Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № 2(025)-494/2023 01.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus “Nissan Teana” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Nissan Teana" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həyat yoldaşı X1 ilə birgə olduqları müddət ərzində həmin avtomobil onun tərəfindən mütəmmadi olaraq istifadə olunmuşdur. Cavabdeh onun yoldaşının dostudur və həyat yoldaşının vasitəsi ilə onunla tanış olmuşdur. Həyat yoldaşı ilə faktiki olaraq ayrıldıqdan sonra, o, avtomobili onun icazəsi olmadan onun valideynləri yaşadığı evə, Quba rayonuna aparmışdır. Onda olan şifahi məlumata əsasən, yoldaşı xəstəliyə tutulduqdan sonra avtomobili idarə edilməsini şəxsən həyata keçirə bilmədiyi üçün qaynanası Xumarə Məcidovanın iştiraki ilə birgə onun icazəsi olmadan Cavabdeh vermişlər. Hal-hazırda mülkiyyətçisi olduğu "Nissan Teana" markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin qanunsuz istifadəsindədir. Onun tərəfindən avtomobil idarə edildiyi dövr ərzində yol hərəkət qaydalarının pozulmasına görə dövlət orqanı tərəfindən müəyyən olunan cərimələr, yol hərəkət qaydalarının pozulmasına dair bildirişlər ona gəlməkdədir, bu isə onun narahatçılığına səbəb olmuşdur. Belə ki, ona Polis əməkdaşları tərəfindən mütəmmadi olaraq cərimələrin ödənilməməsi barədə xəbərdarlıqlar və zənglər edilir. Dəfələrlə həmin avtomobilin onda olmamasını və qanunsuz olaraq Cavabdeh tərəfindən idarə olunduğunu və avtomobilin alınaraq ona geri qaytarılması ilə bağlı polis orqanlarına rəsmi müraciətlər etmişdir. Lakin, təəsüf ki, müraciətlərimə müsbət cavab verilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdəb ona məxsus olan “Nissan Teana” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehdən alınaraq ona geri qaytarılması ilə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddaçının və Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron (mail ünvanı vasitəsi ilə) ərizə göndərərək göstərmişdir ki, ən yaxın dostu Vüqar Məcidova ağır xərçəng xəstəliyi ilə əlaqədar olaraq yaxından köməklik edir. Bu müddət ərzində Vüqar Məcidovun öz qazancı ilə aldığı avtomobili xəstəxanalara aparmaq üçün idarə etmişdir. X2 yoldaşı İddiaçı öz maddi maraqları üçün öz ərinin xəstəliyini qətiyyən düşünməyərək öz ərinin sürmək üçün olan etibarnaməsini ləğv etdirdiyinə görə avtomobili idarə etməmişdir. Avtomobil hazırda xəstə Vüqar Məcidova baxan anasındadır, açarı da anasındadır. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-13-16/2-20215/2023 nömrəli məktubda göstərilmişdir ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1986-cı il təvəllüdlü İddiaçı adında xx.xx.2016-cı il tarixdən “NİSSAN TİİDA” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarda göstərilmişdir ki, Nissan Tııda markalı **-OH-*** dövlət qeydiyyat nişanlı vasitəsinin saxlanılması istiqamətində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin şəxsi heyəti təlimatlandırılmışdır. Qeyd olunan nəqliyyat vasitəsinin Sumqayıt şəhərinin inzibati ərazisində saxlanılmasına köməklik olunması üçün Sumqayıt şəhər Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidməti səmtləşdirici məktub göndərilmişdir. Mövcud qanunverciliyin tələblərinə əsasən mülki mübahisələrlə əlaqədar avtomobillərin axtarışı (həbs) və ya saxlanılması məhkəmə orqanlarının müvafiq qərarı (qərardadı) əsasında həyata keçirildiyindən, aidiyyatı üzrə məhkəmə orqanına müraciət etməyi tövsiyyə olunmuşdur. İş materialllarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “avtomobilin Cavabdeh alınaraq geri qaytarılmasına dair” müraciət mülki mübahisə predmeti olması müəyyən olunduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin X3 İmtahan və Texniki Baxış şöbəsində yaradılan mərkəzləşdirilmiş kompüter bazasına əsasən 90OH773 dövlət qeydiyyat nişanlı, Nissan Tiida markalı minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi ev 25, mənzil 88-də qeydiyyatda olan İddiaçı adına xx.xx.2016-cı il tarixdə AR DİN BDYPİ Qİİ-də qeydiyyata alınmış və hal-hazırda da qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinəəsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdəəmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının vəəsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylıProtokolun 1-ci maddəsinəəsasən, hərbirfiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları və əsas azadlıqların müdafiəçi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə əlaqədar Avropa İnsan Hüquqları Məhkəməsi Sporronq və Lonnrotun İsveçrə qarşı məhkəmə işində belə hüquqi mövqe müəyyən etmişdir ki, həmin norma özündə: 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi prinsipini; 2) mülkiyyətindən məhrum edilmənin yolverilməzliyini; 3) mülkiyyətdən istifadə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin halları ilə müəyyən olunur ki, “Nıssan Tııda” markalı**-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir və iddiaçı sözügedən avtomobilin Cavabdeh alınaraq ona geri qaytarılmasını tələb edir. Cavabdeh isə bu halla razılaşmır və avtomobilin onun istifadəsində olmadığını bildirir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən “Nıssan Tııda” markalı **-OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehin istifadəsində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli avtomobilin cavabdehin istifadəsində olması barədə iddiaçının tələbi isə Cavabdeh “etiraf etməməsi” ilə təkzib olunmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində “Nıssan Teana” markalı **- OH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin cavabdehdən alınaraq ona qaytarılmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı iddiaçının mülkiyyətində olan avtomobilin “Nıssan Teana” deyil, “Nıssan Tııda” olduğu müəyyən edilmişdir. İddia isə məhkəmə araşdırması zamanı bununla bağlı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında göstərilmişdir ki,Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göründüyü kimi məhkəmə sadalanan hallara riayət etmiş, lakin iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim edə bilməmişdir. Beləki, göstərilən normalarnın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair, yəni mülkiyyətində olan avtomobilin cavabdehin istifadəsində olmasına dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “əmlakın qeyri-qanuni istifadəsinə son qoyulması və əmlakın mülkiyyətçiyə geri qaytarılması” tələbinə dairiddiası təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №2(025)-494/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №2(025)-494/2023
01.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver