinin Qəbələ rayonu Çuxur Qəbələ kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən Çuxur Qəbələ kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində X12 torpaqların aid Dövlət mülkiyyətində olan ərazidə yerləşməsi, X4 X5 (TEKUİS) əsasən sözügedən qeyri yaşayış tikililərinin yerləşən torpaq sahəsinin kateqoriyası X12 torpaqları, uqodiyası meşə, Dövlət mülkiyyətinə aid olan ərazi kimi göstərilməsi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi iddiaçının cavabdehin torpaq sahəsini boşaldılmasını tələb etməsi üçün ilk öncə onun həmin torpaq sahəsinin mülkiyyətçisi olması əsas şərtdir ki, işin bu halı məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyi və ekspert rəyi ilə sübut olunur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional MeşəTəsərrüfatı Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən 0,05 ha X12 torpağı Cavabdeh istifadəsində olduğundan və həmin hissə cavabdeh tərəfindən tutulduğundan, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,05 ha hissəsindən cavabdeh tərəfindən qanunsuz istifadə edildiyindən, iddia tələbinin əsaslandığı faktiki hallar Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərinə uyğun olduğundan və iddiaçının iddia etdiyi maneələr mövcud olduğundan, iddia tələbi maneələrə son qoyulması hissəsində əsaslıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində cavabdehlərin apardıqları qanunsuz tikilinin onların hesabına sökülməsini tələb etmişdir. Məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus, lakin Cavabdeh istifadəsində olan 0,05 hektar torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin iddiaçıya məxsus torpaq sahəsində apardıqları tikililərin cavabdehin hesabına sökülməsi hissəsində də əsaslıdır. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İşin faktiki hallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasına baxmayaraq, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunmaqla onun tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qanunun mənasına görə həqiqətin müəyyən edilməsi məhkəmə prosesinin əsas fundamental məqsədlərindən biri hesab olunur. Həmin prosesin ətrafında bir sıra nəzərə alınmalı amillər mövcuddur ki, onlara sübutetmə ilə bağlı problemləri və sübutetmə vəzifəsinin bölüşdürülməsini də aid etmək olar. Mülki proses özü özlüyündə iştirakçıların iradə sərbəstliyi əsasında formalaşdığından sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə qoyulur. «Sübutların üstünlüyü» (ehtimallar balansı) standartının izahına gəldikdə isə təqdim edilmiş sübutlar əsasında faktın böyük ehtimalla (mümkünlüklə) baş verdiyi və baş vermədiyi qənaətinə gəlmək olarsa, onda sübutetmə vəzifəsi yerinə yetirilmiş hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional MeşəTəsərrüfatı Mərkəzi dövlət rüsumundan azad edildiyindən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilməlidir. Həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, mütəxəssis rəyinə və ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional MeşəTəsərrüfatı Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən özbaşına tutulmuş 0,05 ha X12 torpağından Cavabdeh tərəfindən istifadəyə qadağa qoyulmalı, həmin ərazidəki tikililər cavabdehin hesabına sökülməli və ərazi cavabdeh tərəfindən boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X7 Mərkəzinə təhvil verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional MeşəTəsərrüfatı Mərkəzinin Zarağan meşəbəyliyinin 06 saylı meşə dolayının 20-ci kvartalında 727***-*******, 727***-*******, 727***-*******, 727***-******* koordinatlarda yerləşən özbaşına tutulmuş 0,05 ha X12 torpağından Cavabdeh tərəfindən istifadəyə qadağa qoyulsun, həmin ərazidəki tikililər cavabdehin hesabına sökülsün və ərazi cavabdeh tərəfindən boşaldılıb əvvəlki vəziyyətə qaytarılaraq 15 saylı X7 Mərkəzinə təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə (Qəbələ rayon məhkəməsinə) ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-42/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-42/2025
03.06.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver