Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-468/2020 02.07.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi x1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 1113.12 manat əsas, 17.87 manat faiz, 15.79 manat cərimə və kredit müqaviləsi üzrə 30.09.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 128.15 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1274.93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 2 otaqlı, 76.3 kv.m ümumi, 44.9 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.138 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 2 otaqlı, 76.3 kv.m ümumi, 44.9 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.138 ha torpaq sahəsinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC -nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 2 otaqlı, 76.3 kv.m ümumi, 44.9 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.138 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 2 otaqlı, 76.3 kv.m ümumi, 44.9 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.138 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 2015-ci il 11 sentyabr tarixli Əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxxxx” İKB ASC-nin “Qəbələ” filialından illik 72 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 11 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "’xxxxxx” İKB ASC-nin “Qəbələ” filialından illik 6%-lə 36 ay müddətinə 15000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miilkiyyətindəki Qəbələ rayonu, Vəndam kəndində yerləşən, 2 otaqlı, 76.3 kv.m ümumi, 44.9 kv.m yaşayış, 31.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.138 ha Torpaq sahəsi 2015-ci il 14 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 11 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün geeikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il fevralın 11 -dək Cavabdeh1 2015-ci il 11 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 1113.12 manat əsas, 17.87 manat faiz, 15.79 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1146.78 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun ııçınr. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir, rrizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi x2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, 11 sentyabr 2015-ci ildə İddiaçı ASC-dən 15000 manat kredit almışdır. Banka olan borcunu hər ay vaxtı-vaxtında ödəmişdir. Sonradan isə maddi imkanı aşağı olduğundan ödənişləri həyata keçirə bilməmişdir. əsas və faiz borcu olduğundan artıq hesablanmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan 11.09.2015-ci il tarixli 5-SKMF-1-0-392-15 saylı kredit müqaviləsindən görünür ki, «xxxxxx» İKB ASC-nin Qəbələ filialı tərəfindən Cavabdeh1 72 ay müddətinə 15000 AZN məbləğində kredit verilmişdir. 11.09.2015-ci il tarixli 5-SKMF-1-0-392-15 saylı əlavə kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Qəbələ filialı tərəfindən Cavabdeh1 illik 6 faiz hesablanmaqla 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh1 15000 manat məbləği illik 6 %-lə, 36 ay müddətinə aylıq 500 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 11.02.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 11.02.2020-ci il tarixə 1113 manat 12 qəpik əsas borc, 3 manat 37 qəpik faiz, 15 manat 79 qəpik cərimə və 128 manat 15 qəpik əldən çıxmış fayda olmaqla, cəmi 1260 manat 43 qəpik borcunun olması göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan 14.09.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən 2 otaqlı, 76.3 m2 ümumi, 44.9 m2 yaşayış, 31.4 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evini və 0,138 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. İpoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən həmin fərdi yaşayış evi və torpaq sahəsi 34.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.12.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Vəndam qəsəbəsində istifadədə olan 0,138 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 76.3 m2 ümumi, 44,9 m2 yaşayış sahə, 31.4 m2 yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi üzərində Cavabdeh1 və ailə üzvlərinin paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19.09.2015-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qəbələ şəhəri, Vəndam qəsəbəsində istifadədə olan 0,138 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 76.3 m2 ümumi, 44,9 m2 yaşayış sahə, 31.4 m2 yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC borcluya kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya xəbərdarlıq etmişdir. Göründüyü kimi, Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1113 manat 12 qəpik əsas borc, 17 manat 87 qəpik faiz, 2 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.09.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 128.15 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1261 manat 14 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yöbəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən 2 otaqlı, 76.3 m2 ümumi, 44.9 m2 yaşayış, 31.4 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,138 ha torpaq sahəsinə yönəldilməli, həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılmalı, fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına borc İddiaçı ASCyə ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən 2 otaqlı, 76.3 m2 ümumi, 44.9 m2 yaşayış, 31.4 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,138 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi, fərdi yaşayış evinin təhvil verilməsinə dair iddia tələbləri mübahisəyə baxılmasının hazırkı mərhələsində təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. 11.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1113 manat 12 qəpik əsas borc, 17 manat 87 qəpik faiz, 2 manat cərimə borcu, kredit müqaviləsi üzrə 30.09.2018-ci il tarixdən 11.02.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 128.15 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1261 manat 14 qəpik borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmenti olan daşınmaz əmlaka tutmanın yöbəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən 2 otaqlı, 76.3 m2 ümumi, 44.9 m2 yaşayış, 31.4 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0,138 ha torpaq sahəsinə yönəldilsin. Həmin fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə açıq hərracdan satılsın. Fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiyməti 34000 (otuz dörd min) manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına borc “xxxxxxxx” ASC-yə ödənilsin. Borc ödənildikdən sonra qalan məbləğ HəşimovAbdullaAllahverdioğluna qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mülkiyyətində olan Qəbələ şəhəri, Vəndam qəsəbəsində yerləşən 2 otaqlı, 76.3 m2 ümumi, 44.9 m2 yaşayış, 31.4 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evivə 0,138 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №2(025)-468/2020
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-468/2020
02.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver